Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu işə başlayıb YENİLƏNİB-2

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum işə başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

Sonra forumla bağlı videoçarx nümayiş etdirilib.

Tədbir çərçivəsində Qlobal Cənub QHT Platforması təsis olunub.

Forumda Kuala Lumpur şəhərinin sabiq meri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) üzrə keçmiş icraçı direktoru Maimunah Mohd Sharifin video formatda çıxışı dinlənilib. Tədbirin əhəmiyyətindən danışan Maimunah Mohd Sharifin sözlərinə görə, bu qədər nümayəndənin tədbirdə iştirakı vətəndaş cəmiyyətinin səsinin gələcəyin birgə qurulmasında mühüm rol oynayacağını göstərir. O, Azərbaycana qlobal səhnədə liderlik fəaliyyətinə və Qoşulmama Hərəkatına sədrliyi dövründə verdiyi dəyərli töhfələrə görə təşəkkür edib. Qeyd edib ki, Azərbaycanın bu liderliyi çətin geosiyasi şəraitdə xüsusilə əhəmiyyət daşıyır. Birlikdə fəaliyyət təşəbbüsü ölkələrin səslərinin daha güclü şəkildə eşidilməsinə və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında mühüm rol oynayıb.

Tədbirdə çıxış edən SMACHS Fondunun təsisçisi və baş direktoru, Keniya Prezidentinin qızı Charlene Ruto bildirib ki, Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə və dayanıqlı inkişaf məqsədləri istiqamətində öz səylərini ortaya qoyub. “Qlobal Cənubun gücünün artırılması mühümdür. Qarşılaşdığımız çağırışlar bizə ciddi təsir göstərir. Biz bir məqsəd ətrafında birləşməli, tərəqqiyə çatmaq üçün məsuliyyətimizin fərqində olmalıyıq. Birlikdə müqavimətimizi gücləndirməliyik”, – deyə Charlene Ruto vurğulayıb.

O, çıxışında Azərbaycanın Qlobal Cənubu daim təşviq etdiyini və Qlobal Şimalla dialoqun inkişafına töhfə verdiyini də vurğulayıb.

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib ki, forum 700-dən çox təşkilatı birləşdirir, iqtisadi, siyasi və sosial məsələlərin müzakirəsi üçün ideal bir platforma yaradır: “Təəssüf ki, Cənubda yaşayan ölkələrin böyük bir qismi hələ də müstəmləkəçilik və yoxsulluq kimi çətinliklərlə qarşı-qarşıyadır. Azərbaycan isə daim dayanıqlı inkişafa öz layiqli töhfəsini verir. Bu halların qarşısının alınması üçün ölkəmiz bütün sahələrdə həmin dövlətlərin yanında olub, bir sıra beynəlxalq təşəbbüsləri QHT-lərlə birgə həyata keçirib.

“Bu gün biz yerli QHT-lərin beynəlxalq layihələrdə fəal iştirakını sistemli şəkildə dəstəkləyirik. Birgə layihələrin həyata keçirilməsi üçün çoxsaylı təşəbbüslər uğurla reallaşdırılır. Sevindirici haldır ki, Cənub QHT-lərinin Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini açıq şəkildə görürük. İki gün ərzində müzakirə olunacaq məsələlər, imzalanacaq əməkdaşlıq memorandumları gələcəkdə QHT-lər arasında birgə fəaliyyətin daha da genişlənməsinə xidmət edəcək”, - deyə A.Əliyeva vurğulayıb.

UNDESA-nın İqtisadi və Sosial Məsələlər Departamenti və QHT Şöbəsinin rəisi Wook-Jin Chang Azərbaycanın ev sahibliyi etdiyi Forumun yalnız danışmaq üçün deyil, həm də dinləmək və yeni məlumatlar öyrənməyə xidmət etdiyini söyləyib. O qeyd edib ki, Qlobal Cənub təşəbbüsü, sadəcə, nəzəri ideya olmaqla kifayətlənməməlidir. “İnkişaf etmiş ölkələr texnologiyalarını və təcrübələrini paylaşmaqla qlobal ədalətin bərqərar olmasına real töhfə verə bilərlər. İcmalar arasında sıx əməkdaşlıq və ictimai bərabərlik bizi daha da güclü və müstəsna tərəfdaş edir. Forumun yüksək səviyyədə keçiriləcəyinə tam inanıram. Eyni zamanda, perspektivləri öyrənmək və yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün də bu platforma əvəzsiz fürsətdir”, - deyə forum iştirakçısı əlavə edib.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyevanın sözlərinə görə isə, təcrid edilmiş səslərin Qlobal Cənub çərçivəsində ucaldılması olduqca vacibdir. Əsas dəyişikliyin gücü bizim birləşmək qabiliyyətimizdədir. Müxtəlif sektorlar və sahələr arasında əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, müxtəlif ölkələrin bir araya gəlməsi, iqlim maliyyələşməsi, adaptasiya və birgə həll yolları faydalı və səmərəli tərəqqiyə yol açır. “Bizi 2030-cu ildən cəmi beş il ayırır və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün doğru yoldayıq. Hazırda Dayanıqlı İnkişaf Məqsədlərinin üçdəbiri ya dayandırılıb, ya da geriləyir. Bir çox ölkələr iqlim dəyişikliyi və yoxsulluğun aradan qaldırılması sahəsində ciddi çətinliklərlə üzləşirlər. Bu səbəbdən dövlət və özəl sektor birlikdə çalışaraq maliyyənin gücləndirilməsi və təşəbbüslərin artırılması üçün daha fəal addımlar atmalıdır”, - deyə Vladanka Andreyeva əlavə edib.

Ekvadorun keçmiş xarici işlər naziri və UNITAR-in prezidenti Luis Gallegos Qlobal Cənub QHT Forumunun əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, biz xalqlarımız arasında əməkdaşlığı artırmalıyıq. Cənub-Cənub arasında əməkdaşlığa xüsusilə ehtiyac olduğunu deyən L.Gallegos qeyd edib ki, dünya hər gün yeni çağırışlarla üzləşir və biz yeni pandemiyalara hazır olmalıyıq. Pandemiyalar istənilən dövlətə təsir edir və hər bir insan buna diqqət etməlidir. Pandemiyanın təsirləri nəzərə alınmalı və qarşısını almaq üçün qlobal səviyyədə tədbirlər görülməlidir. Qarşılaşdığımız problemləri dialoq yolu ilə həll etməyə çalışmalıyıq. Biz bütün dünya cəmiyyətlərini çağırmalıyıq ki, məsuliyyətlərini bölüşsünlər və birgə qərarlar qəbul etsinlər.

Böyük Britaniyanın “Loughborough” Universitetinin Diplomatiya və Beynəlxalq İdarəetmə Akademiyasının direktoru, akademik Nabil Ayad nəzərə çatdırıb ki, QHT-lər qlobal dəyişikliklərə nəzarət baxımından dövlətlərin milli maraqlarının keşiyində dayanan mühüm qurumlardır. QHT-lər, xüsusilə iqlim tədbirlərinin irəlilədilməsində əsas güc kimi qəbul olunmalıdırlar. O qeyd edib ki, Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum vasitəsilə Azərbaycan bu istiqamətdə yüksək töhfələr verir.

“Bu gün Qlobal Cənub iqlim dəyişikliklərinin mərkəzində dayanır. Ən çox təsirlərə məruz qalan ölkələr məhz bu bölgədə yerləşir. Lakin bu çağırışlar qarşısında bizim böyük potensialımız var, öz ehtiyatlarımız və güclərimiz hesabına dayanıqlılığı təmin edə bilərik. QHT-lər unikal bir gücə malikdirlər. Sosial kapitalın gücləndirilməsi nəticəsində daha səmərəli iqlim tədbirlərinin həyata keçirilməsi mümkündür. Azərbaycan bu sahədə özünü ən səriştəli dövlətlərdən biri kimi göstərib. Azərbaycanın irəli sürdüyü təşəbbüslər iqlim məsələlərində olduqca təsirli və müsbət nəticələr doğurur”, - deyə Nabil Ayad əlavə edib.

Braziliyanın Beynəlxalq Münasibətlər üzrə Tədqiqat İnstitutunun direktoru, professor Almir Lima Nascimento deyib ki, yaradılan yeni Qlobal Cənub QHT Platforması regional və qlobal çətinlikləri təşəbbüslərlə həll etməyə yönələcək. O bildirib ki, hazırda sosial və iqtisadi sahələrdə bir çox problemlərlə üz-üzəyik. Bu platforma, Qlobal Cənub çərçivəsində vahid cəbhə olaraq ədalətsizliyə, yoxsulluğa və iqlim dəyişikliyi kimi digər qlobal çağırışlara qarşı birgə mübarizəni vacib edir. Yeni şəbəkənin əhəmiyyəti, üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlıqdan asılıdır və bütün şəbəkə üzvləri bundan faydalanmalıdır.

Özbəkistan parlament komitəsinin, “Yüksəliş” hərəkatının sədri Bobur Bekmurodovun fikrincə, QHT-lərin dünyadakı rolu yalnız sosial layihələrdə deyil, həm də sağlam dialoqun təşviqində və sülhü təmin etməkdə mühüm əhəmiyyətə malikdir. O qeyd edib ki, Özbəkistanda da bu sahədə böyük layihələr həyata keçirilir və QHT-lərin sayı son illərdə iki dəfə artıb. Bu, vətəndaş cəmiyyətinin inkişafına və ictimai fəallığın güclənməsinə dəlalət edir. Demokratik inkişafı hədəfləmək və bu istiqamətdə ardıcıl addımlar atmaq isə xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumunun məhz Bakıda keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin dayanıqlı inkişafa verdiyi dəstəyin sübutudur. Azərbaycan Prezidentinin bu sahədə nümayiş etdirdiyi liderlik və irəli sürdüyü təşəbbüslər digər ölkələr üçün də nümunə olmalıdır.

Forumda çıxış edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, Azərbaycanın Qlobal Cənubun səsini dünyaya çatdırmaq uğrunda atdığı addımlar olduqca qürurvericidir.

Çünki hazırda hər kəs dünyada baş verən mühüm dəyişikliklərin canlı şahididir. O qeyd edib ki, Bakıda keçirilən bu Forumun əsas məqsədi qlobal arenada səsimizi daha güclü şəkildə eşitdirmək və bizi narahat edən məqamları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. “Qlobal Cənub anlayışı yalnız coğrafi bir ifadə deyil. Bu anlayış eyni çətinlikləri, eyni problemləri yaşayan, ortaq mədəniyyəti, dili və dini paylaşan xalqları birləşdirir. Ədalətsizlik və müstəmləkəçiliklə dolu tarixi keçmişə sahib olan ölkələr olaraq, bir araya gəlməli, öz problemlərimizi və haqlı tələblərimizi ictimai platformalarda açıq şəkildə ifadə etməliyik. Bu Forum yalnız müzakirə məkanı deyil, həm də böyük imkanlar platformasıdır. Burada bərabərlik, həmrəylik və ədalət uğrunda birləşən insanları bir araya gətirmişik. Bu, sözün əsl mənasında tarixi məqamdır”, - deyə Ramil İskəndərli vurğulayıb.

x x x

Açılış mərasimindən sonra Forum “Yerli fəaliyyət, qlobal dəyişiklik: Qlobal cənubda iqlimlə mübarizə aparan QHT-lər” adlı panel iclası ilə işini davam etdirib.

İclasda çıxış edən Pan-Afrika İqlim Ədaləti Alyansının nümayəndəsi Charles Peter Mwangi Nyambura deyib ki, Qlobal Cənub tarix boyu sistematik ədalətsizliyə və istismara məruz qalıb. Təəssüf ki, iqlim dəyişikliyi bu bərabərsizliyi daha da dərinləşdirib. Beynəlxalq münasibətlər səhnəsində isə Qlobal Cənuba yönəlik xüsusi bir yanaşma, ədalətli bir baxış hələ də tam formalaşmayıb. O qeyd edib ki, Qlobal Cənubun zəngin potensialı davamlı şəkildə istismar olunur. Əksər ölkələr bu bölgənin qarşılaşdığı çətinliklərin fərqindədirlər. Lakin real dəyişiklik üçün atılan addımlar hələ də kifayət etmir.

Pan-Afrika İqlim Ədaləti Alyansının nümayəndəsi əlavə edib ki, Bakıda keçirilən bu forum məhz vacib məsələlərin müzakirə edilməsi və birgə həll yollarının axtarılması üçün mühüm bir platformadır. Burada aparılan debatlar və əldə olunacaq nəticələr gələcək üçün istiqamətverici rol oynaya bilər.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki, ölkəmizin ev sahibliyi etdiyi COP29 konfransı, ölkəmiz üçün böyük uğur hekayəsidir. Bu, yalnız bizim üçün deyil, dünya miqyasında iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi baxımından da mühüm addım oldu. COP29-un nəticələri, həm də beynəlxalq əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. “Azərbaycanın COP29-da əsas prioritetlərindən biri inklüzivlik və şəffaflıq idi. Biz bütün vətəndaş cəmiyyətlərini, xüsusilə QHT-ləri bu prosesə cəlb etmək istədik və sevinirik ki, bu məsələdə tərəfdaşlarımız bizə dəstək verdilər. QHT-lərin prosesdən uzaq qalması mümkün deyildi. Əksinə, onlar müzakirə və qərarvermə prosesinin mərkəzində yer aldılar. Cəmiyyətin hər təbəqəsinin səsini eşitmək və onları bu mübarizəyə qatmaq bizim üçün həyati əhəmiyyət kəsb edirdi. COP29-da digər bir məqsədimiz isə Cənub ilə Şimal regionları arasında körpü qurmaq olub. Bizim məqsədimiz yalnız öz bölgəmiz üçün deyil, bütün dünyanın sabitliyi və inkişafı üçün davamlı həllər tapmaq idi. Bu məqsədimizə böyük ölçüdə çatdığımıza inanıram”, - deyə M.Babayev vurğulayıb.

COP29-un İqlim Dəyişmələri üzrə Yüksəksəviyyəli Çempionu Nigar Arpadarainin sözlərinə görə, qlobal iştirak təmin edilmədən qlobal gündəlik öz mahiyyətini itirir. COP kimi təşəbbüslər bu şəraitdə son dərəcə vacibdir. Ortaq və praktiki mexanizmlər yaradılmalı, konkret icra mexanizmləri ilə təmin edilməlidir. Azərbaycanın COP29 çərçivəsində ədalətli mövqe nümayiş etdirdiyini xatırladan Nigar Arpadarai əlavə edib: “Çoxsaylı maraqlı tərəfləri birləşdirmək vacibdir. Heç bir saziş, nə qədər iddialı olsa da, əgər inam və insanların dəstəyi olmadan davamlı ola bilməz. Biz əldə etdiyimiz nəticələrdən dərs çıxarmalıyıq. Azərbaycan hər zaman həmrəyliyin tərəfində olub. Biz Qlobal Cənubun səsini ucaltmağa və Qlobal Şimalla dialoqa çalışmışıq”.

Panel iclasında çıxış edən “Elm və Texnologiya üçün Bir kəmər, bir yol Alyansı”nın baş katibinin müavini, professor Renying Li deyib ki, bu il Çin karbonyönümlü mənbələrin həcminin azaldılması ilə bağlı əhəmiyyətli tərəqqiyə nail olub: “Bu sahədə əldə etdiyimiz təcrübəni dünya ilə paylaşmaq və qlobal səviyyədə fəal iştirak etmək niyyətindəyik. Çin gələcəkdə karbondan azad olan iqtisadiyyatı inkişaf etdirmək və bu məqsədə doğru irəliləmək istəyir. Azərbaycan ilə dostluq əlaqələrimizin daha da inkişaf edəcəyinə, qarşılıqlı əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əminik. Bu yolda biz səylərimizi birləşdirməliyik”.

O, Azərbaycan və Çin arasındakı dostluq əlaqələrinin daha da güclənəcəyini vurğulayaraq əlavə edib: “Biz “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində birgə işləyərək qlobal iqlim dəyişikliyi ilə mübarizə aparacağıq. Bu əməkdaşlıq həm regionumuzda, həm də dünya miqyasında mühüm dəyişikliklərə səbəb olacaq. Gələcəyimiz üçün daha yaşıl, daha inkişaf etmiş və davamlı bir dünyanı görmək üçün birlikdə çalışmalıyıq. Əminəm ki, bu əməkdaşlıq və səylərlə daha yaxşı bir planet yaratmağa doğru mühüm addımlar atacağıq”.

Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbara Sultanova bildirib ki, qeyri-hökumət təşkilatları aşağı həyat keyfiyyəti, iqlim dəyişikliyi, rəqəmsal bərabərsizlik və qeyri-ədalətli ticarət də daxil olmaqla bir çox müasir problemlərin həllinə töhfə verə bilərlər. O qeyd edib ki, əməkdaşlığı daha da gücləndirməklə biz qlobal problemləri birlikdə həll edə bilərik.

Birləşmiş Millətlər Universitetinin (UPEACE) Vyana və Cenevrədəki BMT ofisləri yanında səfiri David Fernandez Puyana diqqətə çatdırıb ki, Cənubi Qafqaz daim dəyişikliklərdən keçir. Günümüzdə bu region güclü və ilhamverici bir sülh prosesinə doğru irəliləyir. Səfir qeyd edib ki, Qlobal Cənub və Qlobal Şimalın qovuşuğunda yerləşən Azərbaycan həmrəyliyin və əməkdaşlığın həyata keçirilməsində öncül rol oynayır.

“QHT-lər dəyişikliyə dəstək: Qlobal Cənubda QHT-lərin irəlilədilməsi” adlı panel iclasında qeyri-hökumət təşkilatlarının daim icmalarının ehtiyaclarını əsas götürərək fəaliyyət göstərdiyi vurğulandı. İclasda bildirildi ki, icma anlayışına cəmiyyətin ən həssas və tez-tez diqqətdən kənarda qalan təbəqələri, xüsusən də əlilliyi olan şəxslər daxildir. Qeyd olundu ki, onların özlərinin prosesə rəhbərlik etməsi əsas prinsip kimi qəbul edilir.

Panel iclasda xidmətlərə çıxışın yalnız fiziki baryerlərin aradan qaldırılması ilə məhdudlaşmadığı, eyni zamanda, informasiya, təhsil, səhiyyə və hüquqi müdafiə sahələrində tam iştirak imkanlarının təmin edilməsinin vacibliyi qeyd olundu. Xüsusi işarə dili xidmətlərinin göstərilməsi və əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmış avadanlıq və kommunikasiya vasitələrinin təmin olunmasının cəmiyyətə bərabər qoşulma baxımından önəmi xüsusi vurğulandı.

Sonda Qlobal Cənub QHT Platformasının mərkəzi qərargahının Bakıda yerləşməsi qərara alınıb. Azərbaycan 1 il müddətinə Platformaya sədrlik edəcək. Eyni zamanda, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi seçilib. 2026-cı ildə isə Platformanın Baş Assambleyasının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Forum aprelin 29-da başa çatacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski və Ərdoğan İstanbul görüşünün detallarını müzakirə ediblər

Bakıda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib

Brüsseldə Avropa müdafiə sənayesinin nümayəndələri ilə ilk strateji dialoq keçirilib

Ermənistan ordusu tərəfindən Başlıbel kəndinin əhalisinin məhv edilməsinin şahidi olan şəxslər məhkəmədə ifadə veriblər

Donald Tramp Yaxın Şərqə səfərə yola düşüb

Əcnəbilər Monteneqroda 113,5 milyon avroluq daşınmaz əmlak alıblar

Konfrans Liqasının final oyununu idarə edəcək hakim açıqlanıb

UEFA Çempionlar Liqasının final matçını idarə edəcək hakimlər açıqlanıb

Almatıda "Qərbi Azərbaycana Qayıdış Çağırışları" mövzusunda forum keçirilib

Britaniyanın Baş nazirinin evində yanğın olub

Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi təyin olunub

Londonda elektrik kəsintisi metroda ciddi nəqliyyat pozuntularına səbəb olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

ABŞ Çin məhsullarına tətbiq etdiyi rüsumları 145 faizdən 30 faizə endirib

Kəngərlinin timsalında yeniləşən Azərbaycanı, bərpaolunan Qarabağı və Şərqi Zəngəzuru görürük ŞƏRH

İsrail Prezidenti ölkəsi ilə Almaniya münasibətlərinin 60 illiyi münasibətilə Berlinə səfər edib

BDU ilə Pakistanın İslamabad Fond Universiteti arasında anlaşma memorandumu imzalanıb

Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır

Parlamentin sədri: Gürcüstan-Brüssel münasibətləri regionda formalaşmış siyasi mühitin girovudur

Prezidentin Ağdam Muğam Mərkəzinin açılışındakı nitqi milli hesabat və yol xəritəsi kimi səciyyələndirilə bilər RƏY

Yağan yağışlar çaylarda sululuğu artırıb VİDEO

Yağan yağışlar çaylarda sululuğu artırıb VİDEO

İnsan psixologiyasına “süni” toxunuş VİDEO

İnsan psixologiyasına “süni” toxunuş VİDEO

Başlıbel faciəsinin şahidi: Ermənistan ordusunun hərbçiləri mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər

Altı dövlət orqanında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib

Keçmiş məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviqi diqqət mərkəzindədir

Qarabağda layihələr reallaşdıran İtaliya şirkətində çalışan azərbaycanlı

“Barselona” baş məşqçisi ilə yeni müqavilə barədə razılığa gəlib

SOCAR Karbamid Zavodunun “ağıllı kimya” sahəsi

Baş allerqoloq: Astma xəstəliyindən sağalmaq mümkündür VİDEO

Baş allerqoloq: Astma xəstəliyindən sağalmaq mümkündür VİDEO

Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar şənbə və bazar günləri hər iki istiqamətdə hərəkət edəcək

Avropa İttifaqı Şurasının Prezidenti Serbiyada səfərdədir

® “Unibank” Almaniyanın nüfuzlu bankından 5 milyon avro kredit cəlb edib

Dövlət Gömrük Komitəsi sədrinin vətəndaşlarla görüş vaxtı dəyişdirilib

Bakıda imzalanan sənədlər Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına yeni impuls verəcək ŞƏRH

Energetika naziri vətəndaşlarla görüşüb

® “AccessBank”dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”

Tramp ABŞ-da dərmanların qiymətini 59 faiz endirəcək

Qazaxıstan 17 su anbarının tikintisi üçün 2,7 milyard dollar alacaq

Giorgi Volski: Bəzi diplomatik nümayəndəliklər Gürcüstanda toqquşma ssenarisi hazırlayırlar

Qazaxıstanda 1918-ci il macar hərbi əsirlərinin məzarlıqları aşkarlanıb

Azərbaycan U-21 millisi Belarus və Monteneqro ilə qarşılaşacaq

Eros Ramazzotti Budapeştdə daha bir canlı konsertlə çıxış edəcək

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq tennis turnirində ilk həftə başa çatıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçiminin nəticələri açıqlanıb

Azərbaycan Dubayda keçirilən “Global CyberDrill 2025” tədbirində təmsil olunub

“Azərbaycan fəlsəfəsinin yadda qalan simaları – Məqsəd Səttarov” mövzusunda respublika elmi konfransı keçirilib

Tovuzda traktorla yük maşını toqquşub, xəsarət alanlar var VİDEO

Tovuzda traktorla yük maşını toqquşub, xəsarət alanlar var VİDEO

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru ilə görüş keçirilib

Uels Şahzadəsi xərçəngə qarşı mübarizəyə həsr olunan layihəyə start verib

Ermənistan silahların çoxunu niyə Hindistandan alır? VİDEO

Ermənistan silahların çoxunu niyə Hindistandan alır? VİDEO

® Həmişə ümid işığı yandırmağa çalışan tibb bacıları, bayramınız mübarək!

Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə olunub

Qazaxıstan kimya və metallurgiya sahələrində 10 milyard dollar dəyərində layihələrin icrasına başlayır

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı: Böyük Qayıdışa daha bir töhfə

Bakıda Eqmont Qrupunun Komitə iclası keçiriləcək

Azərbaycanın NATO yanında Nümayəndəliyində görüş keçirilib

“Barselona” polşalı qapıçısına ikiillik müqavilə təklif edib

Rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti mayın 17-dək davam edəcək - Xəbərdarlıq

Bəhreynin xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Ermənistanda həqiqi hərbi xidmətdən yayınan gənclərin sayı artır

Gürcüstan parlamentinin sədri Buxarestdə Fransa səfirini sərt tənqid edib

Bill Qeyts növbəti 20 ildə sərvətinin 99 faizini xeyriyyəçiliyə sərf edəcək

Azərbaycanın xarici işlər naziri Bəhreyn Krallığının vəliəhdi ilə regional vəziyyəti müzakirə edib

Britaniyanın Baş naziri immiqrasiya siyasətini sərtləşdirəcəyini açıqlayıb

Paytaxtda narkokuryerliyə cəlb olunan şəxs saxlanılıb VİDEO

Paytaxtda narkokuryerliyə cəlb olunan şəxs saxlanılıb VİDEO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Buxarestdə qeyd olunub

Hakan Fidan PKK-nın özünü buraxmasını “tarixi” qərar adlandırıb

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

Azərbaycanın güləş yığmaları qarşıdan gələn mühüm yarışlara bölgələrdə hazırlaşacaqlar

Britaniya hökuməti Bottiçellinin tablosunun ölkədən çıxarılmasını qadağan edib

Azərbaycan ilə Somali arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Dibi görünməyən qaranlıq quyudan işıqlı gələcəyə doğru gedən yol

Roma Papası Türkiyəyə səfərə hazırlaşır

Azərbaycan Universiteti və İstanbul Beykent Universiteti arasında memorandum imzalanıb

Qəbələdə “Heydər Əliyev və milli-mənəvi dəyərlərə qayıdış” mövzusunda regional konfrans keçirilib

®  Tahir Gözel Zambiyada Rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib VİDEO

® Tahir Gözel Zambiyada Rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib VİDEO

Ermənistanın mədən sənayesi bütün Cənubi Qafqaz regionu üçün təhlükə mənbəyidir ŞƏRH

BDU-da Bakı şəhəri və Abşeron yarımadasında hava çirklənməsinin biomonitorinqi aparılır

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

MTM: Bank kartları ilə aparılan nağdlaşdırma əməliyyatlarının həcmi ümumi kart əməliyyatlarının 33 faizini təşkil edib

Azərbaycan mədəni irsi Aşqabadda beynəlxalq festivalda təqdim olunub

Gənc ictimai-siyasi fəal: Ölkəmizin inkişafına töhfə vermək tarixi və mənəvi borcumuzdur

AzMİU ilə Türkiyənin aparıcı universitetləri arasında elmi əməkdaşlıq genişlənir

® “PAŞA Qrup” şirkətləri şəhidlərimizin ailə üzvlərinin və müharibə əlillərinin təhsil xərclərini qarşılayır

BDU-da elmi seminar: “Ulu Öndər Heydər Əliyev irsinin biblioqrafik tədqiqi”

Azərbaycanın və Efiopiyanın dostluq qrupları arasında parlamentlərarası əlaqələr müzakirə edilib

Dövlət Su Ehtiyatları Agentliyi: Kür çayında suyun səviyyəsinin qalxması ilə əlaqədar Sabirabadda və digər ərazilərdə daşqın təhlükəsi yoxdur

Ulu Öndərin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilib

Zərərçəkmiş: Ermənistan silahlı qüvvələri mülki şəxsləri mühasirəyə salıb məhv etdilər

Yenidən nəzərlər İstanbulda - Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsində razılıq əldə olunacaqmı?

Fransa Afrika və Asiyada törətdiyi hadisələri demokratiyanı yaymaq hesab edilirsə, Azərbaycana belə demokratiya lazım deyil

“XIX əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı” kitabı çapdan çıxıb

A.M.Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Banqladeşdə ildırım vurması nəticəsində azı 13 nəfər ölüb

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI