Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “İnternetdə müəllif hüquqları: perspektivlər və problemlər” mövzusunda Beynəlxalq seminar keçirilmişdir

Bakı, 20 fevral (AZƏRTAC). Fevralın 20-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) birgə təşkilatçılığı ilə “İnternetdə müəllif hüquqları: perspektivlər və problemlər” mövzusunda Beynəlxalq seminar keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbirdə MHA-nın sədri Kamran İmanov Azərbaycanda müəllif hüququ və əlaqəli hüquqların təminatının gücləndirilməsi istiqamətində təşkil olunan seminarların əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, bugünkü seminar agentliyin “Copyright-Internet” mövzusunda keçirdiyi silsilə tədbirlərin davamıdır. Seminarda nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsi tədbirin əhəmiyyətini daha da artırır.

K.İmanov bildirmişdir ki, internetdə müəllif hüquqlarının qorunmasına həsr olunmuş seminar MHA-nın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi çərçivəsində keçirdiyi yekun tədbirdir. Seminarın digər səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, cari ildə internetin yaranmasının 45 illiyi qeyd olunacaqdır. Bu günlərdə Avropa Parlamenti rəqəmli hüquqların idarəçiliyi üzrə onlayn qaydada istifadə olunan əsərlərə dair müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi haqqında Direktiv qəbul etmişdir.

MHA-nın sədri bu baxımdan tədbirin aktuallığını qeyd etmiş, iştirakçılara uğurlar arzulamışdır.

DƏMT-in keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr şöbəsinin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə sektorunun müdiri xanım Saule Tlevlessova Azərbaycanda müəllif hüquqlarının qorunması ilə bağlı bir sıra sənədlərin qəbul olunduğunu, rəqəmli hüquqların idarəçiliyi istiqamətində mühüm işlərin görüldüyünü, bu sahədə böyük təcrübənin qazanıldığını qeyd etmişdir. DƏMT-in nümayəndəsi quruma üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin, əqli mülkiyyətin və müəllif hüquqlarının qorunması sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov bildirmişdir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmuş və bununla əlaqədar ölkədə silsilə tədbirlər həyata keçirilmişdir. MHA-nın və DƏMT-in birgə təşkil etdikləri beynəlxalq seminar bu çərçivədə keçirilən ən əhəmiyyətli tədbirlərdəndir. Seminarda nüfuzlu beynəlxalq təşkilatların təmsil olunması dünyada rəqəmli hüquqların idarəçiliyi məsələsinə xüsusi əhəmiyyət verildiyini bir daha təsdiq edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev qeyd etmişdir ki, bugünkü seminar MHA-nın fəaliyyətinin hiperaktivliyinin göstəricisidir. Elmin, demək olar ki, bütün sahələrində müəllif hüquqlarının qorunmasının vacibliyini vurğulayan E.Babayev MHA-nın bu istiqamətdə fəaliyyətini yüksək dəyərləndirmişdir. Bildirmişdir ki, agentliyin müvafiq layihəsinin nəzəri hissəsi EİF-in qrantı vasitəsilə yerinə yetiriləcəkdir.

Fondun icraçı direktoru bu il Bakıda BMT-nin Avropa İqtisadi Komissiyasının təşkilatçılığı ilə konfrans keçiriləcəyini diqqətə çatdırmış, həmin tədbirdə innovasiya və müəllif hüquqlarının müzakirə edilməsi təklifini irəli sürmüşdür.

Tədbirdə MHA-nın sədri Kamran İmanovun “İnternetdə müəlliflik hüququnun qorunması ilə bağlı çağırışlar. Azərbaycan təcrübəsi” mövzusunda məruzəsi dinlənilmişdir.

Bildirilmişdir ki, fevral ayında Azərbaycanın müəlliflik hüququ ilə bağlı beynəlxalq internet-müqavilələrində iştirakının səkkizinci ildönümü tamam olur. Sürətlə dəyişən dünyada Azərbaycan getdikcə mövqelərini möhkəmləndirir və özünə layiqli yer tutur. Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişafın “Azərbaycan modeli” bir sıra vacib amilləri, o cümlədən sabitliyi və iqtisadi inkişafı, sosialyönümlülüyü və ədaləti, mədəni müxtəlifliyi və adət-ənənəyə sadiqliyi, demokratikləşmə və insan amilini, innovativliyi və modernləşməni, biliklərə əsaslanan tərəqqini, İKT və əqli mülkiyyətin prioritetliyini özündə cəmləşdirir. Müasir dünyada əqli mülkiyyətin, müəlliflik hüququnun inkişafını şərtləndirən bilik və bacarıqlardır, insan kapitalının, intellektin səviyyəsidir. Çünki əqli mülkiyyət mövcud bilikdən yaranan və yeni biliklərlə nəticələnən fenomendir.

Ölkəmizdə İKT-nin inkişaf statistikasına əsasən, əhalisinin 70 faizi internetə qovuşan Azərbaycan Dünya İqtisadi Forumunun hesabatında İKT-nin inkişafı üzrə 56-cı yerdə qərarlaşmış, internetin sürətinə görə Mərkəzi Asiya və MDB ölkələri arasında özünün liderlik mövqeyini qoruyub saxlaya bilmişdir. Bundan əlavə, Azərbaycan internetin əlçatımlılığına görə dünyada 20-ci, sosial şəbəkələrdə fəallığa görə 41-ci yerdədir. Ölkəmiz həm mobil sektorda, həm də radio-televiziya texnologiyalarının tətbiqində ön sıralardadır.

K.İmanov bildirmişdir ki, hazırda respublikamızda elektron hökumət sürətlə inkişaf edir. Ötən il bu portala 262 min vətəndaş müraciət etmişdir. Ölkəmizdə uğurla həyata keçirilən islahatlar müəlliflik hüququnun inkişafına böyük dəstək verir.

2013-2014-cü illərin hesabatına əsasən, əqli mülkiyyətin qorunmasında 69-cu yeri tutan Azərbaycan institutları bu sahədə Qazaxıstanı dörd pillə, Rusiyanı 44 pillə və Ukraynanı 64 pillə qabaqlayaraq MDB məkanında şəksiz lider mövqeyində dayanır. Ümumiyyətlə, son illərin hesabatlarına əsasən, Azərbaycan əqli mülkiyyətin qorunması sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur.

Prezident İlham Əliyevin qayğısı və dəstəyi nəticəsində dünyanın əqli mülkiyyət ictimaiyyəti Azərbaycanın bu sahədəki uğurlarını tanıyır. Ötən ilin sentyabrında DƏMT-in Baş Assambleyasındakı rəhbər orqanlara seçkilər zamanı Azərbaycan bu qurumun “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasına qoşulmuş ölkələrin Bern İttifaqının İcraçı Komitəsinə üzv seçilmişdir. Bununla da ölkəmiz DƏMT-in fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik Əlaqələndirmə Komitəsinin üzvü olmuşdur. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin nümayəndəsi iki il müddətinə rəqəmli hüquqlarla bağlı olan DƏMT-in 100-dək dövlətin təmsil etdiyi Müəllif Hüququna dair Müqaviləsi Assambleyasının sədri seçilmişdir.

MHA-nın sədri vurğulamışdır ki, Prezident İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli Sərəncamı əsasında hazırlanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul olunmuşdur. Son illər bənzəri olmayan “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun qəbul edilmiş, müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqlarının inkişafına dair Uzunmüddətli Milli Strategiyanın layihəsi təkmilləşdirilmiş, Avropa İttifaqının Tvinninq Proqramı çərçivəsində ölkəmizdə əqli mülkiyyət hüquqlarının həyata keçirilməsi sahəsində potensialların artırılması üzrə tədbirlər həyata keçirilmişdir. Bundan əlavə, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılmış, qabaqcıl texnologiyalara əsaslanan piratçılığa qarşı nəzarət markası sistemi və rəqəmli hüquqların idarə olunması layihəsi hazırlanmışdır.

Müəllif Hüquqları Agentliyinin fəaliyyətindən söz açan K.İmanov demişdir ki, hazırda bu qurum beş növ elektron xidmətlərini həyata keçirən dövlət orqanıdır. Ötən müddətdə MHA-da hüquqların təminatı və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması istiqamətində müvafiq addımlar atılmışdır.

Agentlikdə açılmış 960 nömrəli “Qaynar xətt”ə hesabat dövründə 700-ə yaxın müraciət daxil olmuş, ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”na 500-dən çox vətəndaş müraciət etmişdir. Agentlikdə doqquz mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilmişdir. Müxtəlif sektorlarda piratçılığın səviyyəsi 9-33 faiz aşağı salınmışdır.

K.İmanov qeyd etmişdir ki, müasir dünyada əqli mülkiyyətin fəaliyyət konteksti onun yarandığı dövrdəki kontekstdən tamamilə fərqlidir. Əqli mülkiyyətin müasir fəaliyyət konteksti, onun vəziyyətinin iqtisadiyyatda və cəmiyyətdə dəyişməsi əqli mülkiyyətin rolu və yeri haqqında düşüncə tərzimizin, təfəkkürümüzün dəyişdirilməsi zərurətini yaradır.

Bu yeni çağırışlara Azərbaycan dövlətinin cavabı “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapmışdır. Konsepsiyada müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqlarına dair səkkiz müddəadan ikisi müasir çağırışlar və prioritetlər bölmələrində əksini tapmış, altısı isə konkret istiqamətlərə aiddir.

Qeyd olunmuşdur ki, Müəllif Hüquqları Agentliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Alqoritm və Proqramlar Fondunun yaradılması təşəbbüsünü irəli sürmüşdür. Alqoritmlərin və proqram təminatlarının bir mərkəzdə toplanması softverin yaradılmasında təkrarçılığı aradan qaldıraraq informasiya texnologiyaları məhsullarının icazəli təkrar istifadəsinə imkan verəcəkdir. Bununla da büdcə vəsaitlərinə müəyyən qənaətlə yanaşı, hazır məhsullardan geniş və müəllif-hüquq mövqeyindən icazəli istifadə əldə ediləcəkdir.

MHA-nın sədri vurğulamışdır ki, ötən il DƏMT-in Baş Assambleyasında bu qurumun baş direktoru, doktor F.Qarrinin qeyd etdiyi kimi, hazırda internet qlobal meydana çevrilmişdir və inkişafda olan ölkələrə qlobal rəqəmli bazarın iştirakçısı olmaq kimi nadir imkanlar yaradır. Bu baxımdan rəqəmli şəbəkənin genişlənməsi və onun xidmətlərindən yararlanmaq imkanları zəngin mədəniyyətə malik Azərbaycan üçün çox əlverişlidir.

UNESCO-nun BMT-nin İnkişaf Proqramı ilə birgə hazırladığı cari məruzəsində xüsusi olaraq qeyd edilir ki, yaradıcılıq industriyalarının həvəsləndirilməsi, stimullaşdırılması, müəllif və əlaqəli hüquqların etibarlı qorunması yerli iqtisadi inkişaf proqramlarının ayrılmaz hissəsinə çevrilməlidir. Azərbaycan dövləti bütün bunları nəzərə alaraq bu istiqamətdə uğurlu siyasət aparır.

Seminarda yerli və beynəlxalq mütəxəssislər məruzələrlə çıxış etmişlər.

DƏMT-in sektor müdiri xanım Saule Tlevlessova “Müəlliflik hüququ üzrə DƏMT-in cari fəaliyyətləri. Pekin və Mərakeş müqavilələri. Digər məsələlər” mövzusundakı məruzəsində təmsil etdiyi qurumun fəaliyyətindən söz açmışdır. Bildirmişdir ki, hazırda dünyanın 186 dövləti DƏMT-in üzvüdür. Qurumun müxtəlif ölkələrdə 350 müşahidəçisi vardır. Audiovizual İfa üzrə Pekin müqaviləsinin əhəmiyyətindən danışan S.Tlevlessova demişdir ki, hazırda bu sənədi 71 ölkə imzalamışdır. Altmış ölkənin imzaladığı Mərakeş müqaviləsi də müasir dövrdə ən humanitar konsepsiyadır.

Tədbirdə Mərkəzi və Şərqi Avropa Müəlliflik Hüququ Alyansının (CEECA) sədri Mihali Fiçerin “Rəqəmli mühitdə müəllif hüquqlarının təminatı”, “İnternetdə kreativ məhsulların yayılması üçün inkişaf etdirilən lisenziyalaşdırma üsulları”, “İnternet servis provayderlərinin vasitəçilik öhdəlikləri: kross-yurisdiksiya müqayisəsi” mövzularında məruzələri dinlənilmişdir. Məruzələrdə müxtəlif sosial şəbəkələrdə müəlliflik hüquqlarının qorunması, internet təhlükəsizliyinin təmin edilməsi, provayderlərin vasitəçilik öhdəlikləri və digər məsələlərdən bəhs olunmuşdur.

Seminarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov “Əqli mülkiyyət hüquqlarının qorunması. İnternet təhlükəsizliyi”, Beynəlxalq Ticarət Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Maksim Prokş “İnternetdə kreativ fəaliyyət nəticələrinin dövriyyəsinə yeni yanaşmalar” mövzularında məruzələrlə çıxış etmişlər.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

Yaponiya və Cənubi Koreya 9 ildən sonra ilk dəniz xilasetmə təlimi keçirib

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Çinin xarici ticarəti 15,3 faiz çoxalıb

Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp: Yaxın iki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub