Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” mövzusunda konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakı, 18 may, AZƏRTAC

Bakıda Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tərəfindən təşkil olunan “Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 10 illik yubileyinə həsr olunub və qalxanabənzər vəzi xəstəliklərinin müasir diaqnostika, müalicə üsulları üzrə elmi-praktik biliklərin paylaşılmasını, habelə bu sahədə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasını hədəfləyir.

Konfransda ümumi cərrahlar, onkoloqlar, endokrinoloqlar, radioloqlar və terapevtlər iştirak ediblər.

Tədbiri açan Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının (Seçenov Universiteti) rektoru, Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin aparıcı cərrah-onkoloqu, professor Əziz Əliyev son illərdə filialın böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. “Bizim universitet 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı və birinci xanım, Seçenov Universitetinin fəxri professoru Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Universitetimiz ən müasir avadanlıqlarla təchiz olunub, 30-dan çox xəstəxana ilə əməkdaşlıq edir. Tələbələrimiz bu xəstəxanalarda təlim keçirlər. Universitetimizdə 720 tələbə və 109 rezident oxuyur, professor-müəllim heyəti Moskvadan gəlir”, - deyə rektor bildirib.Onun sözlərinə görə, Tədris-Simulyasiya Mərkəzində Seçenov və Azərbaycan Tibb universitetlərinin tələbələri üçün praktik vərdişlərin tədrisi və akkreditasiya aparılır. “Seçenov Universitetinin Tədris-Simulyasiya Mərkəzi Avropa Simulyasiya Tədrisi sertifikatı alıb və biz fəxr edirik ki, keçən ildən Qarabağ İqtisadi Zonasında əhaliyə və yerli həkimlərə təlimlər keçiririk”, - deyə Əziz Əliyev əlavə edib.

Professor, həmçinin deyib: “14 may tarixində MDB iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən mənə Düşənbə şəhərində “Birlik Ulduzları” mükafatı təqdim olunub. Bu mükafat mənə “Elm və təhsil sahəsində misilsiz töhfə və nailiyyətlərə görə” verilib. Bu mükafata əlavə olaraq 2 milyon rubl məbləğində pul da verildi. Zalda bütün MDB ölkələrinin nümayəndələri iştirak edirdi və mən xüsusilə vurğulamaq istəyirəm ki, məni orada çıxışa dəvət edəndə bəyan etdim: bu mükafatı Qarabağın Dirçəlişi Fonduna yönəltmək qərarına gəlmişəm. Əlbəttə, bu, dövlətimizin gördüyü böyük işlərlə müqayisədə dənizdə bir damladır, lakin bu, mənim üçün böyük bir şərəfdir. Mən bu sözləri deyərkən Vətənimlə, rəhbərimlə – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə qürur duyuram. Çünki bu sözləri səsləndirmək imkanını bizə məhz onun rəhbərliyi altında qəhrəman ordumuzun Qarabağ bölgəsini azad etməsi təmin etmişdir. Bu gün biz əminliklə deyə bilərik: Qarabağ Azərbaycandır! Bu bölgə sürətlə yenidən dirçəlir. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva kimi rəhbərlərimiz sayəsində biz öz Vətənimizlə qürur duyuruq – necə inkişaf edib, necə müasir bir dövlətə çevrilib Azərbaycan.

Ali Baş Komandanımızın rəhbərliyi və qəhrəman ordumuzun rəşadəti nəticəsində biz torpaqlarımızı geri qaytardıq və bu gün başıuca, fəxrlə gəzirik”.

Mayami Xərçəng Araşdırma Mərkəzinin qurucu prezidenti və baş icraçı direktoru professor Seza Ali Güleç çıxışında qalxanabənzər vəzi xərçənginin müalicəsi tarixinə nəzər salıb. O, bir neçə il bundan öncə bu xəstəlik haqqında əhəmiyyətli bir araşdırmaya toxunaraq bütün tiroid xərçənginin yüksək xüsusiyyətlərə malik olduğunu bildirib. Professor risk altında olanların müalicəsinin əvvəllər düşündüyümüz qədər asan olmadığını vurğulayıb.

Tiroid xərçənginin müasir cərrahi müalicəsi haqqında prezentasiya ilə çıxış edən professor Əziz Əliyev əməliyyatın əsas məqsədinin ətrafdakı strukturlara minimal ziyan vurma riski ilə şişin tamamilə çıxarılması olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda ən çox rast gəlinən xərçəng xəstəliklərinin kişilər arasında ağciyər, mədə xərçəngləri, qadınlar arasında isə süd vəzi, kolon və qalxanabənzər vəzi xərçəngləri olduğunu qeyd edib.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Endokrinologiya Klinikasının direktoru professor Valentin Fadeyev düyünlü zobun ilkin diaqnostika konsepsiyasında dəyişikliklər haqqında prezentasiya ilə çıxış edib.

Daha sonra Milli Onkologiya Mərkəzi Nüvə təbabəti və radionuklid terapiya bölməsinin rəhbəri tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov “Yod neqativ metastatik tiroid xərçəngində diğər radioliqand müalicə taktikaları”, Berlin Sağlamlıq İnstitutunda bioinformatik Burulca Uluvar “Radioaktiv yod teranostikasının molekulyar əsasları”, İsveç Karolinska İnstitutunun və Universitet Xəstəxanasının kardiologiya üzrə professoru professor Françesko Kosentino “Diabet və ürək-damar xəstəlikləri: kardioloqun baxış bucağından problemlər və çətinliklər” mövzularında çıxış ediblər.

Tədbirdə metabolik xəstəliklər və tiroid şişlərinin meydana gəlməsi arasındakı əlaqəni nəzərdən keçirərək xəstələrin müalicəsinə vahid bir yanaşma tətbiq olunması ətrafında müzakirələr aparılıb.

Konfransda iştirakçıları maraqlandıran bir sıra suallar cavablandırılıb.

Bakıda “Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” mövzusunda konfrans keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxt məktəblərində “Son zəng”

Milli Qurtuluş Günü - Azərbaycanın xilası, sabitliyi və gələcəyə doğru dönüş nöqtəsi ŞƏRH

AZAL bir sıra aviareysləri ləğv edib

Binə qəsəbəsində narkotacir saxlanılıb

Odessa şəhərində soydaşlarımız üçün səyyar konsulluq xidməti keçirilib

BDU-da diferensial həndəsənin aktual problemləri tədqiq edilir

Qərb bölgəsinin “Son zəng” tədbirləri bayram əhvali-ruhiyyəsində keçirilib

Şamaxı şəhər 2 nömrəli məktəbdə “Son zəng” çalınıb

Milli Kitabxanada “Heydər Əliyev: dövlət suverenliyi və konstitusiya quruluşu” mövzusunda elmi konfrans keçirilib

Nəsimi rayonunda əməliyyat-ekstazi həbləri toz formasında satan şəxslər saxlanıldı VİDEO

Nəsimi rayonunda əməliyyat-ekstazi həbləri toz formasında satan şəxslər saxlanıldı VİDEO

Xankəndidə 37 il əvvəlin məzunları yarımçıq qalan “Son zəng”i qeyd ediblər

Elm və təhsil naziri Hacıqabulda “Son zəng” tədbirlərində iştirak edib

Mil-Muğan regionunda 4594 şagird məzun olub

Gürcüstanın xarici ticarət dövriyyəsi 13,3 faiz artıb

Hikmət Hacıyev: Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır

Cəbrayılda 32 ildən sonra ilk “Son zəng” çalınıb

Şuşada keçiriləcək beynəlxalq konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Xankəndi və Xocalıda “Son zəng” tədbirləri

Uşaqlığın son zəngi...

Ölkə ərazisində qeydiyyatda olan tarix mədəniyyət abidələrinin vahid pasportu olacaq

“Gənc istedadlar” liseyində “Son zəng” keçirilib

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turniri başa çatıb

Hikmət Hacıyev: Avropa İttifaqının nə istədiyi aydın deyil

Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb

Rusiyanın Xalq artisti İrandan təxliyəsinə göstərilən yardıma görə Azərbaycana təşəkkür edib VİDEO

Rusiyanın Xalq artisti İrandan təxliyəsinə göstərilən yardıma görə Azərbaycana təşəkkür edib VİDEO

Azərbaycan xalqı Ulu Öndərin ətrafında sıx birləşməklə öz gələcək taleyini həll etdi ŞƏRH

Hikmət Hacıyev: Orta Dəhliz mövcuddur, işlək vəziyyətdədir və kimsə gəlib onu yenidən qurmalı deyil

Respublika Qan Bankında Ümumdünya Qan Donoru Günü münasibətilə tədbir keçirilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc edilib

Qəbələnin hotel və mehmanxanaları beş ayda 20 mindən çox əcnəbi turistə xidmət göstərib

Azərbaycan Qış İdmanı Növləri Federasiyası Beynəlxalq Xizək və Snoubord Federasiyasına üzv qəbul edilib

DİN kiberdələduzluqla bağlı vətəndaşlara növbəti dəfə çağırış edib

İyulun 13-də ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının ümumitəhsil məktəbləri üzrə 3992 şagird məzun olub

İlin beş ayında pensiya ödənişlərinə 2 milyard 954 milyon manat vəsait yönəldilib

Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır

Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib

Hikmət Hacıyev: Yaşıl dəhliz Azərbaycanın şərq-qərb enerji bağlantısının yeni mərhələsidir

Otuz dörd il sonra Şuşada “Son zəng” çalınıb

287 nömrəli “Zəkalar” liseyində “Son zəng” tədbiri keçirilib VİDEO

287 nömrəli “Zəkalar” liseyində “Son zəng” tədbiri keçirilib VİDEO

Qarabağ “DOST Evi”nə yeni benefisiarlar qəbul edilib

Daha bir yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb VİDEO

Daha bir yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb VİDEO

Türkiyədə İsrail-İran gərginliyi barədə sosial mediada yayılan yalan paylaşımlarla bağlı istintaqa başlanılıb

İşğaldan azad olunmuş ərazilərdəki ümumi təhsil müəssisələrindən 58 şagird məzun olub

Hikmət Hacıyev: Azərbaycan “Orta Dəhliz”ə mədəniyyətlərarası dialoq kimi yanaşır

Velosiped sürmək demensiya riskini azaltmağa kömək edə bilər

Gürcüstan XİN Yaxın Şərqdəki vəziyyətlə bağlı bəyanat yayıb

Azərbaycan nefti 4 dollardan çox bahalaşıb

Eşqi Bağırov: 70 minə yaxın namizəd MİQ imtahanı verəcək

Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir

® “Azercell” gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir

Daha bir qrup xarici ölkə vətəndaşı İrandan təxliyə edilib YENİLƏNİB VİDEO

Daha bir qrup xarici ölkə vətəndaşı İrandan təxliyə edilib YENİLƏNİB VİDEO

İtkin düşmüş 16 nəfər tapılaraq təhvil verilib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya ilə qarşılaşacaq

Azərbaycanın daha iki cüdoçusu dünya çempionatında mübarizəyə qoşulur

Bakıda yaradılan bütün ictimai çimərliklər 15 iyundan başlayacaq mövsümə tam hazır vəziyyətdədir

Paytaxtda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb

Eşqi Bağırov: Sertifikasiya imtahanlarında 22 min müəllimin iştirakı nəzərdə tutulur VİDEO

Eşqi Bağırov: Sertifikasiya imtahanlarında 22 min müəllimin iştirakı nəzərdə tutulur VİDEO

Paytaxtın Səbail rayonunda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib VİDEO

Paytaxtın Səbail rayonunda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib VİDEO

2025-2026-cı tədris ili üzrə 113 minə yaxın uşaq artıq 1-ci sinfə qəbul olunub VİDEO

2025-2026-cı tədris ili üzrə 113 minə yaxın uşaq artıq 1-ci sinfə qəbul olunub VİDEO

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlanır

Yabanı halda bitmiş 2 tona yaxın çətənə kolu məhv edilib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Tehran ərazisində müxtəlif hədəflərə hücum ediblər

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

Baş Dövlət Yol Polisi İdarəsi “Son zəng” tədbirləri ilə bağlı bir daha xəbərdarlıq edib

Əksər rayonlarda küləkli hava şəraiti müşahidə olunub

İtaliyada ən böyük asma körpü tikiləcək

İdman və omeqa-3 diş kökü iltihabını azalda bilər - TƏDQİQAT

Mingəçevir teatrı sənətsevərlərə yeni tamaşa təqdim edib

Milli Qurtuluş Günündən Zəfər tarixinə gedən yol – ŞƏRH

Filarmoniyada Xalq artisti Fəxrəddin Kərimovun yubiley konserti olub

İran XİN-in rəsmi nümayəndəsi: ABŞ-la nüvə danışıqları mənasız olub

Alimlər xərçəngdə hüceyrə ölümündən yayınmağın yeni yolunu tapıblar

Azərbaycan məktəblərində “Son zəng” tədbirləri keçirilir YENİLƏNİB

“Google” tropik fırtınaların proqnozlaşdırılması üçün yeni süni intellekt modelini və saytını yaradıb

İtaliyanın “ITA Airways” şirkəti “Lufthansa Group”la yeni kod-şerinq sazişi imzalayıb

“Barbie”nin yaradıcıları “OpenAI” ilə əməkdaşlıq edərək “ağıllı oyuncaq”lar hazırlayacaq

Kanadalı alimlər yeni tirannozavr növü aşkar ediblər

Misir yanacağa olan ehtiyacının təmini ilə bağlı fəaliyyət planını müzakirə edib

Tehranın Mehrabad hava limanı yaxınlığında partlayış baş verib

Marsda “gizlənmiş” vulkan aşkar edilib

Beyləqanda bazar ərazisində baş verən yanğın söndürülüb YENİLƏNİB

Praqa NATO-nun büdcəsinin artırılması tərəfdarıdır

Şəkər əvəzedicisi beyin damarlarına zərər verə və insult riskini artıra bilər - TƏDQİQAT

Zaqatalada piyadanın ölümü ilə nəticələnən qəza olub

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolu müzakirə olunub

Azərbaycanın cənub sərhədlərində radiasiya fonunda çirklənmə aşkarlanmayıb – BİRGƏ MƏLUMAT

İrandan İsrailə ən azı 100 raket atılıb, onların əksəriyyəti vurulub

Qrossi: İsrailin zərbəsi İranın uranın zənginləşdirilməsi obyektinə 60 faiz ziyan vurub

MAQATE rəhbəri: İranın Natanzdakı nüvə obyektlərində radioloji çirklənmə aşkarlanıb

Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi ilə əlaqədar Almaniyada təhlükəsizlik tədbirləri gücləndirilib

İraq BMT TŞ-yə İsraildən şikayət ünvanlayıb

ETX: “Azərpoçt”un adından dələduzluq halları son vaxtlar daha da artmaqdadır

Türkiyənin dövlət rəsmilərinin İsrail-İran gərginliyi ilə bağlı iclası keçirilib

Putin İran və İsrail rəhbərliyi ilə telefon danışığı aparıb

Auditorlar Palatasında “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan voleybol milliləri növbəti oyunlarına çıxıblar

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır

Energetika nazirinin müavini NATO-nun mənzil-qərargahında olub