Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu işə başlayıb YENİLƏNİB-2

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum işə başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

Sonra forumla bağlı videoçarx nümayiş etdirilib.

Tədbir çərçivəsində Qlobal Cənub QHT Platforması təsis olunub.

Forumda Kuala Lumpur şəhərinin sabiq meri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) üzrə keçmiş icraçı direktoru Maimunah Mohd Sharifin video formatda çıxışı dinlənilib. Tədbirin əhəmiyyətindən danışan Maimunah Mohd Sharifin sözlərinə görə, bu qədər nümayəndənin tədbirdə iştirakı vətəndaş cəmiyyətinin səsinin gələcəyin birgə qurulmasında mühüm rol oynayacağını göstərir. O, Azərbaycana qlobal səhnədə liderlik fəaliyyətinə və Qoşulmama Hərəkatına sədrliyi dövründə verdiyi dəyərli töhfələrə görə təşəkkür edib. Qeyd edib ki, Azərbaycanın bu liderliyi çətin geosiyasi şəraitdə xüsusilə əhəmiyyət daşıyır. Birlikdə fəaliyyət təşəbbüsü ölkələrin səslərinin daha güclü şəkildə eşidilməsinə və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında mühüm rol oynayıb.

Tədbirdə çıxış edən SMACHS Fondunun təsisçisi və baş direktoru, Keniya Prezidentinin qızı Charlene Ruto bildirib ki, Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə və dayanıqlı inkişaf məqsədləri istiqamətində öz səylərini ortaya qoyub. “Qlobal Cənubun gücünün artırılması mühümdür. Qarşılaşdığımız çağırışlar bizə ciddi təsir göstərir. Biz bir məqsəd ətrafında birləşməli, tərəqqiyə çatmaq üçün məsuliyyətimizin fərqində olmalıyıq. Birlikdə müqavimətimizi gücləndirməliyik”, – deyə Charlene Ruto vurğulayıb.

O, çıxışında Azərbaycanın Qlobal Cənubu daim təşviq etdiyini və Qlobal Şimalla dialoqun inkişafına töhfə verdiyini də vurğulayıb.

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib ki, forum 700-dən çox təşkilatı birləşdirir, iqtisadi, siyasi və sosial məsələlərin müzakirəsi üçün ideal bir platforma yaradır: “Təəssüf ki, Cənubda yaşayan ölkələrin böyük bir qismi hələ də müstəmləkəçilik və yoxsulluq kimi çətinliklərlə qarşı-qarşıyadır. Azərbaycan isə daim dayanıqlı inkişafa öz layiqli töhfəsini verir. Bu halların qarşısının alınması üçün ölkəmiz bütün sahələrdə həmin dövlətlərin yanında olub, bir sıra beynəlxalq təşəbbüsləri QHT-lərlə birgə həyata keçirib.

“Bu gün biz yerli QHT-lərin beynəlxalq layihələrdə fəal iştirakını sistemli şəkildə dəstəkləyirik. Birgə layihələrin həyata keçirilməsi üçün çoxsaylı təşəbbüslər uğurla reallaşdırılır. Sevindirici haldır ki, Cənub QHT-lərinin Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini açıq şəkildə görürük. İki gün ərzində müzakirə olunacaq məsələlər, imzalanacaq əməkdaşlıq memorandumları gələcəkdə QHT-lər arasında birgə fəaliyyətin daha da genişlənməsinə xidmət edəcək”, - deyə A.Əliyeva vurğulayıb.

UNDESA-nın İqtisadi və Sosial Məsələlər Departamenti və QHT Şöbəsinin rəisi Wook-Jin Chang Azərbaycanın ev sahibliyi etdiyi Forumun yalnız danışmaq üçün deyil, həm də dinləmək və yeni məlumatlar öyrənməyə xidmət etdiyini söyləyib. O qeyd edib ki, Qlobal Cənub təşəbbüsü, sadəcə, nəzəri ideya olmaqla kifayətlənməməlidir. “İnkişaf etmiş ölkələr texnologiyalarını və təcrübələrini paylaşmaqla qlobal ədalətin bərqərar olmasına real töhfə verə bilərlər. İcmalar arasında sıx əməkdaşlıq və ictimai bərabərlik bizi daha da güclü və müstəsna tərəfdaş edir. Forumun yüksək səviyyədə keçiriləcəyinə tam inanıram. Eyni zamanda, perspektivləri öyrənmək və yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün də bu platforma əvəzsiz fürsətdir”, - deyə forum iştirakçısı əlavə edib.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyevanın sözlərinə görə isə, təcrid edilmiş səslərin Qlobal Cənub çərçivəsində ucaldılması olduqca vacibdir. Əsas dəyişikliyin gücü bizim birləşmək qabiliyyətimizdədir. Müxtəlif sektorlar və sahələr arasında əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, müxtəlif ölkələrin bir araya gəlməsi, iqlim maliyyələşməsi, adaptasiya və birgə həll yolları faydalı və səmərəli tərəqqiyə yol açır. “Bizi 2030-cu ildən cəmi beş il ayırır və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün doğru yoldayıq. Hazırda Dayanıqlı İnkişaf Məqsədlərinin üçdəbiri ya dayandırılıb, ya da geriləyir. Bir çox ölkələr iqlim dəyişikliyi və yoxsulluğun aradan qaldırılması sahəsində ciddi çətinliklərlə üzləşirlər. Bu səbəbdən dövlət və özəl sektor birlikdə çalışaraq maliyyənin gücləndirilməsi və təşəbbüslərin artırılması üçün daha fəal addımlar atmalıdır”, - deyə Vladanka Andreyeva əlavə edib.

Ekvadorun keçmiş xarici işlər naziri və UNITAR-in prezidenti Luis Gallegos Qlobal Cənub QHT Forumunun əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, biz xalqlarımız arasında əməkdaşlığı artırmalıyıq. Cənub-Cənub arasında əməkdaşlığa xüsusilə ehtiyac olduğunu deyən L.Gallegos qeyd edib ki, dünya hər gün yeni çağırışlarla üzləşir və biz yeni pandemiyalara hazır olmalıyıq. Pandemiyalar istənilən dövlətə təsir edir və hər bir insan buna diqqət etməlidir. Pandemiyanın təsirləri nəzərə alınmalı və qarşısını almaq üçün qlobal səviyyədə tədbirlər görülməlidir. Qarşılaşdığımız problemləri dialoq yolu ilə həll etməyə çalışmalıyıq. Biz bütün dünya cəmiyyətlərini çağırmalıyıq ki, məsuliyyətlərini bölüşsünlər və birgə qərarlar qəbul etsinlər.

Böyük Britaniyanın “Loughborough” Universitetinin Diplomatiya və Beynəlxalq İdarəetmə Akademiyasının direktoru, akademik Nabil Ayad nəzərə çatdırıb ki, QHT-lər qlobal dəyişikliklərə nəzarət baxımından dövlətlərin milli maraqlarının keşiyində dayanan mühüm qurumlardır. QHT-lər, xüsusilə iqlim tədbirlərinin irəlilədilməsində əsas güc kimi qəbul olunmalıdırlar. O qeyd edib ki, Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum vasitəsilə Azərbaycan bu istiqamətdə yüksək töhfələr verir.

“Bu gün Qlobal Cənub iqlim dəyişikliklərinin mərkəzində dayanır. Ən çox təsirlərə məruz qalan ölkələr məhz bu bölgədə yerləşir. Lakin bu çağırışlar qarşısında bizim böyük potensialımız var, öz ehtiyatlarımız və güclərimiz hesabına dayanıqlılığı təmin edə bilərik. QHT-lər unikal bir gücə malikdirlər. Sosial kapitalın gücləndirilməsi nəticəsində daha səmərəli iqlim tədbirlərinin həyata keçirilməsi mümkündür. Azərbaycan bu sahədə özünü ən səriştəli dövlətlərdən biri kimi göstərib. Azərbaycanın irəli sürdüyü təşəbbüslər iqlim məsələlərində olduqca təsirli və müsbət nəticələr doğurur”, - deyə Nabil Ayad əlavə edib.

Braziliyanın Beynəlxalq Münasibətlər üzrə Tədqiqat İnstitutunun direktoru, professor Almir Lima Nascimento deyib ki, yaradılan yeni Qlobal Cənub QHT Platforması regional və qlobal çətinlikləri təşəbbüslərlə həll etməyə yönələcək. O bildirib ki, hazırda sosial və iqtisadi sahələrdə bir çox problemlərlə üz-üzəyik. Bu platforma, Qlobal Cənub çərçivəsində vahid cəbhə olaraq ədalətsizliyə, yoxsulluğa və iqlim dəyişikliyi kimi digər qlobal çağırışlara qarşı birgə mübarizəni vacib edir. Yeni şəbəkənin əhəmiyyəti, üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlıqdan asılıdır və bütün şəbəkə üzvləri bundan faydalanmalıdır.

Özbəkistan parlament komitəsinin, “Yüksəliş” hərəkatının sədri Bobur Bekmurodovun fikrincə, QHT-lərin dünyadakı rolu yalnız sosial layihələrdə deyil, həm də sağlam dialoqun təşviqində və sülhü təmin etməkdə mühüm əhəmiyyətə malikdir. O qeyd edib ki, Özbəkistanda da bu sahədə böyük layihələr həyata keçirilir və QHT-lərin sayı son illərdə iki dəfə artıb. Bu, vətəndaş cəmiyyətinin inkişafına və ictimai fəallığın güclənməsinə dəlalət edir. Demokratik inkişafı hədəfləmək və bu istiqamətdə ardıcıl addımlar atmaq isə xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumunun məhz Bakıda keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin dayanıqlı inkişafa verdiyi dəstəyin sübutudur. Azərbaycan Prezidentinin bu sahədə nümayiş etdirdiyi liderlik və irəli sürdüyü təşəbbüslər digər ölkələr üçün də nümunə olmalıdır.

Forumda çıxış edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, Azərbaycanın Qlobal Cənubun səsini dünyaya çatdırmaq uğrunda atdığı addımlar olduqca qürurvericidir.

Çünki hazırda hər kəs dünyada baş verən mühüm dəyişikliklərin canlı şahididir. O qeyd edib ki, Bakıda keçirilən bu Forumun əsas məqsədi qlobal arenada səsimizi daha güclü şəkildə eşitdirmək və bizi narahat edən məqamları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. “Qlobal Cənub anlayışı yalnız coğrafi bir ifadə deyil. Bu anlayış eyni çətinlikləri, eyni problemləri yaşayan, ortaq mədəniyyəti, dili və dini paylaşan xalqları birləşdirir. Ədalətsizlik və müstəmləkəçiliklə dolu tarixi keçmişə sahib olan ölkələr olaraq, bir araya gəlməli, öz problemlərimizi və haqlı tələblərimizi ictimai platformalarda açıq şəkildə ifadə etməliyik. Bu Forum yalnız müzakirə məkanı deyil, həm də böyük imkanlar platformasıdır. Burada bərabərlik, həmrəylik və ədalət uğrunda birləşən insanları bir araya gətirmişik. Bu, sözün əsl mənasında tarixi məqamdır”, - deyə Ramil İskəndərli vurğulayıb.

x x x

Açılış mərasimindən sonra Forum “Yerli fəaliyyət, qlobal dəyişiklik: Qlobal cənubda iqlimlə mübarizə aparan QHT-lər” adlı panel iclası ilə işini davam etdirib.

İclasda çıxış edən Pan-Afrika İqlim Ədaləti Alyansının nümayəndəsi Charles Peter Mwangi Nyambura deyib ki, Qlobal Cənub tarix boyu sistematik ədalətsizliyə və istismara məruz qalıb. Təəssüf ki, iqlim dəyişikliyi bu bərabərsizliyi daha da dərinləşdirib. Beynəlxalq münasibətlər səhnəsində isə Qlobal Cənuba yönəlik xüsusi bir yanaşma, ədalətli bir baxış hələ də tam formalaşmayıb. O qeyd edib ki, Qlobal Cənubun zəngin potensialı davamlı şəkildə istismar olunur. Əksər ölkələr bu bölgənin qarşılaşdığı çətinliklərin fərqindədirlər. Lakin real dəyişiklik üçün atılan addımlar hələ də kifayət etmir.

Pan-Afrika İqlim Ədaləti Alyansının nümayəndəsi əlavə edib ki, Bakıda keçirilən bu forum məhz vacib məsələlərin müzakirə edilməsi və birgə həll yollarının axtarılması üçün mühüm bir platformadır. Burada aparılan debatlar və əldə olunacaq nəticələr gələcək üçün istiqamətverici rol oynaya bilər.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki, ölkəmizin ev sahibliyi etdiyi COP29 konfransı, ölkəmiz üçün böyük uğur hekayəsidir. Bu, yalnız bizim üçün deyil, dünya miqyasında iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi baxımından da mühüm addım oldu. COP29-un nəticələri, həm də beynəlxalq əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. “Azərbaycanın COP29-da əsas prioritetlərindən biri inklüzivlik və şəffaflıq idi. Biz bütün vətəndaş cəmiyyətlərini, xüsusilə QHT-ləri bu prosesə cəlb etmək istədik və sevinirik ki, bu məsələdə tərəfdaşlarımız bizə dəstək verdilər. QHT-lərin prosesdən uzaq qalması mümkün deyildi. Əksinə, onlar müzakirə və qərarvermə prosesinin mərkəzində yer aldılar. Cəmiyyətin hər təbəqəsinin səsini eşitmək və onları bu mübarizəyə qatmaq bizim üçün həyati əhəmiyyət kəsb edirdi. COP29-da digər bir məqsədimiz isə Cənub ilə Şimal regionları arasında körpü qurmaq olub. Bizim məqsədimiz yalnız öz bölgəmiz üçün deyil, bütün dünyanın sabitliyi və inkişafı üçün davamlı həllər tapmaq idi. Bu məqsədimizə böyük ölçüdə çatdığımıza inanıram”, - deyə M.Babayev vurğulayıb.

COP29-un İqlim Dəyişmələri üzrə Yüksəksəviyyəli Çempionu Nigar Arpadarainin sözlərinə görə, qlobal iştirak təmin edilmədən qlobal gündəlik öz mahiyyətini itirir. COP kimi təşəbbüslər bu şəraitdə son dərəcə vacibdir. Ortaq və praktiki mexanizmlər yaradılmalı, konkret icra mexanizmləri ilə təmin edilməlidir. Azərbaycanın COP29 çərçivəsində ədalətli mövqe nümayiş etdirdiyini xatırladan Nigar Arpadarai əlavə edib: “Çoxsaylı maraqlı tərəfləri birləşdirmək vacibdir. Heç bir saziş, nə qədər iddialı olsa da, əgər inam və insanların dəstəyi olmadan davamlı ola bilməz. Biz əldə etdiyimiz nəticələrdən dərs çıxarmalıyıq. Azərbaycan hər zaman həmrəyliyin tərəfində olub. Biz Qlobal Cənubun səsini ucaltmağa və Qlobal Şimalla dialoqa çalışmışıq”.

Panel iclasında çıxış edən “Elm və Texnologiya üçün Bir kəmər, bir yol Alyansı”nın baş katibinin müavini, professor Renying Li deyib ki, bu il Çin karbonyönümlü mənbələrin həcminin azaldılması ilə bağlı əhəmiyyətli tərəqqiyə nail olub: “Bu sahədə əldə etdiyimiz təcrübəni dünya ilə paylaşmaq və qlobal səviyyədə fəal iştirak etmək niyyətindəyik. Çin gələcəkdə karbondan azad olan iqtisadiyyatı inkişaf etdirmək və bu məqsədə doğru irəliləmək istəyir. Azərbaycan ilə dostluq əlaqələrimizin daha da inkişaf edəcəyinə, qarşılıqlı əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əminik. Bu yolda biz səylərimizi birləşdirməliyik”.

O, Azərbaycan və Çin arasındakı dostluq əlaqələrinin daha da güclənəcəyini vurğulayaraq əlavə edib: “Biz “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində birgə işləyərək qlobal iqlim dəyişikliyi ilə mübarizə aparacağıq. Bu əməkdaşlıq həm regionumuzda, həm də dünya miqyasında mühüm dəyişikliklərə səbəb olacaq. Gələcəyimiz üçün daha yaşıl, daha inkişaf etmiş və davamlı bir dünyanı görmək üçün birlikdə çalışmalıyıq. Əminəm ki, bu əməkdaşlıq və səylərlə daha yaxşı bir planet yaratmağa doğru mühüm addımlar atacağıq”.

Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbara Sultanova bildirib ki, qeyri-hökumət təşkilatları aşağı həyat keyfiyyəti, iqlim dəyişikliyi, rəqəmsal bərabərsizlik və qeyri-ədalətli ticarət də daxil olmaqla bir çox müasir problemlərin həllinə töhfə verə bilərlər. O qeyd edib ki, əməkdaşlığı daha da gücləndirməklə biz qlobal problemləri birlikdə həll edə bilərik.

Birləşmiş Millətlər Universitetinin (UPEACE) Vyana və Cenevrədəki BMT ofisləri yanında səfiri David Fernandez Puyana diqqətə çatdırıb ki, Cənubi Qafqaz daim dəyişikliklərdən keçir. Günümüzdə bu region güclü və ilhamverici bir sülh prosesinə doğru irəliləyir. Səfir qeyd edib ki, Qlobal Cənub və Qlobal Şimalın qovuşuğunda yerləşən Azərbaycan həmrəyliyin və əməkdaşlığın həyata keçirilməsində öncül rol oynayır.

“QHT-lər dəyişikliyə dəstək: Qlobal Cənubda QHT-lərin irəlilədilməsi” adlı panel iclasında qeyri-hökumət təşkilatlarının daim icmalarının ehtiyaclarını əsas götürərək fəaliyyət göstərdiyi vurğulandı. İclasda bildirildi ki, icma anlayışına cəmiyyətin ən həssas və tez-tez diqqətdən kənarda qalan təbəqələri, xüsusən də əlilliyi olan şəxslər daxildir. Qeyd olundu ki, onların özlərinin prosesə rəhbərlik etməsi əsas prinsip kimi qəbul edilir.

Panel iclasda xidmətlərə çıxışın yalnız fiziki baryerlərin aradan qaldırılması ilə məhdudlaşmadığı, eyni zamanda, informasiya, təhsil, səhiyyə və hüquqi müdafiə sahələrində tam iştirak imkanlarının təmin edilməsinin vacibliyi qeyd olundu. Xüsusi işarə dili xidmətlərinin göstərilməsi və əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmış avadanlıq və kommunikasiya vasitələrinin təmin olunmasının cəmiyyətə bərabər qoşulma baxımından önəmi xüsusi vurğulandı.

Sonda Qlobal Cənub QHT Platformasının mərkəzi qərargahının Bakıda yerləşməsi qərara alınıb. Azərbaycan 1 il müddətinə Platformaya sədrlik edəcək. Eyni zamanda, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi seçilib. 2026-cı ildə isə Platformanın Baş Assambleyasının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Forum aprelin 29-da başa çatacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti keçirilib

İlbər Ortaylı: Qərbi Azərbaycana qayıdışla bağlı tədbirlər davam etdirilməlidir

AKP sədrinin müavini: Qərbi Azərbaycana qayıdış tələbi hüququn və ədalətin təzahürüdür

Fərid Şəfiyev: Ermənistan üçün sülhə gedən yol Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılmasından keçir

“Barselona” baş məşqçisi ilə yeni müqavilə imzalayıb

FIFA prezidenti "Qarabağ"ı təbrik edib

Azərbaycan minifutbol millisinin üzvü: Bəhreynlə keçirdiyimiz matç çox ağır oldu

Ramil Həsən: Türkiyə Qərbi Azərbaycan məsələsində Azərbaycanın ədalət çağırışlarına açıq dəstək verir

Azərbaycan minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Panamada İqlim Həftəsində iştirak edib

Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb

Naxçıvanda “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilib -YENİLƏNİB

Azərbaycan Tələbə Liqasında mövsümün bağlanış mərasimi keçirilib

Azərbaycan və Macarıstan müstəqil siyasət həyata keçirən iki dost ölkədir ŞƏRH

Azərbaycan ilə Macarıstanın enerji sahəsindəki əməkdaşlığı yeni mərhələyə qədəm qoyur - ŞƏRH

Bakıda minifutbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib VİDEO

Bakıda minifutbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib VİDEO

Bakıda bu parkların əraziləri böyüdüləcək VİDEO

Bakıda bu parkların əraziləri böyüdüləcək VİDEO

Özbəkistanla Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq qurulub

İtaliya nümayəndə heyəti Milli Müdafiə Universitetini və Hərbi Dəniz Qüvvələrini ziyarət edib

Nəqliyyat vasitələrinin utilizasiyası Bakı ilə yanaşı, Gəncədə də həyata keçiriləcək

Rubio: USAID proqramları səfirliklərin missiyasına xələl gətirirdi

Azərbaycan-Macarıstan münasibətləri enerji sektoru ilə yanaşı, qeyri-neft sahəsində də əməkdaşlığın inkişafına istiqamətlənib - ŞƏRH

Uruqvaylı gənc diplomatlar ADA Universitetində təşkil olunan kurslarda iştirak edəcəklər

Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirilib  YENİLƏNİB-2

Marko Rubio: Azərbaycanla bağlı əsas diqqətimiz Ermənistanla sülhün əldə olunmasına yönəlib

AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziya universitetlərində olub

Ekspert: Rumıniya Azərbaycan sərmayələrinin cəlb olunmasında çox maraqlıdır – MÜSAHİBƏ

Ötən il SOAR sistemi üzrə alınan xəbərdarlıqların sayında təxminən 2 dəfə artım müşahidə olunub

“Anadolu Ankası – 2025” təlimində növbəti mərhələnin tapşırıqları icra olunub

GLOBE Şəbəkəsinin Plenar iclasında əsas müzakirələr mərhələsi başlayıb

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında Ombudsmanın sorğusuna baxılacaq

Sergey Lavrov: Qafqazdakı məsələləri, ilk növbədə, region ölkələri və onların ən yaxın qonşuları həll etməlidir

Vergi orqanlarına daxil olmuş müraciətlərin sayı açıqlanıb

Britaniya ordusunda süni intellektin rolu artırılacaq

® “Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olundu

Soyqırımı Memorial Kompleksində açılan "Mələklərin fəryadı" sərgisini 8 mindən çox ziyarətçi izləyib

Azərbaycan-Macarıstan münasibətləri Cənubi Qafqazla Mərkəzi Avropa arasında strateji əməkdaşlıq nümunəsi kimi göstərilə bilər - ŞƏRH

Rektor: BDU Çinin nüfuzlu universitetləri ilə daha sıx əlaqələrin qurulmasında maraqlıdır

Mərkəzi Bank kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri açıqlanıb

Bakıda parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir

Pənah Musayev: Kibersuverenliyin təmin edilməsi milli təhlükəsizlik məsələsi səviyyəsinə yüksəlib

AKİ-nin maliyyə ayırdığı layihə BelDocs Pitçinq Forumunda iştirak edəcək

Deputat: Azərbaycan-Macarıstan əlaqələri çoxşaxəli tərəfdaşlığa əsaslanır

Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdış bütün Türk dünyasının məsələsidir

ADY nümayəndələri “Çin–Avropa Dəmiryol Ekspresi”nin Qlobal Tərəfdaşlarının Forumunda iştirak ediblər

Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib  YENİLƏNİB - 4  VİDEO

Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib  YENİLƏNİB - 4 VİDEO

® “Kapital Bank” Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

Macarıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır

Azərbaycan ilə Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb

Ötən il ehtiyatsızlıqdan vətəndaşların bank kartlarından 22 milyon manat kiber üsulla oğurlanıb

“Kürəkçay müqaviləsi – 220” mövzusunda dəyirmi masa keçirilib

Beynəlxalq yarışlarda medal qazanmış Azərbaycan velosipedçiləri mükafatlandırılıb

YAP Veteranlar Şurası ilə “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi arasında görüş olub

Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib

Küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

AzMİ nümayəndələri Polşada beynəlxalq konfransda iştirak ediblər

BDU-da keçirilən “Çin dili körpüsü” müsabiqəsinin qalibi müəyyənləşib VİDEO

BDU-da keçirilən “Çin dili körpüsü” müsabiqəsinin qalibi müəyyənləşib VİDEO

Ev heyvanları saxlayanların nəzərinə: Mövsümə uyğun olaraq profilaktik vaksinasiya və antiparazitar müalicələr aparılmalıdır

Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Talış folkloru konserti” təşkil olunub VİDEO

Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Talış folkloru konserti” təşkil olunub VİDEO

Yevlax Pilot Aqroparkın rezidenti Dağıstanda zeytun bağı salacaq

“Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə Texniki Komitənin iclası keçirilib

İstehlak bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə maarifləndirici görüş keçirilib

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

AQUPDK-nin 2024-cü il üzrə məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

DİM: 11-ci sinif buraxılış imtahanları üzrə narazılıq ümumi iştirakçıların 9.53 faizini təşkil edir

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan

Xaçmazda güclü külək ağacı yaşayış evinin üstünə aşırıb VİDEO

Xaçmazda güclü külək ağacı yaşayış evinin üstünə aşırıb VİDEO

Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb

Premyer Liqada sonuncu turun hakim təyinatları açıqlanıb

“Tesla” pilotsuz taksi xidmətinin işə salınması planını təsdiqləyib

Şərqşünaslıq İnstitutunun yeni nəşri: “Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi”

Dağ Yəhudiləri İcmasının sədri: Azərbaycan tolerantlıq və mədəni müxtəlifliyin nümunəsidir

BANM-in komandası “PASHA Hackathon 5.0” yarışında üçüncü yeri tutub

Eşitmə və nitq məhdudiyyətli gənclər üçün ustad dərsi təşkil edilib

“Dinamo Kiyev” tanınmış hücumçusu ilə müqaviləni yeniləyib

Səfir: Çin-Azərbaycan münasibətləri daim inkişaf edir və qarşılıqlı faydalı əməkdaşlığın nümunəsinə çevrilib

Gürcüstanda qəhrəman Azərbaycan kəndi – Qaçağan

“Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb

İcraçı direktor: Uğurla həyata keçirilən multikulturalizm siyasəti mühüm nəticələr verir

Şəmkirdə kəndlərarası avtomobil yolu layihəsinin icrasına start verilib VİDEO

Şəmkirdə kəndlərarası avtomobil yolu layihəsinin icrasına start verilib VİDEO

Ötən il Almaniyada 200 minə yaxın şirkət fəaliyyətini dayandırıb

Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib VİDEO

Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib VİDEO

“SpaceX” şirkəti orbitə daha 23 internet peyki çıxarıb

Baş nazirin müavini Şahin Mustafayev Dağıstan Hökuməti sədrinin müavini ilə görüşüb

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Aşqarlar Kimyası İnstitutunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

İmamverdi Həmidov: Multikulturalizm siyasətinin uğurları beynəlxalq səviyyədə tanınır

XİN Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş terrorçuya qarşı edam hökmünün icrasını şərh edib

Kasım-Jomart Tokayev Avropaya neft ixracının artmasına dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib

Mütəxəssis: Açıq sınıqlar travmatologiyada təcili müdaxilə tələb edən haldır

GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasında növbəti sessiya keçirilib

Koreyalı tədqiqatçı: Azərbaycan Avrasiya regionunda sülhün qurulmasında böyük rol oynayır

Kreml: Ukrayna ilə memorandum üzərində iş qapalı rejimdə, amma dinamik şəkildə aparılır

Media: Apreldə Avropadan ABŞ-a işgüzar səfərlər 26 faiz azalıb

Ombudsmanın fəaliyyəti çərçivəsində bərabərlik hüququnun təmininə dair sosial videoçarx hazırlanıb

Rusiyanın xarici işlər naziri Bakıda və İrəvanda “3+3” formatında görüşlər keçirməyi təklif edib

AMEA prezidenti Özbəkistanın Xarəzm Mamun Akademiyasının Fəxri akademiki seçilib