Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakıda Ulu Öndərin 100 illiyinə həsr olunmuş turizm sammiti keçirilib YENİLƏNİB

Bakı, 7 dekabr, AZƏRTAC

Bakıda dekabrın 7-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Turizm Sammiti 2023" keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sammitdə Ümummilli Liderin yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan turizmi” sənədli filmi və kitabının təqdimatı olub.

Ekran əsərində Ulu Öndərin sovet hakimiyyəti və müstəqillik dövründə turizmin inkişafı üçün qəbul etdiyi qərarlar, vaxtında atılan addımlar və bu uğurlu siyasətin davamı olaraq son 20 il ərzində turizmə ölkə rəhbərliyi tərəfindən diqqətin göstərilməsi sayəsində qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsindən bəhs olunur.

Azərbaycan Turizm Bürosunun Tədqiqat və inkişaf departamentinin müdiri Nicat Abbaslı, DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov bu il ərzində turizm sahəsinin inkişafı üçün görülən işlər, o cümlədən “2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”na müvafiq olaraq “2023-2026-cı il üçün Turizm İnkişaf Strategiyası”nın hazırlanması, vahid turizm platforması rolunu oynayan Turizm İnformasiya Sisteminin fəaliyyətə başlaması haqqında danışıblar.

Çıxışçılar indiyədək sistemdə 792 turizm sənayesi nümayəndəsinin qeydiyyat mərhələsinin tamamlanması, bu il qəbul olunan “Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”na uyğun olaraq il ərzində ulduzlaşma üçün müraciət edən 173 hoteldən 114-nün auditinin başa çatması, bu aydan etibarən turizm bələdçilərinin sertifikatlaşdırılması üçün imtahanların təşkil edilməsi haqqında məlumat veriblər.

Diqqətə çatdırılıb ki, 11 ay ərzində Azərbaycana 1 milyon 893 mindən çox turist gəlib, bu isə ötən illə müqayisədə 30 faiz çoxdur. Bildirilib ki, pandemiyadan sonra bərpa prosesi sürətlə davam edir.

Həmçinin maddi-mədəni irsimizin qorunması istiqamətində görülən işlər üzrə “Xınalıq və Köç Yolu Mədəni Landşaftı” maddi-mədəni irs nümunəsinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi, Xınalıq, Basqal, Yuxarı Baş, Kiş kimi qoruqlarda bərpa və konservasiya işlərinin davam etdirilməsi vurğulanıb.

Qeyd edilib ki, yeni və unikal turizm məhsulu kimi Palçıq Vulkanları Turizm Kompleksi üzrə işlər yekunlaşmaq üzrədir.

Regionların turizm potensialının effektiv istifadəsi üzrə 8 regional turizm idarəsi, o cümlədən Qarabağ Regional Turizm İdarəsinin yaradılması diqqətə çatdırılıb.

Qarabağ və Şərqi Zəngəzurda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində layihələndirmə və infrastruktur işləri, Ağdamda Şahbulaq qalası, Hadrut, Tuğ və Daşaltı üzrə turizm infrastrukturunun yaradılması məqsədilə inkişaf konsepsiyaları üzrə layihələndirmə işlərinin davam etdirilməsi, Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı, “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması, Şuşaya təşkil olunan turlara böyük marağın olması haqqında məlumat verilib.

Tədbirdə ölkəmizin turizm potensialının tanıdılması müxtəlif hədəf bazarlarda aparılan marketinq kampaniyaları, il ərzində 17 beynəlxalq sərgidə iştirak, “BBC”, “CNN”, “Euronews”, “National Geographic” kimi beynəlxalq qlobal xəbər portallarında yüzlərlə məqalə yerləşdirilməsi, rəqəmsal və TV reklamlar verilməsi və digər genişmiqyaslı təbliğat tədbirləri üzrə görülən işlər və strateji yanaşma ilə bağlı təqdimatlar həyata keçirilib.

Azərbaycan Turizm Sənayesi Assosiasiyaları tərəfindən “Sənaye assosiasiyası vasitəsilə turizm sənayesi üçün inkişaf imkanları”, “Azərbaycanın qonaqlama sənayesinin inkişaf perspektivləri”, “Azərbaycanda turizm bələdçiliyi sahəsinin mövcud vəziyyəti və inkişafı” mövzularında çıxışlar ediblər.

Daha sonra tədbir “Azərbaycanda yerli turizm bizneslərinin fəaliyyəti - uğurlu təcrübələr” mövzusuna həsr olunan panel diskussiyası ilə davam edib. Sessiyada yerli turizm sahibkarları uğur qazanmış layihələri barədə təcrübələrini bölüşüblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Ukraynaya dəstək üçün yeni fond yaratmaq istəyir

Daşkənddə keçirilən konqresin iştirakçıları Muncuqlutəpə nekropolisinin metal əşyaları barədə məlumatlandırılıb

Avropanın yeraltı anbarlarında qaz ehtiyatları 44 faizə düşüb

AÇG-nin “Mərkəzi Azəri” platformasından 1,1 milyard barel neft hasil olunub

İssık-Kulda qış festivalı keçirilib

Rusiya qazının “Türk axını” ilə Avropaya nəqlinin həcmi rekord səviyyəyə çatıb

Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 109,6 faiz icra edilib

Milli Olimpiya Komitəsinin IX Hesabat-seçki baş məclisi işə başlayıb

Ölkə ərazisinə külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən şəxslər saxlanılıb

Sumqayıtda ümumi məhsul buraxılışı 1,1 faiz artıb

Əlilliyi olan şəxslər 11,3 min reabilitasiya vasitəsi ilə təmin edilib

Prezident İlham Əliyev: Azərbaycan-Qambiya dostluq əlaqələrinə böyük önəm veririk

Qambiya Respublikasının Prezidenti Zati-aliləri cənab Adama Barrouya

Türkiyədə PKK ilə əlaqədə şübhəli bilinən 282 nəfər saxlanılıb

BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib

BANM-də “Hult Prize On Campus” mərhələsi keçirilib

Avropa çempionatı: Azərbaycan millisi II seçmə mərhələdə ilk oyununu keçirəcək

Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq müdafiə sərgisi keçirilir

Azərbaycan neftinin qiyməti artıb

Arxeoloqlar elmə məlum olmayan heyvan növünün qalıqlarını tapıblar

DİN: Ötən gün 24 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

“The Caspian House”- Xəzər Evi təqdim olunub

Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

Hamiləlik ağırlaşmasının müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

® "Baku Steel Company" QSC Azərbaycanın 50 ən iri vergi ödəyicisindən biri olaraq ixracın inkişafına görə mükafatla təltif edilib

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Quş qripi xəstəliyinə qarşı növbəti monitorinq keçiriləcək

Ekvadorda torpaq sürüşməsi nəticəsində bir ailənin dörd üzvü həlak olub

Mənim də həyatım sözdü, şeirdi...

İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib

Ötən gün ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub

Yazıçı-publisist Şamil Fərzəliyevin doğum günüdür

Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar

Boliviyada avtobusun dərəyə aşması nəticəsində azı 31 nəfər ölüb

Türkiyəli general: Qarabağ Zəfəri haqsızlığa qarşı mübarizə aparan bütün ölkələrin ümidi oldu

Ağcabədinin Şərəfxanlı kəndində qanunsuz tikili sökülüb

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının 4 turbini quraşdırılıb

Ağstafada yol qəzası olub, xəsarət alanlar var

Yüz tələbəyə adlı təqaüd verilib

Folklorşünas alim: Yalançı çərşənbə doğruçu çərşənbələrə zəmin hazırlayır

Qazaxıstanda mədəndə çökmə nəticəsində həlak olan yeddi mədənçinin cəsədi tapılıb

Hava çirkliliyini yanacağa çevirən cihaz hazırlanıb

“Diplomatic World Sweden” saytında "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş məqalə dərc olunub

Olaf Şolts və Fridrix Merts eyni hökumətdə yer almaq istəmirlər

Görmə illüziyalarının neyrobioloji əsasları məlum olub

Gürcüstanın Cinayət Məcəlləsinə yeni əlavələr ediləcək

Qazaxıstanda şaxtanın çökməsi ilə bağlı xüsusi komissiya yaradılıb

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana səfərə gəlib

Niderlandda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert olub

İspaniya La Liqasında XXIV turun son oyunu keçirilib

ABŞ-a məxsus sərnişin təyyarəsi Torontoda qəzaya uğrayıb

“HaberGlobal” telekanalı: Azərbaycan və Türkiyə liderləri təxribatlara qarşı uğurlu mübarizə aparırlar

Avrozonanın xarici ticarət balansında profisit yaranıb

ABŞ-ın Kentukki ştatında fırtınadan ölənlərin sayı 11-ə çatıb

"Qalatasaray" derbi qabağı çətin qələbə qazanıb

Qazaxıstanda mədəndə yeddi nəfər dağıntılar altında qalıb

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycanla Özbəkistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair Yol xəritəsi imzalanıb

Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur

OANA-nın növbəti Baş Assambleyasının keçiriləcəyi yer və tarix məlum olub

Misli Premyer Liqası: “Səbail” - “Sabah” oyununda qapılara qol vurulmayıb

Səfir Yaşar Əliyev etimadnaməsini Çexiya Prezidentinə təqdim edib

BDU ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti əməkdaşlıq edəcək

Rusiya və ABŞ nümayəndələri əməkdaşlıq, Ukraynada vəziyyət və prezidentlərin görüşü məsələlərini müzakirə edəcəklər

Omanın Şura Məclisinin sədri: Asiya Parlament Assambleyasının Bakı sessiyası təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələr verəcək

Almaniya şəhərləri artan xərclər və zəif iqtisadiyyat səbəbindən çətinliklərlə üzləşib ARAŞDIRMA

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib VİDEO

Ukrayna Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək

Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimatı keçirilib

Asiya İnkişaf Bankı ilə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub

47 dövlət qurumu nəticəəsaslı büdcə mexanizminin tətbiqi potensialının gücləndirilməsi təlimlərinə cəlb edilib

Ötən il Azərbaycanda 50 minə yaxın cütlük nikaha daxil olub

Qazaxıstan və Macarıstan “Dostluq” boru kəməri ilə neftin sınaq nəqlinə dair razılığa gəlib

AMEA-da Qazaxıstan parlamentinin deputatları ilə görüş olub

Ötən il Azərbaycanda 100 mindən çox körpə doğulub

ADPU-da magistrantların təcrübə prosesinə start verilib

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb

İranın vitse-prezidenti: Xəzər regionu Asiya və Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır

Baş nazir Əli Əsədov İrana işgüzar səfər edib

Bu ilin yanvar ayında yük və sərnişindaşımaların həcmi artıb

® “Azercell” qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək olub

Azərbaycanda əhalinin sayı açıqlanıb

Ötən ay Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 5 milyard dolları ötüb

Beynəlxalq İnformatika Olimpiadasının və SASMO-nun prezidentləri MEK-lə tanış olublar

Şair-qəzəlxan Əliağa Vahidin 130 illiyi qeyd olunub

Ədəbiyyat Muzeyində Beynəlxalq Ana Dili Gününə həsr olunan ədəbi-musiqili tədbir keçirilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 10 medalla başa vurublar

Premyer Liqa: “Kəpəz” – “Şamaxı” matçında heç-heçə qeydə alınıb

ADAU ilə Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Xocavənd sakini: Qaradağlı faciəsi qurbanlarının qisası alınıb

Probasiya məmurları üçün silsilə təlimlərə başlanılıb

Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib

Kiyev və Əbu-Dabi ukraynalıların Rusiya əsirliyindən geri qaytarılmasını müzakirə ediblər

Paytaxtın dörd rayonunda təbiətə 131 min manatdan çox ziyan vurulub

Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq müsabiqədə mükafata layiq görülüb

UNEC ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında memorandum imzalanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AMEA-da sinqapurlu alimlərlə görüş olub