Bakıda “Nağdsız cəmiyyət günləri” keçirilir

Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bankın dəstəyi ilə noyabrın 8-dək “Nağdsız cəmiyyət günləri” keçiriləcək.
ABA-dan AZƏRTAC-a bildirilib ki, “Nağdsız cəmiyyət günləri”ndə nağdsız iqtisadiyyat, rəqəmsal ödənişlər və buradakı innovativ həllər ilə əlaqədar mövzularda bank əməkdaşlarına, jurnalistlərə və tələbələrə təlimlərin, seminarların və “meetup”ların təşkili, eləcə də nağdsız ödənişləri stimullaşdıracaq kampaniyaların keçirilməsi planlaşdırılır.
Tədbirlər çərçivəsində Azərbaycan Banklar Assosiasiyası və Beynəlxalq Valyuta Korporasiyası arasında anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.