Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi davam edir – YENİLƏNİB - 2 VİDEO

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən təşkil edilib və türkdilli ölkələrin onkoloqları arasında elmi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresini açıq elan edib.

Akademik bildirib ki, Konqresdə dünyanın 10 ölkəsini, həmçinin yerli və beynəlxalq təşkilatları təmsil edən alimlər, mütəxəssislər və rəsmi şəxslər iştirak edirlər.

Cəmil Əliyev qeyd edib ki, bu tədbir səhiyyənin onkologiya sahəsi və gələcək üçün olduqca önəmlidir. “Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi iştirakçı ölkələrdə onkoloji xidmətin təşkilinin müzakirəsi, təcrübə və bilik mübadiləsinin aparılması, onkologiyanın aktual problemlərinin birgə həlli yollarının hazırlanması üçün mühüm platforma rolunu oynayacaq. Əminəm ki, Konqresin nəticələri bizi onkologiya sahəsində əməkdaşlığa bir addım da yaxınlaşdıracaq. Bu səbəbdən Konqresin yüksək səviyyədə keçəcəyinə inanır və uğurlar arzu edirəm”, - deyə Baş direktor əlavə edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Konqres iştirakçılarına təbrik məktubunu oxuyub.

Konqresdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev bildirib ki, qlobal səviyyədə əhalinin yaşlanması, ətraf mühit amilləri, müxtəlif həyat tərzi nəticəsində xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur. Nazir qeyd edib ki, 2022-ci ildə dünyada xərçəngə 20 milyon yeni tutulma halı aşkar edilib. Dünya əhalisinin hər 5 nəfərdən biri yaşam müddətində xərçəng xəstəliyinə tutulur. Təxminən hər il 400 min uşağa xərçəng diaqnozu qoyulur. 1960-cı illərdə uşaqların xərçəngdən sağalma faizi 10 idisə, hazırda bu rəqəm 90-nın üzərindədir. “Ölkəmizin onkologiya sahəsində elmi potensialının böyük bir qisminin cəmləşdiyi Milli Onkologiya Mərkəzində onkoloji xəstəliklərin profilaktikası, aşkarlanması və müalicəsi üzrə işlər uğurla həyata keçirilir. Son illərdə Milli Onkologiya Mərkəzi beynəlxalq əlaqələri daha da genişləndirir, bugünkü tədbir bunun bariz nümunəsidir”, - deyə T. Musayev əlavə edib.

Nazirin sözlərinə görə, Azərbaycanda onkoloji xəstəliklər sahəsində statistik göstəricilər də bu sahədə müsbət dinamikadan xəbər verir. “Erkən aşkarlama faizi, ömür uzunluğu və digər göstəricilər əsasında ölkəmizdə onkoloji xidmətin effektivliyini bəyan etmək olar. Ən əsası, bu gün artıq Azərbaycanda onkoloji xəstəliklərə münasibət dəyişib, onkoloji diaqnoz artıq müalicəyə çağırış kimi qəbul olunur. Bu müalicənin əsas məqsədi tək insan həyatını qorumaq deyil, həm də onun həyat keyfiyyətini təmin etməkdir. Bütün bunlar isə Azərbaycanın onkoloji xidmətinin və onun 85 yaşlı flaqmanı olan Milli Onkologiya Mərkəzinin doğru yolla inkişaf etməsinin göstəricisidir”, - deyə o vurğulayıb.

Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresinin yüksək səviyyədə təşkilinin onkologiya sahəsində əməkdaşlığa verilən əhəmiyyətin bariz nümunəsi olduğunu qeyd edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycana göstərdiyi birgə səylərə və dəstəyə görə dərin təşəkkürünü bildirib. O qeyd edib ki, türk dövlətləri arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlıq genişlənir və güclənir. “Türk dövlətlərinin gələcəyə baxışı bizə daha sıx əməkdaşlığa malik, güclü və səmərəli təşkilata çevrilmək imkanı verir. Ötən ilin oktyabr ayında Şuşada keçirilən TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası zamanı imzalanan Birgə Bəyannamə əməkdaşlığımızı yeni mərhələyə daşıyıb. Bu ilin aprelində Astanada təşkil olunan növbəti görüş isə bir daha qətiyyətimizi nümayiş etdirib. Həmin görüş çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə imzalanmış Anlaşma Memorandumu da bu yolda mühüm addımlardan biri olub”, - deyə Baş katib diqqətə çatdırıb.

Bu gün Türk dünyasının son dərəcə vacib olan tarixi hadisəyə şahidlik etdiyini vurğulayan Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov fikirlərinə belə davam edib: "Türk birliyi, Türk Dövlətləri Təşkilatının yaradılması Ulu Öndər Heydər Əliyevin ən ümdə arzularından biri olub. Məhz Türk Dövlətləri Təşkilatının ilk dəfə Naxçıvanda elan olunması Ulu Öndərin apardığı siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Əhliman Əmiraslanov Türkdilli dövlətlərin onkoloqlarının ortaq qurumunun yaradılması təklifi ilə də çıxış edib: “Türk dünyasının çox aktiv və uğurla fəaliyyət göstərən qurumları var. Türkdilli dövlətlərin onkoloqlarının assosiasiyasının yaradılması və fəaliyyəti dövrü olaraq hər il belə tədbirlərin keçirilməsi üçün zəmin yaradacaq”.

Tədbirdə çıxış edən Qazaxıstan Onkologiya və Radiologiya Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Yerbol Bekmuxambetov, Qazaxıstan Milli Elmi Onkologiya Mərkəzinin İdarə Heyətinin sədri Jandos Burkitbayev, Qırğızıstan Milli Onkologiya və Hematologiya Mərkəzinin direktoru Nurbek Bukuyev, Avrasiya Onkologiya Cəmiyyətinin sədri Hilmi Kodaz, Özbəkistan Respublika İxtisaslaşdırılmış Onkologiya və Radiologiya Elmi-Praktik Tibb Mərkəzinin direktoru Mirzaqolib Tillaşayxov, Türkmənistan Elmi-Klinik Onkologiya Mərkəzinin direktoru Mive Berdımuradova və Tacikistan Respublika Onkologiya Elmi Mərkəzinin nümayəndəsi Jumaboy Sanginov çıxış edərək onkologiyanın dünyada qlobal problemə çevrildiyini bildiriblər. Eyni zamanda, son 10-15 ildə tibdə sürətli inkişafın baş verdiyini qeyd ediblər. Türkdilli ölkələrin xərçəngin erkən diaqnostikasında, onkoloji xəstəliklərlə mübarizə sahəsində təcrübəsini bölüşməsi, ortaqlıqlarını dərinləşdirməsi baxımından Konqresin əhəmiyyətinin böyük olduğunu diqqətə çatdırıblar. Konqresin ölkələrarası elmi əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyi, onkologiya sahəsində xidmətlərin daha da təkmilləşdirilməsinə imkan yaradacağı vurğulanıb. Çıxış edənlər ikinci konqresin təşkil olunacağı ölkəni müəyyənləşdirmək üçün püşkatmanın keçirilməsini də təklif ediblər.

Azərbaycanda bu formatda tarixdə ilk dəfə reallaşan Konqresin gedişində türkdilli dövlətlər arasında onkologiya sahəsi üzrə elmi əməkdaşlığa dair memorandum da imzalanıb. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın imzaladığı memorandumda onkoloqların təcrübə mübadiləsi, elmi-praktik fəaliyyətin birlikdə davam etdirilməsi, elmi işlərin bir yerdə aparılması nəzərdə tutulub.

Tədbir panel iclaslarla davam edib.

Qeyd edək ki, Konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, həmçinin Amerika Birləşmiş Ştatları, Almaniya, Tacikistan və Gürcüstandan olan nümayəndələr türkdilli ölkələrdə, eləcə də dünyanın bu sahədə böyük təcrübəsi olan dövlətlərində onkoloji xidmətlərin təşkili, baş-boyun şişlərinin müalicəsi və profilaktikası, torakal onkologiya, süd vəzi xərçəngi və digər mövzularda mühazirə və çıxışları dinləyir, fikir mübadiləsi aparırlar.

Tədbirdə klinik onkologiyaya aid mövzular, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi məsələləri geniş müzakirə olunur.

Konqresin işinə iyunun 14-də yekun vurulacaq.

Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi davam edir – YENİLƏNİB - 2  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyanın Sardiniya adasında 20 meşə yanğını baş verib

Zelenski Tramp və Rütte ilə Ukraynaya dəstək məsələlərini müzakirə edib

Xaçmazda “KamAZ” hasara çırpılıb, sürücü ölüb

ABŞ ilk mərhələdə NATO ölkələrinə 10 milyard dollar dəyərində silah satacaq

MEK cari ilin ilk yarımilində dövlətçiliyə dair daxil olan nəşrlərin virtual sərgisini təqdim edir

Qazaxda Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub

Tbilisidə “Vağzal meydanı”nda bina uçub, ölən var

Ukrayna Prezidenti Denis Şmıqalı müdafiə naziri vəzifəsinə irəli sürüb

Yuliya Sviridenko Ukraynanın formalaşacaq yeni hökumətinin əsas vəzifələrini açıqlayıb

Azərbaycan millisinin futbolçusu “Fənərbağça”ya keçib

Tramp: ABŞ Kiyevi Avropanın ödədiyi böyük həcmdə silahla təmin edəcək

“Milan” Luka Modriçin transferini açıqlayıb

Klublararası dünya çempionatına qatılan komandalar nə qədər qazanc əldə edib?

İtaliyanın “RAI” telekanalı Azərbaycandan reportaj yayımlayıb

Ermənistan silahlı qüvvələrinin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirilib

Avropa İttifaqı ABŞ məhsullarına qarşı yeni rüsumların siyahısını hazırlayır

London yaxınlığındakı təyyarə qəzasında dörd xarici vətəndaş həlak olub

Tramp Rusiyanı yüksək tariflərlə təhdid edib

Türkiyə və İran arasında regional təhlükəsizlik və müdafiə məsələləri müzakirə edilib

Tramp Ukraynaya silah tədarükü ilə bağlı NATO ilə razılaşdığını açıqlayıb

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

ADA Universitetinin Qazax Mərkəzində Yusif Səmədoğlunun 90 illiyi ilə əlaqədar konfrans keçirilib VİDEO

ADA Universitetinin Qazax Mərkəzində Yusif Səmədoğlunun 90 illiyi ilə əlaqədar konfrans keçirilib VİDEO

Milli mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib

Çinlə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib

Rəşad Məcid: “150 illik Azərbaycan mətbuatı” biblioqrafik məlumat kitabının hazırlanması üçün işçi qrupu yaradılacaq

® “AccessBank” 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb YENİLƏNİB

® “Kapital Bank” 2025-ci ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan edib

Naxçıvanda media nümayəndələri arasında şahmat birinciliyi keçirilib

“Air İndia”nın rəhbəri: Qəzaya uğrayan təyyarədə texniki nasazlıq aşkarlanmayıb

Gürcü siyasətçilər: Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Qafqazın sülh və əməkdaşlığına töhfə verən böyük dövlət xadimidir

Böyük Britaniyanın bəzi bölgələrində quraqlıqla bağlı sudan istifadəyə məhdudiyyət tətbiq edilir

“Məktəbəqədər təhsil haqqında” Qanunda dəyişiklik VİDEO

“Məktəbəqədər təhsil haqqında” Qanunda dəyişiklik VİDEO

Gürcüstanda bəzi cinayət əməllərini törətmiş xarici ölkə vətəndaşları deportasiya olunacaqlar

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

İngiltərə millisinin sabiq futbolçusu altıncı liqa klubuna keçib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”nda dəyişiklik edilməsi və “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 357 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ildönümü qeyd olunub

Zebra balıqları eşitmə qabiliyyətinin bərpasında genetik mexanizmi aşkarlamağa kömək edib

Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib

“Fənərbağça” sloveniyalı futbolçusu ilə vidalaşır

DOST könüllüləri üçün məişət zorakılığı ilə mübarizəyə dair təlim keçirilib

Xabarovskda yoxa çıxan helikopterin axtarışı dayandırılıb

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimat mərasimi olub

İcbari Sığorta Bürosu yeni ünvanda fəaliyyət göstərir

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib

® “Rabitəbank” 2025-ci ilin II rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə TəhsilPlus kartına dair müzakirə görüşü keçirilib

Qəbələnin hotel və mehmanxanaları altı ayda 42 mindən çox turistə xidmət göstərib

Suraxanı rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Nyu-Yorkda Marsın nəhəng parçası hərraca çıxarılıb

® “Unibank” 2025-ci ilin birinci yarımilinin maliyyə nəticələrini açıqlayıb

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin iyulun 17-dək davam edəcəyi gözlənilir

“Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi qrupu”nun ilk iclası keçirilib

Araz çayında batan yeniyetmənin cəsədi tapılıb – YENİLƏNİB  VİDEO

Araz çayında batan yeniyetmənin cəsədi tapılıb – YENİLƏNİB VİDEO

Klublararası dünya çempionatının rəmzi komandası açıqlanıb

Berlində 15 xəstəni öldürməkdə təqsirləndirilən palliativ xidmət həkimi ilə bağlı məhkəmə prosesi başlayıb

® HONOR Azərbaycanda ilk rəsmi brend mağazasını açdı

SOCAR ilə Suriya hökuməti arasında imzalanan saziş Azərbaycanın Yaxın Şərqdə enerji siyasətində yeni mərhələ olacaq - Ekspert

Ədəbiyyat İnstitutu milli mətbuatın150 illiyini Xaçmazda qeyd edib

Sovet dövrü Azərbaycan ədəbiyyatını əhatə edən fundamental nəşr

Meksikada ilk Mayya hökmdarının sərdabəsi tapılıb

Deputat: 1969-cu ildə başlanan yol Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinə gətirib çıxarıb - ŞƏRH

Azərbaycan klubu futbolçusu ilə yollarını ayırıb

Fransalı siyasətçi: Emmanuel Makron ölkədə ona nə qədər nifrət edildiyini anlamır

Böyük Qayıdış: Xocalının Xanyurdu kəndinin sakinlərinə evlərinin açarları verilib –YENİLƏNİB FOTO  VİDEO

Böyük Qayıdış: Xocalının Xanyurdu kəndinin sakinlərinə evlərinin açarları verilib –YENİLƏNİB FOTO VİDEO

“Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub

Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbuluna başlanılır

Pakistanda avtobus qəzası nəticəsində 6 nəfər həlak olub, 40 nəfər isə yaralanıb

Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır- SƏRƏNCAM

“İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ukrayna Prezidenti Yuliya Sviridenkoya hökumətə başçılıq etməyi təklif edib

İstilik təchizatı haqqında
Azərbaycan Respublikasının Qanunu

Xocalı sakini: Şəhidlərimizin qanı tökülən torpaqlara gül-çiçək əkəcəyik VİDEO

Xocalı sakini: Şəhidlərimizin qanı tökülən torpaqlara gül-çiçək əkəcəyik VİDEO

Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Sumqayıtda suyu çirkləndirən quşçuluq fabrikinə qarşı inzibati icraata başlanılıb VİDEO

Sumqayıtda suyu çirkləndirən quşçuluq fabrikinə qarşı inzibati icraata başlanılıb VİDEO

Gürcüstanın daha bir müxalifət partiyası seçkilərdə iştirak edəcək

® “AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olunub

Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Dövlət orqanlarında ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

“Səyahət bağları” kitabının II hissəsinin III cildi çapdan çıxıb

Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb

İtaliya rəsmisi: Ticarət müharibəsində Avropa öz maraqlarını qorumalıdır

® “Expressbank”ın faiz gəlirləri 28 faiz artıb

Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib

Vəkillər Kollegiyasının sədri ədliyyə orqanlarına qəbul olunan şəxslərə icbari tədris keçib

Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirib

BMU-da yay məktəbində tədris aparan koreyalı müəllimlərlə görüş olub

Polis ekoloji mühitin qorunması məqsədilə nəzarət-profilaktik tədbirlər həyata keçirir

İşğaldan azad olunmuş ərazilərə portal üzərindən icazə ilə giriş vətəndaşların təhlükəsizliyinə xidmət edir – ŞƏRH

“WTDC-25” Könüllülük Proqramında müsahibə mərhələsi başa çatıb

“Süni intellekt elmi tədqiqatlarda” - elmi seminar

Bu ilin ilk yarısında gəmilərlə yükdaşımalarda artım qeydə alınıb

Kosmosda iki qara dəliyin nəhəng birləşməsi qeydə alınıb

Kəlbəcərdə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir

Qranit Caka Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

Nizami rayonunda bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar