Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda QDİƏT PA-nın 65-ci Baş Assambleyasının plenar iclası keçirilib YENİLƏNİB VİDEO

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri, QDİƏT PA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova Assambleyada çıxış edib.

Azərbaycan parlamentinin sədri deyib ki, belə görüşlər xalqların bir-birinə daha da yaxınlaşmasına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə təkan verir.

O, Azərbaycanın dövlət səviyyəsində dialoqa, dinc birgə yaşayışa və beynəlxalq əməkdaşlığa hər zaman böyük əhəmiyyət verdiyini bildirib. Onun sözlərinə görə, bu gün Bakı, ideyaların yarandığı, təcrübə mübadiləsinin aparıldığı, birlikdə regionumuzu yaxşılığa doğru dəyişə biləcək həll yollarının axtarıldığı yerə çevrilir.

Sahibə Qafarova xüsusilə qeyd edib ki, Azərbaycanın bu mühüm beynəlxalq forumu uğurla təşkili Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və strateji cəhətdən uğurlu siyasi kurs sayəsində mümkün olub. Vurğulanıb ki, məhz dövlət başçısının rəhbərliyi sayəsində Azərbaycan daxili sabitliyi qoruyub saxlaya bilib, ədaləti bərpa edib, davamlı inkişafı təmin edib, dinamik, özünəinamlı və nüfuzlu ölkəyə çevrilib. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan bu gün həm müasir çağırışların öhdəsindən gələn, həm də regional və qlobal gündəmi fəal şəkildə formalaşdıran, sülh, inkişaf və bərabərhüquqlu əməkdaşlığı müdafiə və təşviq edən dövlətdir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, QDİƏT-in regionumuzdakı rolu həqiqətən unikaldır.

S.Qafarova parlamentlər arasında əməkdaşlığın gücləndirilməsinin, davamlı inkişafa töhfə verəcək qanunvericilik aktlarının uyğunlaşdırılmasının təşviqinin və qanunun aliliyinin gücləndirilməsinin vacibliyini ifadə edib. Vurğulanıb ki, sözdən konkret səmərəli, şəffaf və uzunmüddətli əməkdaşlıq mexanizmlərinə keçilməli, davamlı inkişafa xüsusi diqqət yetirilməlidir.

Parlamentin sədri, həmçinin insan hüquqlarını qorumağın və xalqın təmsilçiliyinin əsas formalarından biri kimi parlamentarizmi təbliğ etməyin də əhəmiyyətini diqqətə çatdırıb.

Sonra iclasda Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselova çıxış edib. O, Bakıda təşkil olunmuş bu tədbirin QDİƏT PA-nın regionda iqtisadi əməkdaşlığın gücləndirilməsinə, parlamentlərarası dialoqun təşviqinə yönəldiyini söyləyib. Üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinin Qara Dəniz regionunda davamlı inkişafın və rifahın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. Mehriban qonşuluq münasibətlərinin qurulmasının regional və beynəlxalq əməkdaşlığın inkişafı üçün önəmli olduğunu qeyd edib, bu istiqamətdə birgə səylərin artırılmasının Qara Dəniz regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından vacibliyindən danışıb.

Bolqarıstan spikeri tədbirin mövzusunun aktuallığını qeyd edərək, nəqliyyat infrastrukturunun səmərəliliyin artırılmasının üzv dövlətlərin davamlı iqtisadi inkişafına nail olunması, ticarət sahəsində regional inteqrasiya üçün geniş imkanlar yaratdığını bildirib. O, eyni zamanda, ekoloji cəhətdən daha təmiz nəqliyyat növlərindən istifadə edilməsinin vacibliyindən söhbət açaraq, bunun regionda dayanıqlı və təhlükəsiz inkişaf prinsiplərinə uyğun olduğunu deyib.

Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşi isə çıxışında bildirib ki, firavan gələcəyin, sabitlik və təhlükəsizliyin təmin edilməsində, iqtisadi inkişafın sürətləndirilməsində, iqlim dəyişiklikləri ilə mübarizədə çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, demokratik dəyərlərin qorunması, qanunun aliliyinin təmin edilməsi, xalqlar arasında dialoqun təşviqi, parlament diplomatiyasının rolunun gücləndirilməsi önəmli amillər hesab olunur.

Afrim Qaşi müasir və dayanıqlı nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üçün region ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb. O, regional nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində potensial imkanlardan istifadənin vacibliyini qeyd edib və bunun quruma üzv dövlətlər arasında münasibətlərin gücləndirilməsinə, ölkələrin iqtisadiyyatının daha da yüksəlməsinə xidmət etdiyini bildirib.

Tədbirdə çıxış edən QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev Qara Dəniz bölgəsində müxtəlif mədəniyyətlərə, dinlərə, adət-ənənələrə mənsub millətlərin birgəyaşayışı üçün sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq mühitinin formalaşmasının vacibliyindən bəhs edib. Təşkilata üzv ölkələr arasında iqtisadi, siyasi, sosial, humanitar, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, habelə milli maraqların qorunması ilə bağlı fikirlərini bölüşüb. Gələcək inkişaf üçün sülh, barışıq və əməkdaşlığın önəmli amillər olduğunu vurğulayıb.

Asəf Hacıyev Milli Məclisin sədri Sahibə Qafarovaya QDİƏT PA-nın 65-ci Baş Assambleyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova iki il əvvəl QDİƏT PA-nın 30 illik yubileyinin qeyd edildiyini bildirib. O, çoxtərəfli iqtisadi əməkdaşlığın təşviqində qurumun mühüm rol oynadığını, bu sahədə milli nümayəndə heyətlərinin töhfə verdiyini söyləyib. Sahibə Qafarova QDİƏT PA-nın səmərəli fəaliyyətində əməyi olan şəxslərin təşkilatın medalı ilə təltif olunduğunu vurğulayıb.

Tədbirdə Sahibə Qafarova Sofiya Vultepsiyə (Yunanıstan), Blagika Lasovskaya (Şimali Makedoniya), Fatih Dönməzə (Türkiyə), Eldar İbrahimova (Azərbaycan) və Peter Kanevə (Bolqarıstan) medalları təqdim edib.

Sonra S.Qafarova QDİƏT Parlament Assambleyasına növbəti müddət üçün sədrliyin Bolqarıstan Respublikasının Milli Assambleyasına təhvil verildiyini bildirib.

Nataliya Kiselova təşkilatın regional əməkdaşlığın dərinləşməsinə, iqtisadi inkişafın təmin edilməsinə nail olmaq istiqamətində gördüyü işləri yüksək dəyərləndirib. Qara Dəniz bölgəsi ölkələrinin parlamentlərinin bir araya gələrək regionda etimadın və sabitliyin möhkəmlənməsinə töhfə verdiyini deyib. Bolqarıstanın quruma sədrliyi dövründə dayanıqlı inkişafa, mədəni inteqrasiyaya, tolerantlığın təmin edilməsinə, parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə diqqət yetiriləcəyini söyləyib.

Sonra Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselova Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının “Şərəf” medalı ilə təltif olunduğunu bildirib. O, Azərbaycan parlamentinin sədrinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının işinə dəyərli töhfələrini, təşkilatın təşəbbüslərinə sarsılmaz dəstəyini və parlamentlər arasında dialoqun gücləndirilməsi istiqamətində səylərini nəzərə alaraq, bu medala layiq görüldüyünü deyib və təltifi ona təqdim edib.

Sonra xatirə fotosu çəkdirilib.

Fasilədən sonra QDİƏT PA-nın Baş Assambleyası işini sessiyalarda davam etdirib.

Birinci sessiyada bir sıra prosedur məsələlərinə baxılıb, habelə təşkilatı və maliyyə məsələləri nəzərdən keçirilib, müvafiq qərarlar qəbul edilib.

Sonra sessiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyəti, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) fəaliyyəti, Qara Dəniz Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin (QDABM) fəaliyyəti barədə məlumatlar dinlənilib. Tədbir iştirakçıları gündəlikdəki məsələlərə öz münasibətini bildiriblər.

QDİƏT PA-nın Baş Assambleyasının ikinci sessiyasında “Müasir və dayanıqlı nəqliyyat infrastrukturu vasitəsilə QDİƏT regionunda əlaqəliliyin gücləndirilməsi və hərəkətliliyin artırılması” mövzusunda müzakirələr aparılıb. Milli nümayəndə heyətlərinin rəhbərləri mövzu ilə bağlı çıxış edərək öz fikirlərini bölüşüblər.

Sessiya çərçivəsində, həmçinin qurumun İqtisadi və inkişaf siyasəti komitəsinin iclası keçirilib. İclasda “Daha yaşıl bir gələcəyə doğru: Qara Dəniz regionunda texnologiya həlləri üzrə əməkdaşlıq” adlı hesabat və tövsiyə layihəsi müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Üçüncü sessiyada qurumun Hüquq məsələləri və beynəlxalq əməkdaşlıq komitəsinin və Sosial və humanitar siyasət komitəsinin iclasları olub. Tədbirlərdə “QDİƏT regionunda mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlıq”, “QDİƏT regionunda əlilliyi olan şəxslər üçün təhsilin və məşğulluğun inkişafına dair cari strategiyalar və təcrübələr” adlı hesabat və tövsiyə layihələri nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.

Dördüncü sessiyada QDİƏT PA-nın Baş Assambleyasının 2025-ci il payız sessiyasının tarixi, məkanı və gündəliyi müəyyən edilib.

Bununla da Bakıda keçirilən QDİƏT PA-nın 65-ci Baş Assambleyası öz işini başa çatdırıb.

QDİƏT PA-nın 65-ci Baş Assambleyasında Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Türkiyə, Ukrayna, Yunanıstan, parlament nümayəndə heyətləri, bir sıra beynəlxalq təşkilatların, o cümlədən TÜRKPA, Cənub-Şərqi Avropada Parlament Əməkdaşlığı üzrə Regional Katibliyi (RSPC SEE), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyi (BSEC PERMIS), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Beynəlxalq Avtomobil Nəqliyyatı Assosiasiyaları İttifaqı (BSEC-URTA), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Marmara Qrupu, MDB PA-nın təmsilçiləri iştirak ediblər.

 

Bakıda QDİƏT PA-nın 65-ci Baş Assambleyasının plenar iclası keçirilib YENİLƏNİB  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyanın keçid dövrü Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Baş nazir Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb

Tramp Aİ-yə və Meksikaya 30 faiz tarif tətbiq olunacağını açıqlayıb

Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi

Tovuz döyüşlərinin beşinci ildönümündə sərhəd kəndindən REPORTAJ

“Tufandağ” Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv olub

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır - ekspert

Rəsmi Bakının siyasi iradəsi ilə Əbu-Dabidə keçirilən görüş sülhə doğru atılmış mühüm addımdır – ŞƏRH

Əbu-Dabidə mühüm görüş: Azərbaycan-Ermənistan sülh prosesi yeni mərhələyə keçir

Azərbaycanlı doktorant Çində yay məktəbində yeganə əcnəbi kimi iştirak edib

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının ilk sammiti Şahdağ Turizm Mərkəzində təşkil olunub YENİLƏNİB

"Kəpəz" müdafiəçisi ilə müqavilənin müddətini uzadıb

“E-sosial” mobil tətbiqi vasitəsilə e-qaydada artıq 49 min əmək müqaviləsi imzalanıb

Avstraliyada 12 gündür itkin düşən alman turist sağ tapılıb

Əbu-Dabi görüşünün ikitərəfli formatda keçirilməsi Azərbaycanın prinsipial mövqeyinin təzahürüdür – RƏY

ABŞ Suriyanın hər hansı şəkildə bölünməsinə və ya federallaşmasına qarşıdır

Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB  VİDEO

Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclası keçirilib

Media: Pxenyan ilə Pekin arasında sərnişin qatarlarının fəaliyyəti bərpa olunur

Azərbaycanlı səyyah: bu günədək işğaldan azad olunan ərazilərə 500-dən çox beynəlxalq səyyah səfər edib VİDEO

Azərbaycanlı səyyah: bu günədək işğaldan azad olunan ərazilərə 500-dən çox beynəlxalq səyyah səfər edib VİDEO

Ərdoğanın yeni uğuru: PKK terrorçuları tərk-silah yolunda - TƏHLİL

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Fəxri xiyabanı ziyarət edib

SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

Reyn çayında suyun temperaturu 2100-cü ilədək 4,2 dərəcəyə qədər arta bilər

“Məhəmməd Füzuli. Biblioqrafiya” və “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitablarının təqdimat olub

Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

Milli Kitabxanada “Tovuz döyüşləri – Zəfərə gedən yol” adlı kitab sərgisi açılıb

Türkiyədə meşə yanğını səbəbindən iki məhəllə boşaldılıb

Atlantik okeanında nanoplastiklərin yüksək konsentrasiyası aşkarlanıb

“Bayer Leverkusen” klubu ABŞ millisinin üzvünü rekord məbləğə transfer edib

Rəcəb Tayyib Ərdoğan: Türkiyə 47 illik terror problemindən qurtulur

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfərə gəlib

Pekində qlobal sivilizasiyalar dialoqu üzrə nazirlər toplantısı keçirilib

“Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi"nin UNESCO-nun ilkin siyahısına salınması mühüm addımdır

Dünya səyyahları Cəbrayılda mina zərərsizləşdirilməsi prosesini izləyiblər YENİLƏNİB  VİDEO

Dünya səyyahları Cəbrayılda mina zərərsizləşdirilməsi prosesini izləyiblər YENİLƏNİB VİDEO

Sabah havanın temperaturu 41 dərəcəyədək artacaq

FHN isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Media: Rusiya xarici işlər nazirinin KXDR-ə səfəri başlayıb

Dünya Seriyası: Azərbaycan basketbol millisi Sinqapur yığmasına qalib gəlib

Şanxay Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri Tiencində toplaşacaq

Dehlidə yaşayış binası çöküb: ölənlər və itkin düşənlər var

Avropa birinciliyi: Azərbaycanın 5 boksçusu yarımfinala yüksəlib

Gecikdirilmiş 160 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

Hindistanda körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

FHN-in Şimal Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi təşkil edib

Rusiya ordusu Ukraynanın Çernovtsı vilayətinə PUA və raket hücumu edib

Əbu-Dabi görüşünün uğurları Azərbaycan Liderinin qətiyyətinin nəticəsidir - ŞƏRH

Sumqayıtda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Paytaxt küçələri yenidən yuyulub

Azərbaycan Ordusunda müxtəlif xarici dillər üzrə təşkil olunmuş kursların buraxılış mərasimi keçirilib

Azərbaycan və Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Narkotik vasitələr əkib-becərən Qəbələ sakini saxlanılıb VİDEO

Narkotik vasitələr əkib-becərən Qəbələ sakini saxlanılıb VİDEO

Şəki sakinini elektrik cərəyanı vuraraq öldürüb

DİN: ⁠Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Bakıda "Yeddi Gözəl” İpək Kəlağayı Kolleksiyasının təqdimatı olub

Hər foto bir dövrün izini qoyur - Ümumdünya Fotoqraflar Günündə peşəkar fotoqrafla SÖHBƏT

Beyləqanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər saxlanılıb

ABŞ məhkəməsi Prezidentin doğum hüququ əsasında vətəndaşlığı qadağan edən fərmanını bloklayıb

Səbrin sonuncu damlası - Tovuz döyüşləri

Danimarkada qadınlar məcburi hərbi xidmətə cəlb ediləcək

İsmayıllıda zəlzələ olub

İyulun 12-si Ümumdünya Fotoqraflar Günüdür

Avstriya telekanalı Çexiya bazarlarını “silah həvəskarları üçün cənnət” kimi xarakterizə edib

Ağ ev federal səviyyədə kütləvi ixtisar planlarını nəzərdən keçirir

Çində satılan hər 100 avtomobildən 44-ü elektromobildir

Avropada anomal istilər onlarla insanın həyatına son qoyub

Gürcüstanda yaşayan soydaşlarımıza bədii kitablar verilib

Van İ: ABŞ Çinə bərabər, hörmətli və qarşılıqlı faydalı şəkildə davranmalıdır

Deputatların təşəbbüsü ilə vəkillər daha 5 rayonda vətəndaşlara hüquqi yardım göstəriblər

Almaniyada sərnişin avtobusu aşıb, altı nəfər xəsarət alıb

"Azərişıq" ASC-nin keçirdiyi müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

"Beşiktaş" Orkun Kökçü üçün "Benfika" ilə danışıqlara başlayıb

"Atletiko"nun sabiq futbolçusu "Turan Tovuz"a keçib

"Qarabağ" növbəti transferini həyata keçirib

Almaniya hökuməti sualtı qayıqlar istehsalı şirkətində təhlükəsizlik maraqlarını gücləndirmək niyyətindədir

Marneulidə soydaşlarımıza təmənnasız hüquqi yardım göstərilir

Laçında ceyran balası ilə görünüb VİDEO

Laçında ceyran balası ilə görünüb VİDEO

ABŞ-ın tətbiq etdiyi yeni qəhvə tarifləri Braziliya bazarını silkələyib

Dağıstanında sudan kütləvi zəhərlənmədən sonra kommunal təsərrüfat rəhbəri həbs edilib

Mariam Kvrivişvili: Azərbaycanda çox məhsuldar görüşlərimiz oldu

Yaponiya, ABŞ və Cənubi Koreya Pxenyana qarşı əməkdaşlığı bir daha təsdiqləyib

Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib

Azərbaycan əraziləri Ermənistanın işğalı altında olan zaman əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ VİDEO

Azərbaycan əraziləri Ermənistanın işğalı altında olan zaman əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ VİDEO

“Volkswagen” şirkəti ilk dəfə olaraq Çindəki zavodlarından birini bağlayır

"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verildi

Milli Məclisin sədri Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib

Ölkə və beynəlxalq arenalarda uğur qazanan Naxçıvan idmançıları mükafatlandırılıb

Əcnəbilərin Gürcüstanda qalmaq şərtləri dəyişir

Şəki-Zaqatala rayonlarının aqroturizm məkanlarına mediatur təşkil edilib VİDEO

Şəki-Zaqatala rayonlarının aqroturizm məkanlarına mediatur təşkil edilib VİDEO

YAP-ın təşkilatçılığı ilə “Tərəqqi yolunun başlanğıcı: müstəqil və qüdrətli Azərbaycan naminə” mövzusunda tədbir keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzi ilin ilk yarısını uğurla başa vurub

Britaniyaya bir gündə 573 miqrant qanunsuz daxil olub

Bişkekdə “Çınqız akılı” və “Çınqızın müdrikliyi” kitablarının təqdimatı keçirilib

UNESCO-da Azərbaycanın mədəni irs abidələrini qorumasından danışılıb

“Qarabağ” “Tvente” ilə ilk oyunda əzmkar qələbə qazanıb

Tural Gəncəliyev: Sülhə aparan ən uğurlu yol vasitəçilərsiz, təkbətək formatlı danışıqlardır

Londonda 17 mərtəbəli binada yanğın başlayıb

Süleymaniyyədə PKK terrorçularının tərk-silah prosesinin ikinci mərhələsi olacaq

Dünya səyyahları Laçında yaradıcılıq mərkəzləri ilə tanış olublar  YENİLƏNİB FOTO