Bakıda Kouçinq və Liderlik konfransı keçirilib
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 5-də Bakıda Kouçinq və Liderlik konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Kouç Federasiyası, Azərbaycanda Amerika Ticarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən konfransda iş dünyasından 300-dən çox mütəxəssis və idarəçi iştirak edib.
Builki devizi “İndi dəyişiklik zamanıdır” olan konfrans Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Birləşmiş Krallıqdan tanınmış kouçları və liderlik üzrə mütəxəssisləri bir araya gətirən unikal platformadır.