Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB 2 VİDEO

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub. G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu konfransın xarici tərəfdaşları sırasında yer alır.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub.

Daha sonra islamofobiya haqqında qısametrajlı filmin təqdimatı olub.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, islamofobiya bu dövrün narahatedici reallıqlarından biri və ayrı-seçkiliyin açıq təzahürüdür. Təəssüf ki, bir çox Qərb cəmiyyətində bu ayrı-seçkilik forması artıq normallaşır. Xüsusilə Fransa kimi ölkələrdə sekulyarizmin adı altında müsəlman icmalarının damğalanması ciddi narahatlıq doğurur. Eyni şəkildə Hindistanda dini millətçiliyin yüksəlişi nəticəsində müsəlmanlara qarşı artan təcrid və düşmənçilik müşahidə olunur.

“İslamofobiya qlobal miqyasda artan təhlükəli tendensiyanın tərkib hissəsidir. Bəziləri islamofobiyanı ayrı bir diskriminasiya forması kimi tanıyır, digərləri isə onu antimüsəlman nifrəti və ya dini irqçilik kimi adlandırmağı təklif edir. Mən düzgün terminologiyanın əhəmiyyətini anlayıram və dilin önəmini dərk edirəm. Ancaq inanıram ki, bu fenomenin müxtəlif kontekstlərdəki dərinliyini tam əks etdirəcək tək bir termin yoxdur. Əsas odur ki, islamofobiyanın acı bir reallıq olduğunu və müxtəlif bölgələrdə fərqli formalarda sosial və siyasi sahələrdə getdikcə daha çox yer aldığını qəbul edək. O, birmənalı şəkildə diskriminasiya forması kimi tanınmalıdır. Ancaq bu yolla ona qarşı effektiv mübarizə apara bilərik”, - deyə R.Həsənov vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, nifrət cinayətləri və müsəlman irsinə məxsus abidələrin məhv edilməsi də daxil olmaqla, müsəlman icmalarına qarşı həm dövlət tərəfindən, həm də cəmiyyət daxilində baş verən ayrı-seçkilik halları ilə mübarizə aparmaq üçün beynəlxalq səviyyədə təcili tədbirlərin görülməsi zərurəti daha da aktuallaşır.

O bildirib ki, Avropada ifrat sağçı siyasi qüvvələrin yüksəlişi İslam ənənələrini məhdudlaşdıran tədbirlərin görülməsinə səbəb olur. Bunu da tez-tez “assimilyasiya” və ya “inteqrasiya”nı təşviq etmək bəhanəsi ilə pərdələməyə çalışırlar. Milli diskurslar getdikcə daha çox müsəlmanları hədəf alan və onların dini kimliyini ekstremizmlə eyniləşdirən populist ritorikanın təsiri altına düşür. Cənubi Asiyada qıcıqlandırıcı ritorika və nifrət cinayətlərinin artması dövlət səviyyəsində təşviq edilən antimüsəlman millətçiliyinin narahatlıq doğuran tendensiyaya çevrildiyini göstərir. Bu tendensiyanı mədəni vahidliyin qorunması narrativləri ilə əsaslandırırlar.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Azərbaycanın dini müxtəlifliyə verdiyi dəyər, multikulturalizm ənənələri və islamofobiyaya qarşı tutduğu prinsipial mövqe bütün dünya üçün nümunəvidir. Şeyxülislamın sözlərinə görə, Prezident İlham Əliyev bu mənəvi irsin qorunmasına və inkişafına xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə İslam mədəniyyəti və dini azadlıqlar ölkəmizdə daim yüksək səviyyədə dəstəklənib. Prezident İlham Əliyevin İslam dünyasında həmrəylik və əməkdaşlıq istiqamətində atdığı addımlar digər İslam ölkələri üçün nümunə təşkil edir.

“Din adı ilə siyasi məqsədlər güdən, dini dəyərlərdən sui-istifadə edən şəxslərə və qruplara qarşı həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ciddi mübarizə aparmaq vacibdir. Bu məsələdə Azərbaycan fəal və prinsipial mövqe tutur. Biz dinlərarası əməkdaşlıq sahəsində nümunəvi təcrübəyə sahibik və bu model dünya üçün də aktuallıq kəsb edir. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün dünyanın bir çox yerində, xüsusilə də bəzi Qərb ölkələrində islamofobiya narahatedici dərəcədə artmaqdadır. Fransada müsəlmanlara qarşı qeyri-insani münasibət, Məhəmməd Peyğəmbərin karikaturalarının çəkilməsi, “Qurani-Kərim”in yandırılması və digər təhqiramiz aktlar ürəkağrısı doğurur. Bu cür halların azad söz adı altında leqallaşdırılması, əslində, islamofobiyanın dərin köklərinin göstəricisidir.

Konfransın açılış mərasimində BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirilib.

Müraciətdə bildirilib ki, müsəlmanlar institusional ayrı-seçkilik və sosial-iqtisadi məhdudiyyətlərlə üzləşirlər. Bu cür qərəzli yanaşmalar müsəlmanların damğalanmasında və əsassız irqi profilləşdirilməsində özünü göstərir və qərəzli media təmsilçiliyi, bəzi siyasi liderlərin antimüsəlman ritorikası və siyasəti ilə gücləndirilir.

Migel Anxel Moratinos deyib ki, insanlara hər yerdə dinc şəkildə, qorxmadan inanclarını həyata keçirmələrinə icazə verilməlidir: “Dünyanın hər yerində dini obyektlərə hücum edilib. Bütün ibadət yerləri terror və qan tökülmə yeri deyil, təhlükəsiz sığınacaq olmalıdır. Biz hamımız hər cür nifrət və ayrı-seçkiliyə qarşı çıxmalıyıq”.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin xüsusi elçisi Mehmet Paçacı Baş katib Hissein İbrahim Tahanın konfrans iştirakçılarına müraciətini oxuyub. Bildirilib ki, islamofobiya təkcə dini ayrı-seçkilik deyil, həm də qərəzli münasibətin, yanlış təsəvvürlərin və nifrət ritorikasının təzahürüdür. Ona qarşı aparılan mübarizə isə yalnız bir bölgəyə deyil, bütövlükdə bəşəriyyətin ortaq dəyərlərinə xidmət edən universal çağırışdır. Bu baxımdan, bu cür beynəlxalq tədbirlər islamofobiyaya qarşı mübarizədə uğurlu və təsirli platforma rolunu oynayır.

Baş katib vurğulayıb ki, Azərbaycan bu istiqamətdə daim prinsipial və ardıcıl mövqe sərgiləyib. Azərbaycanın davamlı səyləri yüksək qiymətləndirilir və təqdir edilir. İstər dövlət səviyyəsində, istərsə də beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində aparılan işlər islamofobiyaya qarşı qlobal həmrəyliyin formalaşmasına mühüm töhfə verir.

“Xüsusilə beynəlxalq məlumatlandırma istiqamətində Azərbaycan böyük nailiyyətlərə imza atıb. Dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək, ictimai rəy yaratmaq və dini ayrı-seçkiliyin fəsadlarını ifşa etmək baxımından görülən işlər olduqca dəyərlidir. Bu, təkcə islamofobiyaya qarşı mübarizə deyil, eyni zamanda, dinlərarası harmoniya və multikultural dəyərlərin qorunması istiqamətində atılan uğurlu addımlardır. Azərbaycanın bu sahədəki rolu bir çox ölkələrə nümunə ola bilər”, - deyə müraciətdə qeyd edilib.

Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri İbrahim Saleh Əl Naimi diqqətə çatdırıb ki, islamofobiyaya qarşı stereotiplərin kökündən sarsıdılması üçün hamımız məsuliyyət daşıyırıq. Bu, praktiki tədbirlərin görülməsini zəruri edir. İslamofobiya dünyada artıq universal məsələyə çevrilib. Tənqidi fikirlərin səsləndirilməsinin nəticəsi olaraq müsəlmanlara qarşı hücumlar baş verir. Naimi bildirib ki, bu tədbirin əsas məqsədi bütün sübutları toplamaq, siyasi məsələləri gündəmə gətirmək və kənarda qalan səsləri ucaldaraq eşitdirməkdir: “Bu konfrans kollektiv deklarasiya rolunu oynayacaq. İslamofobiya ilə mübarizə, eyni zamanda, dinc və yanaşı yaşamaq məsələsidir. İslamofobiya təkcə dini məsələ deyil, bu, insan hüquqları ilə bağlı problemdir. Hazırda yaşadığımız dünyada islamofobiya əxlaqi deyil, insani məsələyə çevrilib. İslamofobiya insan hüquqlarının alçaldılmasıdır. Biz bütün formalarda buna qarşı mübarizə aparmalıyıq”.

İnsan Qardaşlığının Ali Komitəsinin Baş katibi Xalid Əl Qaiti bildirib ki, bu gün keçirilən beynəlxalq konfransda biz yalnız bir problemi müzakirə etmirik, eyni zamanda, humanist, ədalətli və tolerant bir dünyanın qurulması üçün ortaq öhdəliklərimizi nəzərdən keçiririk. Bu kontekstdə, Azərbaycanın multikulturalizmə, dinlərarası harmoniyaya yanaşması, həmçinin islamofobiyaya qarşı apardığı ardıcıl və səmərəli mübarizə olduqca nümunəvidir.

Onun sözlərinə görə, birgəyaşayışı təşviq etmək, xüsusilə də müxtəlif dinlərə mənsub icmalar arasında anlayış və hörmət mühitini yaratmaq əsas vəzifələrdən biridir. Bu proses təməlindən – məktəblərdən başlamalıdır. Gənc nəsil formalaşarkən onlara tolerantlıq, qardaşlıq və birgəyaşayış dəyərləri aşılanmalıdır. Maarifləndirmə tədbirləri, dərsliklərdə verilən mesajlar və tədris proqramları bu baxımdan böyük rol oynayır.

Qeyd edək ki, beynəlxalq elmi konfransın keçirilməsində məqsəd beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 40-a yaxın ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Yüzdən artıq xarici qonağın iştirak etdiyi konfransda “İslamofobiyada qlobal trendlər: Çağırışlar və cavablar”, “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və vəkillik strategiyaları”, “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər”, “İslamofobiya media və rəqəmsal platformalarda: Süni intellekt sistemləri islamofob qərəzi necə yaya və gücləndirə bilər”, “Qadınlar, kimlik və stereotiplər: Dini və mədəni önyarğıların kəsişməsində naviqasiya”, “Avropada müsəlmanlara qarşı qanunvericiliyin institusionallaşdırılması: İslamofob təbliğatın radikallaşması fonunda müsəlmanlara qarşı ritorika”, “Dəyişən dünyada İslam mədəni irsinin qorunması”, “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə” mövzularında müzakirələr aparılacaq.

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB 2  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqonun keçmiş rəhbəri: ABŞ-İran münaqişəsi daha altı ay davam edə bilər

“Oğuz rayonu və tanınmış insanları” adlı kitabın təqdimatı olub

Fransada dövlət qulluqçuları maaş artımı tələbi ilə tətilə hazırlaşırlar

Mateuş Koxalski “Qarabağ”la vidalaşıb

Südabə Qazıyeva: Şəhidin adını hara gəldi yazmaq, şəklini yapışdırmaq onun əziz xatirəsinə layiq deyil

Voleybol üzrə Türkiyə millisi ardıcıl 2-ci dəfə Avropa çempionu olub

Premyer Liqa: “Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəlib

Şair-publisist Hidayət Səfərli: Şuşanın daşına boya çəkilməz

Tarixi irsin qorunması yalnız dövlətin deyil, hər bir insanın məsuliyyətidir ŞƏRH

Avropa Komissiyasının Prezidenti Qrenlandiyaya səfər edib

Xuraman Qənbərova: Şəhidlərimizin izini şəxsi yazılarla korlamaq yolverilməzdir

Çex arxeoloqları Qazaxıstanda sovet repressiyalarının izlərini araşdırırlar

Şəhid atası: Şuşanın qayalarına yazılan adlar o torpağın mənəvi dəyərinə kölgə salır

Əziz Şiriyev: Şəhidlərimizin xatirəsini qayalara adlar yazmaqla deyil, Qarabağı qorumaqla yaşatmalıyıq

Memar: Tarixi abidələrə ciddi nəzarət edilməlidir VİDEO

Memar: Tarixi abidələrə ciddi nəzarət edilməlidir VİDEO

Ağdamlı məktəblinin uğurları Türkiyə mediasının diqqətini çəkib

Bu saata olan əsas xəbərlər

Vüqar Əhmədov: Mədəni irs ümumbəşəri anlayışdır və onun qorunması tarixin qorunmasına töhfədir

Prezidentin sosial şəbəkə hesablarında dövlətimizin başçısının Hərbi Dəniz Qüvvələrində olması ilə bağlı paylaşım edilib VİDEO

Şəhid atası: Oğlum əsir düşməmək üçün canından keçdi, indi o qayalara ad yazmaq necə mümkün ola bilər?

Vətən müharibəsi qazisi: Şuşanın hər daşı tariximizin bir parçasıdır

Turizm eksperti: Tarixi və mədəni abidələrə zərər vurulması yolverilməzdir

Mürvət Əsgərov: Şəhidlərimiz adlarını daşlara deyil, qanları ilə tarixə yazdılar

İsveç mediası 18 yaşlı azərbaycanəsilli namizəd barədə yazır

Milli Məclisin sədri Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdədir

Şuşa döyüşlərinin iştirakçısı: Biz o qayalara tariximizi qanımızla yazmışıq

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sokolovda Milli Azlıqlar Festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Turizm eksperti: Şuşanın qayalarında bizim adlarımız deyil, bu şəhərin öz tarixi qalmalıdır

Mədəni-tarixi abidələrimizə zərər vurmağa heç kimin haqqı yoxdur - AÇIQLAMA

Turizm məkanlarına münasibətdə ictimai məsuliyyət artırılmalıdır - ŞƏRH

Şəhid anası: Qəhrəmanlarımızın xatirəsini daşlara adlar yazılması ilə yaşatmamalıyıq

Şəhid qanı ilə yoğurulub Vətən olan torpağa, daşa niyə adımızı yazmaq zərurəti hiss edək ki?!

Razi İbrahimov: Tarix qayalardakı güllə izlərini artıq qəbul edib, həmin izlərə toxunmaq olmaz

Qazi Asim Əliyev: Şuşanın qayalarına yazı yazmaq yox, onun tarixini qorumaq lazımdır

Kiyevdə ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə danışıqlar aparılır VİDEO

Kiyevdə ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə danışıqlar aparılır VİDEO

Ehtiyatda olan zabit: Şuşanı sevmək onun qayalarına ad yazmaq deyil, hər daşını qorumaqdır

Oğuz ziyalısı: Şəhidlərimiz öz adlarını tariximizə və ürəklərimizə əbədi yazıblar

“Bu, sənət deyil, təbiətə müdaxilədir” - rəssam Cıdır düzündəki yazılardan danışdı

Dosent: Tarixi və mədəni abidələrə hörmət milli mənəviyyatımızın göstəricisidir

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz: “Bu, subkulturadır” VİDEO

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz: “Bu, subkulturadır” VİDEO

Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub VİDEO

“Cıdır düzündə qayalara ad yazılmasını düzgün qiymətləndirmirəm” - müharibə veteranı

Naxçıvanda zəncirvari qəza - 4 avtomobil toqquşub VİDEO

Naxçıvanda zəncirvari qəza - 4 avtomobil toqquşub VİDEO

Şəhid atası: Tarix yazan oğulların adını harasa yazmağa ehtiyac yoxdur

Sentyabrın 7-si üçün hava proqnozu: bəzi ərazilərə leysan və dolu düşəcək

Almatıda onkoloji xəstələr üçün robotlaşdırılmış aptek kompleksi istifadəyə verilib

Şəhid qardaşı: Şuşada hər daşın öz hekayəsi var

Etibar Hüseynova: Şəhidlərin xatirəsinə hörmətlə yanaşmalı, tarixi və mədəni irsimizi qorumalıyıq

“Orada oğullarımızın ayaq və qan izləri var, əlavə yazılara ehtiyac yoxdur” - şəhid anası VİDEO

“Orada oğullarımızın ayaq və qan izləri var, əlavə yazılara ehtiyac yoxdur” - şəhid anası VİDEO

Pərvin Kərimzadə: Şəhidlərin xatirəsi qorunmalı, tarixi irsimiz yaşadılmalıdır

Almaniyanın Saksoniya-Anhalt əyalətində parlament seçkiləri keçirilir

ADAU dosenti: Şəhidin adını daşın üzərinə yazmaq onu əbədiləşdirmir

Macarıstan istifadəsiz sənaye ərazilərini yaşayış məhəllələrinə çevirir

Sabah Bakıda hava kəskin dəyişəcək - yağış və güclü külək gözlənilir

Məktəb direktoru: Şəhidlərimizin adını daşlarda deyil, qəlblərdə yaşadaq

Deputat: Şuşanın qayaları xatirə dəftəri deyil, qan yaddaşımızın canlı salnaməsidir

Tural Gəncəliyev: Tarixi abidələrin qorunması ümumbəşəri məsuliyyətdir

Bu saata olan əsas xəbərlər

Şuşanın qayalarına yazılan şəhid adları ilə bağlı çağırış: “Bu, hörmət əlaməti sayıla bilməz”

Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb

Esvatininin Kralı Əlahəzrət III Msvatiyə

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH

Heykəltaraş: Daşın yaddaşına toxunmaq olmaz

Əlverişsiz hava yollarda vəziyyəti çətinləşdirə bilər - BDYPİ-dən xəbərdarlıq

QHT sədri: Tarixi-mədəni irsə qarşı hörmətsizlik qəbuledilməzdir

Vətən müharibəsi iştirakçısı: Qarabağın tarixi irsinə hörmətlə yanaşmaq hər birimizin borcudur

Şuşanın daş yaddaşına toxunmayaq

Cəsarət Hüseynzadə: Şuşanın divarlarına öz adımızı yazmağa deyil, onun adına layiq davranmağa borcluyuq

Ağdam rayonunda mina partlayışı baş verib

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Qazi: Şuşanın hər daşı, hər qayası xalqımızın keçdiyi ağır və şərəfli yolun canlı şahididir

Şəhid adı daşa yazılmır: Xatirəni əbədiləşdirmək, yoxsa milli irsimizə iz salmaq?

Turizm eksperti: Şuşaya gələn hər kəs bu şəhərin tarixi və mənəvi əhəmiyyətini dərk etməlidir

Balakən ziyalısı: Şəhidlərə olan sevgimizi qayalara deyil, qəlblərə həkk etməliyik

Solomon adalarında 5,8 bal gücündə zəlzələ olub

Qubada Beynəlxalq Şahmat Festivalı start götürüb

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

İsrail Livanın cənubunu yenidən bombalayıb

Media: İran Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz aparatı vurub

Çində torpaq sürüşməsi baş verib: ölənlər var VİDEO

Çində torpaq sürüşməsi baş verib: ölənlər var VİDEO

Ukrayna ilə bağlı danışıqlara dair növbəti addımlar yaxın həftələrdə açıqlanacaq

ABŞ hərbçiləri Sakit Okeanda narkokartelə xidmət edən gəmiləri batırıb

V Haraldın dəfn mərasimində Britaniya Kralını şahzadə Uilyam təmsil edəcək

Almaniya Kansleri Fridrix Merts bəzi etiraflar edib

Pentaqon rəhbəri İranı hədələyib

“Phantom" tipli qırıcı təyyarə aviaşouda qəzaya uğrayıb

Müharibə əlili Tariyel Didarov: Tarixdə iz qoymaq istəyiriksə, ilk növbədə tariximizi qorumalıyıq

Peru hökuməti beş həbsxanada fövqəladə vəziyyət elan edib

Uşakov: Amerikalılarla danışıqlar konstruktiv keçib

İsrail ordusu Suriyanın bir sıra ərazilərini atəşə tutub

İran ordusu ABŞ-yə məxsus gəmilərə zərbələr endirib

Kreml görüşü 3 saatdan çox çəkib YENİLƏNİB

Yazıçı-publisist: Hər birimiz ölkəmizin tarixi-mədəni irsinə və milli yaddaşına hörmət etməliyik

Bundesliqa: “Bavariya” səfərdə xal itirib

Rəssam: Təbii mənzərəyə yad müdaxilə yolverilməzdir

Rusiya Prezidenti: Əmrimlə Kiyevə zərbələr dayandırılıb

İstanbul derbisi: "Fənərbağça" öz meydanında "Beşiktaş"a uduzub

Siyasi şərhçi: Mədəni irsin qorunması üçün ictimai məsuliyyət vacibdir

"Neftçi" öz meydanında "Şəfa"ya böyük hesabla qalib gəlib