Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda üçüncü milli BMT modeli konfransının açılış mərasimi keçirilib

Bakı, 5 aprel, Z.Ağazadə, L.Qurbanova, AZƏRTAC 

Aprelin 5-də Bakıda üçüncü milli BMT modeli konfransı (Milli MUN) işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevin yürütdüyü uğurlu strategiya nəticəsində bu gün Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirərək həm regional, həm də beynəlxalq səviyyədə bir sıra sahələrdə liderlik əldə etdiyini deyib. Bildirib ki, BMT modeli hərəkatı “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması” layihəsi çərçivəsində formalaşıb. Konfrans Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə reallaşdırılır.

Nazir qeyd edib ki, layihənin və tədbirin əsas məqsədi Azərbaycanda BMT modeli (MUN) hərəkatının institutlaşdırılması, ali təhsil müəssisələrində MUN klublarının təsis edilməsi və onları birləşdirəcək şəbəkəsinin yaradılmasıdır. Eyni zamanda, gənclərin qlobal siyasi müzakirələrdə fəallıqlarını dəstəkləmək üçün yeni platformaların yaradılması da tədbirin əsas hədəflərindəndir. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 30 gənc dünyanın müxtəlif ölkələrində Milli MUN Modeli çərçivəsində konfranslarda iştirak edib.

A.Rəhimov bildirib ki, əvvəllər Daşkəsəndə, Naxçıvanda, İsmayıllıda keçirilmiş BMT modeli üzrə konfranslar və yay məktəbləri region gənclərinin bu tədbirə qatılmalarında böyük rol oynayıb. Bu model gənclərə fərdi bilik və bacarıqlarını inkişaf etdirmələri üçün böyük dəstəkdir. Gənclər burada BMT ilə bağlı biliklərini artırmaq imkanı əldə edirlər. Konfransın davam edəcəyi növbəti üç gün ərzində gənclər aparılan müzakirələrdə və qaldırılan problemlərin həllində fəallıq göstərəcək, təkliflərini verəcəklər.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti çıxışında təmsil etdiyi qurumun ölkəmizlə bu sahədə altı il əvvəl başladığı əməkdaşlığın nəticəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. O, Azərbaycanın müxtəlif regionlarından olan gənclərin də qatıldıqları konfransın gənclərin inkişafı, onların BMT-nin qurumları və üzv ölkələr haqqında, həmçinin müzakirəyə çıxarılan mövzular barədə biliklərini təkmilləşdirmək, eləcə də qlobal müzakirələrdə diplomat qismində iştirak edərək fikirlərini çatdırmaq və mövqelərini əsaslandırmaq baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. BMT nümayəndəsi layihə çərçivəsində 17 gənc səfirin seçilməsinin təqdirəlayiq olduğunu qeyd edib.

Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin baş məsləhətçisi İrfan Davudov çıxışında ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qısa müddətdə ölkəmizdə bütün sahələrdə, o cümlədən gənclərin inkişafı sahəsində dövlət tərəfindən böyük işlərin görüldüyünü diqqətə çatdırıb: “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev çıxışlarında gənclər sahəsinə xüsusi diqqətini daim vurğulayır. Azərbaycan Prezidenti gənclərimizə dövlət tərəfindən yaradılan geniş imkanlardan istifadə edərək bilikli, savadlı və müasir texnologiyalardan yüksək səviyyədə istifadə etməyi bacaran vətənpərvər gənclər kimi yetişməyi tövsiyə edir”.

U.Davudov bildirib ki, yer üzündə ən böyük və nüfuzlu beynəlxalq təşkilat olan BMT-də baş verən proseslər dünyanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Bugünkü gənclərimiz gələcəkdə həm BMT, həm də digər beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını müdafiə etməyə qadir və hər zaman hazır olmalıdırlar.

Təhsil nazirinin müavini Firudin Qurbanov güclü infrastrukturun yaradılmasının təhsil sahəsində uğurların əsasını təşkil edən amillərdən biri olduğunu qeyd edib. Müasir dövrdə bütün sosial-iqtisadi inkişaf meyillərinin kökündə insan amilinin dayandığını vurğulayan nazir müavini bildirib ki, məhz zəngin biliyi və təcrübəsi olan vətəndaşlar inkişaf etmiş ölkələrin ən mühüm sərvəti və insan kapitalı fondunu təşkil edir. Azərbaycanda insan kapitalının inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edən F.Qurbanov deyib: “Hökumət xarici ölkələrdə təhsil alan gənclərin sayının artırılması, onların tədris xərclərinin yüksəldilməsi ilə bağlı məqsədyönlü addımlar atır. Azərbaycanda 3 mindən çox məktəb istifadəyə verilib, təmir olunub, müasir texniki avadanlıqla təmin edilib. Təhsil sahəsində bir sıra mühüm dövlət proqramları qəbul edilib. 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramının qəbul edilməsi sayəsində 3558 gənc dünyanın ən qabaqcıl ali universitetlərində təhsil alıblar. Gənclərimiz müasir biliklərə malik, elmli gənclərdir və onlar dövlət və özəl qurumlarda uğurla çalışırlar”.

Nazir müavini Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın hazırlandığını və bu proqram sayəsində xaricdə doktoranturada təhsil alanların sayının artacağını bildirib. Belə mühüm konfransda gənclərimizin iştirakının əhəmiyyətini xüsusi qeyd edən F.Qurbanov BMT modelinin gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm platforma olduğunu deyib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, nazirlik bu layihənin başlandığı ilk gündən aidiyyəti qurumlarla birlikdə bu istiqamətdə sıx əməkdaşlıq edir. Nazirlik konfransda informasiya-kommunikasiya texnologiyalarına aid mövzuların müzakirəsinə fəal dəstək verir. Konfrans çərçivəsində təşkil olunan simulyasiya oyunları gənclərimizin dünyanı narahat edən problemləri yaxından dərk edərək, onların həlli ilə bağlı qərar vermək bacarıqlarının inkişafında vacib rol oynayır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev müasir dövrdə ətraf mühit məsələlərinin bəşəriyyəti narahat edən başlıca problemlərdən olduğunu diqqətə çatdırıb. O, bu problemlərin həllinin bəşəriyyətin inkişafı üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycanda bu sahəyə ciddi diqqət yetirildiyini, həmçinin təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edildiyini deyən nazir müavini vurğulayıb: “İnsanların sağlam təbii mühitdə yaşaması üçün ölkəmizdə sosial-iqtisadi islahatlar ardıcıl davam etdirilir. Dövlətin diqqət və qayğısı sayəsində sosial, mədəni və digər sahələrin inkişafı ilə yanaşı, ətraf mühitin mühafizəsinə əhəmiyyət verilir. Reallaşdırılan ardıcıl tədbirlər nəticəsində ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşır”.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fərid Abdinbəyov çıxışında deyib ki, Azərbaycan gənclərin əhalinin çox hissəsini təşkil etməsinə görə Avropa ölkələri arasında ilk sıralardadır. Gənclərimizin keyfiyyətli təhsil alması və uğurlu karyera qurmasının daim dövlətin diqqət mərkəzində olduğunu bildirən F.Abdinbəyov onların idarəetmənin bütün sahələrində yaxından iştirak etdiklərini deyib. Tədbirin bu baxımdan çox faydalı olduğunu bildirən səfir qeyd edib ki, bu gün gənclərlə sıx işləməklə biz cəmiyyətimizi və dövlətimizin gələcəyini təmin etmiş oluruq. Mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Bakı mədəniyyətlər və sivilizasiyalararası dialoqu təşviq edən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, Ümumdünya Mədəniyyətlərarası Dialoq və Qlobal Bakı forumlarına uğurla ev sahibliyi edib. Azərbaycanın mədəniyyətlərarası dialoqun təbliğində oynadığı rol BMT-nin baş katibi tərəfindən yüksək qiymətləndirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov da çıxışında ölkəmizdə gənclərin fəal rolundan danışıb. Qeyd edib ki, bu cür tədbirlərdə iştirak edən gənclər bir müddətdən sonra BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. O, gender bərabərliyi, insan hüquqları, ətraf mühitin qorunması və s. məsələlərin müzakirəsi baxımından tədbirin əhəmiyyətini xüsusi vurğulayıb.

Üç gün davam edəcək konfransın bütün iştirakçıları seçim, müsahibə və təlim mərhələlərindən keçiblər. Tədbirdə diplomat qismində 250 gənc iştirak edir. Konfrans çərçivəsində BMT-nin üç komitəsinin işi simulyasiya ediləcək. Belə ki, gənclər “BMT Təhlükəsizlik Şurası - Mərkəzi Afrika Respublikasındakı böhran”, “BMT Qadınlar Təşkilatı (UNWOMEN) - Qadınlar və kişilər arasında bərabər ödəniş”, BMT Baş Məclisi - Rəqəmsal vətəndaşlığa keçidin perspektivləri və BMT Ətraf Mühit Proqramı (UNEP) - Tekstil sənayesinin ətraf mühitə təsiri” mövzularında müzakirələr aparacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlim təşkil olunub

İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb

FHN: Araz çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir

Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir

İKTA və ICANN internet idarəçiliyinin gücləndirilməsi sahəsində anlaşma memorandumu imzalayıb

Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir

Deputat: Türk dünyası bizim ailəmizdir

Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb

Mərkəzi Bank ilin sonunadək "Data Lakehouse" sisteminə keçəcək

Ufuk Turganer: Türk dünyasına mənsub ölkələrin mədəniyyəti ilə tanış olmaq xoş təəssürat yaratdı

Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb

Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb

BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir

Qadın güləşi üzrə milli komandanın üzvləri yeni antidopinq qaydaları ilə tanış olublar

Səfir: Birlik və qardaşlıq ruhunun yeni nəslə aşılanması böyük əhəmiyyət daşıyır

Qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi: Dünya Kubokundakı çıxışımızla qürur duyuram

Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya yatıran ölkələrin siyahısında dördüncüdür

Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur

Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb

Bu il 87 mindən çox şagird paytaxt məktəblərinin buraxılış siniflərini bitirir

Laçın, Xocavənd və Xocalıda əkin sahələrinin vəziyyəti qiymətləndirilib, sakinlərə məsləhətlər verilib

Çingiz Hüseynzadə: Türkiyə millisi dünya çempionatında bütün rəqiblərə qarşı çox yaxşı mübarizə aparacaq

AzMİU Almaniyada beynəlxalq platformada təmsil olunub

Yaxın Şərqdəki münaqişə Avropa İttifaqının enerji xərclərini 47 milyard avro artırıb

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir? VİDEO

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir? VİDEO

Bahar Özsoy: BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir

Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib

Azərbaycan və Mərkəzi Asiya Fintex assosiasiyaları arasında memorandum imzalanıb

MOK-un vitse-prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik

Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Çingiz Hüseynzadə: Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək

Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb

Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib

Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır

AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş

Baş Prokurorluğun idarə və şöbə rəisləri canlı yayımda sualları cavablandıracaqlar

Şəkidə taxıl biçininə start verilib

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə fasilələrlə yağıntılı olacaq

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır

Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil

Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb

Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?

“Tərtər” bazarında yoxlama aparılıb

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb

Pskov hava limanında uçuşlar dayandırılıb

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

“Şimal-Cənub” marşrutunun Azərbaycandan keçən hissəsinin ötürücülük qabiliyyəti beş dəfə artıb

Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir