Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Yaşıl Dünya Naminə” Bitki Sağlamlığı Forumu keçirilir VİDEO

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası və Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə bir sıra dövlət qurumlarının, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər iştirak edirlər.

Mayın 22-dək keçiriləcək forumun məqsədi bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, mövcud zərərvericilərə qarşı mübarizə və onların idarə olunması yolu ilə bitki sağlamlığının möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının istehsalı və təhlükəsiz ticarətinin genişləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyin qorunması üçün milli bitki sağlamlığı qurumları, regional və beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və istinad laboratoriyaları üçün əməkdaşlıq platformasının təmin edilməsidir.

Tədbirdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, agentlik tərəfindən fermerlərin sağlam toxum məhsulu ilə təminatı və ölkə ərazisinin təhlükəli yeni bitki xəstəliklərindən mühafizə olunması istiqamətində genişhəcmli fəaliyyətlər icra edilir. Agentlik ölkə ərazisini qonşu ölkələrdə yayılmaqda olan təhlükəli bitki virus və bakteriya xəstəliklərindən qorumaq, respublikada bitkiçilik məhsullarının istehsalı və ixracı üçün yarana biləcək təhlükələri önləmək üçün pomidor, bibər, kartof kimi təsərrüfat əhəmiyyətli bitkilərin əkin materialının idxalı zamanı həyata keçirilən fitosanitar tədbirləri daha da genişləndirib. 2023-cü ildə idxal edilən bitki və bitkiçilik məhsullarında aşkarlanan karantin tətbiq olunan zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 829 bildiriş göndərilib ki, bunlardan 49-u əkin və səpin materiallarında aşkarlanıb. Fitosanitar nəzarət tədbirləri çərçivəsində idxal zamanı aşkarlanan uyğunsuzluqlarla bağlı bir sıra idxalçıların məhsul idxalına müvəqqəti qadağalar tətbiq edilərək Agentlik tərəfindən qərarlar qəbul olunub və icrası təmin edilib. Bununla yanaşı, Agentlik tərəfindən əsas ixrac potensiallı bitkiçilik məhsullarının - pomidor, kartof, soğan, nar, çiyələk, üzüm, tumlu-çəyirdəkli və qərzəkli meyvələr və s. ilkin istehsalı təsərrüfatlarında müşahidə və monitorinqlərin sistemli olaraq təşkili məqsədilə Milli Monitorinq Planı hazırlanaraq icrası təmin edilib. Həmin Monitorinq Planı çərçivəsində 2023-cü il ərzində 1380 bitkiçilik təsərrüfatında monitorinqlər aparılıb. Həmin təsərrüfatlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 172 təsərrüfatda 176 karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb və zəruri tədbirlər görülüb. Agentlik tərəfindən aşkar olunan zərərli orqanizmlərə qarşı həyata keçirilən bütün bu tədbirlər isə ölkənin fitosanitar vəziyyətini nəzarətdə saxlamağa imkan verir.

Həmçinin Q.Təhməzli vurğulayıb ki, Agentlik qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, bitki sağlamlığı və bitki mühafizəsi vasitələrinin və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət sisteminin inkişafı, bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturunun yaradılması, kadr və elmi potensialın gücləndirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, informasiya sisteminin müasirləşdirilməsi və digər əhəmiyyətli tədbirlər həyata keçirib. Eyni zamanda, əhalinin və ətraf mühitin sağlamlığının qorunması məqsədilə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, 238 adda yüksək toksikliyə malik təsiredici maddələrin ölkəmizdə tətbiqi və dövriyyəsi qadağan edilib. Hazırda isə Agentlik bitki sağlamlığı sahəsində zərərvericilərə dair risklərin idarə olunması sisteminin qurulması, “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin hazırlanması, bitki mühafizəsi vasitələrinin qeydiyyatının və idxalı prosedurlarının sadələşdirilməsi, inteqrir bitki mübarizə üsullarının tətbiqinin genişləndirilməsi, bioloji mübarizənin təşviqi hesabına zəhərli kimyəvi vasitələrdən istifadənin minimuma endirilməsi kimi hədəflər üzərində iş aparır.

AQTA sədri Agentlik tərəfindən bitki sağlamlığı sahəsində həyata keçirilən fəaliyyətə beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının daim böyük dəstək göstərdiyini vurğulayıb və bundan sonra da bu əməkdaşlığın daha sıx davam edəcəyinə ümidvar olduğunu bildirib.

Forumda daha sonra Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Milli Məclisin Aqrar Siyasət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) tabeliyində fəaliyyət göstərən Ümumrusiya Bitki Karantini Mərkəzinin nümayəndələri çıxış ediblər. Natiqlər ölkəmizdə aqrar sahədə aparılan islahatlardan, bitkiçiliyin inkişafı istiqamətində görülən işlərdən və bu sahədə əldə olunan nailiyyətlərdən danışıblar. Respublikamızda bitki sağlamlığı sisteminin müasir çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən görülən işləri və nəzərdə tutulan hədəfləri yüksək qiymətləndiriblər. Bu forumun da Azərbaycanda və regional miqyasda bitki sağlamlığının, bununla da ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Tədbir daha sonra “İqlim dəyişikliyi şəraitində dayanıqlı kənd təsərrüfatı təcrübələrinin zərərli orqanizmlərlə mübarizədə rolu: COP29 kontekstində” və “Bitki sağlamlığında elmi-tədqiqatlar və kadr potensialı” mövzularında sessiyalarla davam edib. Sessiyalar zamanı mütəxəssislər tərəfindən müxtəlif mövzularda çıxışlar olub, müzakirələr aparılıb, suallar cavablandırılıb. Fitosanitar Ekspertlər Qrupu təsis edilib. Mayın 22-də isə forumda “Meyvə istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “İstixanada zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “Birillik bitkilərin istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri” və “Bitki mühafizəsi vasitələrindən düzgün istifadə və bioloji mübarizə üsullarının tətbiqi” mövzularında sessiyaların təşkil olunması nəzərdə tutulur.

Bakıda “Yaşıl Dünya Naminə” Bitki Sağlamlığı Forumu keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aralıq dənizində 34 miqrantın cəsədi tapılıb

Dövlət Neft Fondu və Mətbuat Şurası jurnalistlər üçün birgə müsabiqə elan edib

Türkiyə millisinin baş məşqçisi: Portuqaliyalı futbolçuları topsuz qoymaqla onlara çətinlik yarada bilərik

Sabah hava necə olacaq?

Moskvanın ən yaxşı stomatoloq-cərrahlarının siyahısına azərbaycanlı başçılıq edib

Təkrar sertifikatlaşdırma prosesi ilə bağlı 1081 apellyasiya müraciəti olub

“Şerif”in sabiq baş məşqçisi: “Zirə” keyfiyyətli oyun nümayiş etdirir

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin Siyahısı iki dəfədən çox genişləndirilib

Burkina-Fasoda Fransanın “TV5 Monde” kanalının yayımı dayandırılıb

Paytaxtda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

“Euronews”: “Gamesummit 2024” Bakını oyun sənayesi xəritəsində yerləşdirib

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Sankt-Peterburqda beynəlxalq forumda iştirak edib

Çin dünyada ilk termonüvə reaktorunu yaradıb

Azərbaycan millisinin hücumçusu: Fernandu Santuş yığmaya güclü oyun fəlsəfəsi gətirəcək

Azərbaycanda 20 uşaq himayədar ailələrə verilib

KXDR Cənubi Koreya ilə sərhəddə divar tikir

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Balkanlarda böyük elektrik enerjisi kəsintisi baş verib

Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Baş Prokurorluqda tədbir keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Göylərin qəhrəmanları ilə yerdə ünsiyyət: Vətən səması əmin əllərdədir FOTOLAR

“Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 500 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Hərbi İdarəetmə İnstitutunun xarici dil mərkəzində buraxılış mərasimi keçirilib

“Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qazaxıstanda V Ümumdünya Köçəri Oyunları UNESCO-nun himayəsi altında keçiriləcək

Bu gün paytaxt üzrə 3070 müəllim sertifikatlaşdırma prosesinə dəvət olunub

Xəzər dənizində zəlzələ olub

Avro-2024: Türkiyə və Portuqaliya yığmaları onuncu dəfə qarşılaşacaq

Şərurda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sel səbəbindən avtomobildə təhlükəli vəziyyətdə qalan 3 nəfər xilas edilib VİDEO

Alimlər məməlilərin beyninin təkamülündə yeni detalları üzə çıxarıb

Şamaxıda QHGT-nin milli bölmələrinin iştirakı ilə mədəniyyətlərarası mübadilə tədbiri keçirilib

Füzulidə 3 tondan artıq çətənə bitkisi yandırılıb

FHN: Ötən sutka ərzində 73 halda yanğına çıxış olub, 11 nəfər xilas edilib

DİN: Ötən gün 118, 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum olub

Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festivalı bədii hissə ilə davam edib

Bu il Azərbaycanda elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14 faizə yüksəlib

Fövqəladə Hallar Nazirliyi Gəncədə qanunsuz tikinti işlərinin qarşısını alıb VİDEO

AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb

Amerika Kuboku: Bu gecə daha iki oyun keçiriləcək

Abşeron rayonunda yol hərəkəti qaydalarını pozan 315 sürücü inzibati məsuliyyətə cəlb edilib

At heykəlləri: Türk irsinin daş artefaktları

Bölgələrdə arabir leysan yağır, şimşək çaxır

Hindistanda saxta spirtli içkidən zəhərlənən 55 nəfər ölüb

Azərbaycan avarçəkəni Avropa çempionu olub

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: İyunun 21-də 3 tüfəng təhvil götürülüb

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir – Faktiki hava

Avro-2024: Avstriya millisinin futbolçuları tarixə düşüblər

Avro-2024: Türkiyə Portuqaliyaya, Rumıniya Belçikaya qarşı

Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

DİN: İyunun 21-də ölkədə qeydə alınan 47 cinayətin üstü açılıb

Amerika Kuboku: Peru–Çili oyununda qapılara qol vurulmayıb

Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anım günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Unudulmaz sənətkar Bülbülün anadan olmasından 127 il ötür

Azərbaycan Prezidenti: Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir

Prezident İlham Əliyev: Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir

“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb VİDEO

MN: Kəlbəcərdə mövqelərimiz atəşə tutulub VİDEO

Bolnisidə gənclərə Azərbaycan - Türkiyə - Gürcüstan dostluğunun əhəmiyyəti barədə məlumat verilib

NİİM: Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi bərpa olunub YENİLƏNİB

Gilgilçay və Dəmiraparançaydan sel keçir

Şəmkirdə polis narkotiklərin satışı ilə məşğul olan şəxsi saxlayıb

Milli Hidrometeorologiya Xidməti: Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur

“Energy İnstitute”: Atmosferə karbon qazı emissiyasının buraxılması rekord həddə çatıb

Birləşmiş Ərəb Əmirliklərində iki mindən çox şahin quşu vəhşi təbiətə buraxılıb

Bu gün ingilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər

İqlim dəyişikliyi ilə bağlı veb proqram yaradılıb

Leyboristlər Partiyası Mühafizəkarlar Partiyasından 15 dəfə daha çox ianə toplayıb

Marneulidə gənclərə COP29-la bağlı məlumat verilib

Britaniyanın ən zəngin ailəsinin dörd üzvü həbs cəzası alıb

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Oğuzun kəndlərinə dolu düşüb

Avro 2024: Niderland - Fransa oyununda qapılara qol vurulmayıb

Azərbaycan “BRICS Sports Games Kazan 2024” beynəlxalq multiidman oyunlarında uğurlu çıxış edib

Milli Hidrometeorologiya Xidməti: Bakıda küləyin sürəti 19 m/s olub

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilir

Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib

Azərbaycanın iki üzgüçüsü “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Faktiki hava: İntensiv yağış yağıb, çaylardan sel keçib

Avro 2024: Avstriya yığması inamlı qələbə qazanıb

Millətlər Liqası: Türkiyə yığması mübarizəni dayandırıb

Balakəndə minik maşını TIR-la toqquşub, ölən var

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının beşinci iclası keçirilib  YENİLƏNİB VİDEO

Mədəniyyət Nazirliyi: Filmlərlə bağlı senzuranın tətbiqindən söhbət gedə bilməz

Elm və təhsil naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Böyük Britaniyanın dövlət borcu 63 ildə ən yüksək səviyyəyə çatıb

Azərbaycanın dəmiryolu sistemində yaşıl gələcək naminə səmərəli işlər görülür

Onaybek Abdilov: Oğuz mədəniyyətini, ənənələrini, ailə dəyərlərini qoruyub saxlamaq borcumuzdur

Parlamentin iclasında Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezidentə müraciət qəbul edilib YENİLƏNİB

Rəis müavini: Respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb

Avro-2024: Ukrayna millisi əzmkar qələbə qazanıb

Güclü külək səbəbindən Aqrar Sığorta Fonduna son bir həftədə 120-dən çox müraciət daxil olub

Eldar Quliyev: Türk xalqlarına məxsus dəyərlərin qorunması istiqamətində birgə işlərimizi davam etdirəcəyik

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvadan

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Ağsaqqallar Şurasında olub