Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclası keçirilib YENİLƏNİB VİDEO

Bakı, 16 yanvar, AZƏRTAC

Bakıda Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız gömrük xidmətləri rəhbərlərinin iştirak etdiyi iclasda BMT-nin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, Gürcüstan və Macartıstan gömrük xidmətlərinin nümayəndələri də iştirak ediblər.

Tədbirin ilk günündə gömrük adminstrasiyalarının ekspertlərinin görüşü keçirilib, iclasın gündəliyindəki məsələlərlə bağlı müzakirələr aparılıb. İclasın açılış mərasimində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev və digər iştirakçılar çıxış ediblər.

Şahin Bağırov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizləri və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın tranzit potensiyalını artıraraq Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi inteqrasiyasının dərinləşməsində önəmli rol oynayır.

DGK sədri bildirib ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatında qarşılıqlı fəaliyyətə xüsusi önəm verir: “Azərbaycanın irəli sürdüyü regional və beynəlxalq layihələr TDT ilə əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir”.

Onun sözlərinə görə, gömrük işi sahəsində əlaqələndirilmənin gücləndirilməsi, inteqrasiyanın dərinləşməsi istiqamətində reallaşan layihələrdən biri də Sadələşdirilmiş Nəqliyyat Dəhlizidir: “Sözügedən təşəbbüs regionda ticarətin genişlənməsi iqtisadi əlaqələrin möhkəmlənməsi nöqteyi-nəzərindən strateji əhəmiyyət daşıyır. Müasir dövrdə qlobal ticarət axınlarının səmərəli təşkili üçün gömrük xidmətləri arasında koordinasiyanın sürətlənməsində rəqəmsallaşma mühüm prioritlərdən biridir”.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev bildirib ki, Türk dünyası elektron yük daşımaları baxımından öndər coğrafiyadır və təşəbbüsün daha da inkişaf etdirilməsinə maraq var. Bu dəstək təşkilatla yanaşı Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə keçiriləcək. Baş katib qeyd edib ki, qlobal çağırışlar fonunda sərhədlərarası ticarət artan nəqliyyat xərcləri, uzun məsafələr, geniş sənəd yoxlamaları, gömrük və tranzit prosedurlarında gecikmələr daxil olmaqla artan çətinliklərlə üzləşir.

“Bu çağırışların həlli regionumuzun iqtisadi dayanıqlılığı və inkişafı üçün həyati əhəmiyyət kəsb edir. “Türk Dünyasına Baxış 2040” strateji sənədimizə uyğun olaraq, TDT üzv dövlətlər arasında və Orta Dəhliz boyunca gömrük və ticarət proseslərini asanlaşdırmağa sadiqdir. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə əməkdaşlıq çərçivəsində Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında mərhələli şəkildə nəqliyyat və tranzit prosedurlarının rəqəmsallaşdırılması öhdəliyini yerinə yetirəcəyik”, - deyə o vurğulayıb.

Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin sədri Akmalxuca Mavlonov bildirib ki, Özbəkistan Azərbaycanın təşəbbüsü olan Transxəzər Gömrük Tranzit Portalının həyata keçirilməsinə fəal dəstək verir. Onun sözlərinə görə, ölkəsi tranzit portalından istifadənin hüquqi əsasının imzalanmasını sürətləndirməyi təklif edir.

“Sərhəddə yığımların vahid hesablama mexanizminin yaradılması, qeyri-tarif tədbirləri haqqında məlumatlandırma və portalda zəmanətdən istifadə məsələsini öyrənmək lazımdır. Özbəkistan “Sadələşdirilmiş Gömrük Dəhlizi”nə dair sazişin gələcəkdə tətbiqi məqsədilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ərazilərində bir neçə istiqamət üzrə pilot daşımaların başlanılmasını, bu zaman mövcud ikitərəfli informasiya mübadiləsi kanallarından istifadə edilməsini təklif edir”, - deyə Akmalxuca Mavlonov vurğulayıb.

Türkiyə ticarət nazirinin müavini və Gömrük Administrasiyasının rəhbəri Sezai Uçarmak bildirib ki, şərqdə istehsal edilib, qərbə daşınan malların 4 faizi Türkdilli dövlətlərin ərazisindən keçir. 96 faizi isə dəniz və hava yolları ilə daşınır. Bu da Türkdilli dövlətlərin yüksək potensialını göstərir. Onun sözlərinə görə, məhsulların əsas hissəsi dünyanın şərqində istehsal edilir, qərbində isə istehlak edilir.

Daha sonra digər Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin məruzələri dinlənilib.

Sonra gündəlikdəki məsələlər - 9-cu iclasda qəbul edilən qərarlarının icrası, Sadələşdirilmiş Gömrük Dəhlizinin Yaradılması, “Transxəzər Gömrük Tranzit Portalı”, Elektron möhür və müasir izləmə texnologiyaları, Səlahiyyətli İqtisadi Operator mövzularında müzakirələr aparılıb.

İclasın sonunda Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclasının Protokolu, 11 noyabr 2022-ci il tarixində Səmərqənd şəhərində imzalanmış Türk Dövlətləri Təşkilatının Hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Gömrük Administrasiyaları arasında Məlumat Mübadiləsinin Texniki Şərtləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı sənədləri imzalanıb.

Bakıda Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclası keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bahar Muradova: 2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirə qatılıblar

İtaliyada almanların həbs etdiyi əsgərin varislərinə 80 il sonra təzminat ödənilib

Qərb müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti qurumlarını casus şəbəkəsinə çevirib ŞƏRH

Sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı ehtimalı var

“Şimal-Cənub nəqliyyat dəhlizi haqqında Saziş” tranzit xidmətlərdən büdcəyə daxilolmaları artıracaq

BDU-nun 6 tələbəsi “Qırmızı Ürəklər Təhsil Təqaüdü”nə layiq görülüb

Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilir

FHN “Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirib

Əfqanıstanda 41 səhiyyə mərkəzi ABŞ-ın yardımının kəsilməsi səbəbindən bağlanıb

Azərbaycan Badminton Federasiyasının rəsmisi: “İnanıram ki, milli komandamız Bakıda keçirilən Avropa çempionatında layiqli çıxış edəcək - MÜSAHİBƏ

Yaponiya ABŞ-ın polad və alüminium tariflərindən azad olmaq istəyir

Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub YENİLƏNİB

Binəqədidə tullantılar yığılmış sahədə baş vermiş yanğın qısa müddətdə söndürülüb

Qazaxıstanda USAID nümayəndəliyinin bağlanmasını tələb edən petisiya açılıb

Paytaxtın Nizami rayonunda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Mərakeşli tələbə: UNEC-də tələbə həyatı çox dinamikdir

Rusiya ordusu Ukraynaya 122 PUA və ballistik raketlərlə hücum edib

Azərbaycan Prezidenti İlham Əliyevin Somali Prezidenti Hasan Şeyx Mahmud ilə təkbətək görüşü olub

® “Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı yekunlaşıb: 23 tələbəyə təqaüd veriləcək

Dövlət qulluğu üzrə test imtahanları keçiriləcək

Azərbaycan Afrika ölkələri üçün yeni əməkdaşlıq perspektivləri açır TƏHLİL

“Məhkəmə hakimiyyətinin özünüidarə orqanı: Məhkəmə-Hüquq Şurası” adlı dərs vəsaiti çap olunub

AMEA-nın 80 illik yubileyinə hazırlıq məsələləri müzakirə edilib

Zərərvericilərin diaqnozu və bioloji bitki mühafizəsi üçün mobil laboratoriyaların yaradılması mövzusunda təlim keçirilib

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

DSMF: Yanvarda 16 min 391 elektron arayış alınıb

Azərbaycanın qadın taekvondoçusu Türkiyə Açıq turnirində bürünc medal qazanıb

Azərbaycanda “Qadınlar üçün kosmos” mentorluq proqramına qeydiyyat başlanıb

NASA astronavtları geri qaytarmaq üçün BKS-ə göndərəcəyi kapsulu dəyişdirib

Azərbaycan Ukraynaya humanitar yardımın növbəti hissəsini yola salıb

Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub

Sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxs narkotik aludəçisi imiş

Liviyadan İtaliyaya 135 nəfər miqrant təxliyə edilib

Agentlik rəhbəri: Məktəbdənkənar təhsil müəssisələrində müəyyən islahatlara ehtiyac var

Azərbaycan çempionatlarında əsrin ən yaxşı ikinci göstəricisi qeydə alınıb

Neftçala şəhərində qanunsuz inşa olunan tikili sökülüb

Kompleks Tədqiqatlar Laboratoriyası səriştəlilik sınaqlarında yüksək nəticə göstərib

Agentlik: Ötən ay 3,9 min şəxsə əlillik təyin edilib

Məktəbdənkənar fəaliyyətlərin inkişafı gənclərimizin gələcəyinə qoyulan ən mühüm investisiyadır

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara və sürücülərə müraciət edib

Anqolada vəba epidemiyası bu il 110-dan çox insanın ölümünə səbəb olub

Rusiya əvvəllər məhkum olunmuş ABŞ vətəndaşını sərbəst buraxıb

Azərbaycan Prezidenti Çin telekanalına müsahibəsində liderliklə bağlı fikirlərini bölüşüb

“Qarabağ” Azərbaycan çempionatlarında XXI əsrin rekorduna imza atıb

Azərbaycan Prezidenti: Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər

Azərbaycan Universitetində “MilliSec” kibertəhlükəsizlik şirkətinin nümayəndələri ilə görüş

Prezident İlham Əliyev: ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz 4 il artıq tarixə qovuşacaq

Bişkekdə Ürək Cərrahiyyəsi İnstitutunda yanğın olub, ölənlər var

BMT-nin Baş katibi: Süni intellekt geosiyasi ziddiyyətləri dərinləşdirə bilər

Beş ildə Kürdəmirdə ASANlaşan 608 min müraciət!

Prezident: İdeologiya, iqtisadiyyat və milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

Bakıda badminton üzrə Avropa çempionatı start götürüb

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə konsert proqramı təqdim olunub

Polis kibercinayətkarlığa qarşı maarifləndirici tədbirlər keçirir

Misli Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Görkəmli tarzən Bəhram Mansurovun anadan olmasından 114 il ötür

Prezident İlham Əliyev: Qlobal Cənub dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir

Bakıda su emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan neftinin qiyməti artıb

Bu gün tanınmış şair İslam Səfərlinin doğum günüdür

Çempionlar Liqası: “Bavariya” “Seltik”in, “Milan” “Feyenoord”un qonağı olacaq

Prezident: Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq VİDEO

MDU-da təhsil və idarəetmə sahələrində keyfiyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər müzakirə edilib

Prezident İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmamasının səbəbləri barədə danışıb

Azərbaycan Prezidenti: Heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz beynəlxalq arenada dəstəklənir VİDEO

Dövlət Su Ehtiyatları Agentliyində müşavirə keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub

Prezident İlham Əliyev: Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq VİDEO

Şirvanda beş evdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB VİDEO

BKS-də ləngiyən astronavtların qayıdışı tezləşdirilə bilər

Televizor və ya smartfondan ifrat istifadə uşaqlarda nitqin inkişafını ləngidir - ARAŞDIRMA

Şirin dadla bağlı beyin siqnalları kəşf edilib - TƏDQİQAT

“Boeing” yanvarda 45 təyyarə istehsal edib

Fransisk: Miqrantların deportasiyası insan ləyaqətinə xələl gətirir

İsveçdə media sənayesi risklərlə üzləşib

Britaniya polad tarifləri ilə bağlı ABŞ-la əməkdaşlığa hazır olduğunu bəyan edib

Kaliumla zənginləşdirilmiş duz təkrarlanan insult riskinin azaldılmasına ümid yaradır - TƏDQİQAT

İtaliyada mafiyanın 181 üzvü həbs olunub

Britaniyada uşaq əyləncə mərkəzinin altında 176 bomba aşkar edilib

BMT: 2024-cü ildə 1,4 milyard nəfər xaricə səfər edib

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçları keçirilib

Danilo Della Valle: Brüsselin tərəfdaşlarla münasibətləri bərabərlik prinsipinə əsaslanmalıdır

Mavritaniya və Seneqalın dənizdə müştərək qaz quyusundan ilk LNG istehsalı başlanıb

Çempionlar Liqası: PSJ səfərdə inamlı qələbə qazanıb

Hamburqda sərnişin qatarı qəzaya uğrayıb, bir nəfər həlak olub

Azərbaycanın güllə atıcısı Avropa çempionatında bürünc medal qazanıb

BƏƏ-də IDEX və NAVDEX 2025 sərgiləri keçiriləcək

Böyük Britaniya və ABŞ beynəlxalq süni intellekt bəyannaməsini imzalamaqdan imtina edib

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib VİDEO

Baş katib: TDT beynəlxalq tərəfdaşlığı gücləndirməkdə qərarlıdır

Zelenski: Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər

Misli Premyer Liqası: "Qarabağ" "Səbail"i darmadağın edib

Miqrantlar marşrutlarında Çexiya ərazisindən az istifadə etməyə başlayıblar

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

Ukrayna və Avropa İttifaqı birgə gömrük nəzarətinə hazırlaşır

Liviya sahillərində gəminin batması nəticəsində 16 pakistanlının ölümü təsdiqlənib

Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhədə yaxın 90 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilib

Qeyri-hökumət təşkilatı Fransada korrupsiya ilə bağlı vəziyyətin son dərəcə pisləşdiyini açıqlayıb