CƏMİYYƏT
Bakıda TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının iclası keçirilir
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə “TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması”na dair Komissiya iclasının hesabat məruzəsinin layihəsi, “TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"na dair Komissiya iclasının tövsiyə qərarlarının layihəsi, Reproduktiv sağlamlığın qorunması haqqında Model Qanun layihəsi, komissiyanın 9-cu iclası, yer, tarix, gündəlik və digər məsələlər daxil edilib.