Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Bakıdakı FIA Prize-Giving 2023 möhtəşəmliyi ilə yadda qaldı VİDEO

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 8-də Bakıda ilk dəfə olaraq idman sahəsində ən gözlənilən hadisələrdən biri - Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Mükafatlandırma mərasimi – FIA Prize-Giving Ceremony keçirilib.

Hər ilin sonunda fərqli-fərqli ölkələrdə baş tutan bu mərasimin Bakı təqdimatı digərlərindən möhtəşəmliyi ilə fərqlənərək, tamaşaçılara unudulmaz anlar bəxş edib.

AZƏRTAC xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil edilən Mükafatlandırma mərasiminə dəvət olunanlar foyedə FIA-nın yarışlarında qalib gələn avtomobillərin sərgisi ilə tanış olublar. Burada 2023-cü ildə Formula 1, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Raid Çempionatı (World Rally-Raid Championship (W2RC), FIA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), Formula E, Dünya Rallikross Çempionatında (World Rallycross Championship) qalib pilotların idarə etdiyi avtomobillər nümayiş etdirilib.

Azərbaycan Avtomobil Federasiyasının baş tərəfdaşlığı ilə keçən Prize-Giving mərasimi qeyri-adi səhnə təqdimatı ilə yadda qalıb. Bunun üçün mərasimin təşkil edildiyi Bakı Konqres Mərkəzinin ən böyük zalı xüsusi seçilmiş dizayn, işıq və konstruksiyalar vasitəsilə tamamilə dəyişdirilərək fantastik görünüşə nail olunmuşdu.

FIA-nın illər ərzində keçirdiyi Mükafatlandırma mərasiminə avtomobil yürüşünün sədaları ilə start verilib. Lakin Bakı təqdimatında bu ənənəyə yenilik gətirilib. Fərqlilik ondan ibarət olub ki, FIA himni bu dəfə müasir, rəqəmsal səsləndirmə və möhtəşəm görüntü ilə başlayıb.

Digər ölkələrdə keçirilən Mükafatlandırma mərasimlərindən fərqli olaraq, Bakıdakı Prize-Givinq şousu təkcə mükafatlandırma anlarından ibarət olmayıb. Bu, həm də mədəniyyətimizin, qonaqpərvərliyimizin, zəngin mətbəximizin, digər xalqlarla sülh və əməkdaşlıq şəraitində yaşamağa yönələn siyasətimizin təqdimatı idi.

Prize-Giving mərasiminin unudulmaz Bakı şousu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin solistlərinin ifası ilə davam edib. Milli geyimlərimizdə səhnəyə çıxan ifaçılar Azərbaycan xalqının mədəniyyətinin bir hissəsi olan musiqimizin ecazkarlığını təqdim etmiş olublar. Təqdimat inteqrasiya və əməkdaşlığın dünyanın bütün xalqları tərəfindən eyni dərəcədə, tərcüməsiz anladığı yeganə dil – musiqi vasitəsilə mümkünlüyünü nümayiş etdirib.

Mükafatlandırma mərasimində milli kimliyimizin daha bir ayrılmaz hissəsi olan, hər bir azərbaycanlının ən incə hisslərinə toxunan, eyni zamanda, bütün dünyada ölkəmizin mədəni irsinin təcəssümü kimi qəbul edilən “Sarı gəlin” xalq mahnısının doğma sədaları da səslənib.

Tamaşaçılarla interaktiv dialoq formatında qurulan proqram mədəniyyətlərarası dialoqun vacibliyi ilə bağlı bir mesaj olub. Belə ki, təqdimatda səslənən müxtəlif janrlara aid musiqi motivlərinin sintezi vasitəsilə bir daha müxtəlifliyin, Şərqlə Qərb arasındakı harmoniyanın önəmi mesajı ötürülüb.

Şounun tamaşaçılar üçün gözlənilməz anlarından biri isə nağaraçılarımızın bütün zalı əhatə edərək, qonaqların yanından qədim dövrlərə aparan ritmlərlə keçməsi olub. Mərasimin keçirildiyi zaldakı tamaşaçıları masalarından ayağa qaldıran da məhz bu ritmlər olub.

Mərasimdə Xalq artistləri Alim Qasımov, Əlixan Səmədov, Natiq Şirinov və qrupu, Əməkdar artistlər Aleksey Miltıx, Emil Əfrasiyab, Fərqanə Qasımova, İsfar Sarabaski, həmçinin Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri, “Mirvari” rəqs ansamblı çıxış ediblər.

Proqrama ekvilibristlər Səbinə Məmmədova və Polina Pravdinanın çıxışları da əlavə rəng və təsirli anlar qatıb. Musiqiçilərin ifasını müşayiət edən həmin çıxış sənət insanlarının ilham pərisi obrazını yaradıb. Tədbirdə avtomobil idmanı üzrə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.

Səhnəyə çıxan FIA prezidenti Mohammed Ben Sulayem bu gecənin qaliblər gecəsi olduğunu vurğulayıb, yarışlarda qələbə qazananları bir daha təbrik edib. O, FIA Baş Assambleyası və Mükafatlandırma mərasimini qəbul edən Bakı şəhərinə minnətdarlığını ifadə edib, qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Mükafatlandırma mərasimində hamını görməkdən məmnun olduğunu deyən FIA prezidenti tədbirin yüksək səviyyədə təşkili münasibətilə təbriklərini çatdırıb.

Daha sonra FIA prezidenti Mohammed Ben Sulayem, AAF prezidenti Anar Ələkbərov və digərləri 2023-cü il üzrə müxtəlif nominasiyalarda qaliblərə mükafatlar təqdim ediblər.

Formula 1-in prezidenti Stefano Dominikali Formula 1-in ikinci olan və “Bakını sevirəm” sözləri ilə səhnəyə çıxan Sergio Perezi mükafatlandırıb. Təltif edilənlər sırasında Oracle Red Bull Racing-in qalibi Christian Horner, Formula 1-in qalibi Max Verstappen də olublar.

Mükafatlandırma mərasimində nəinki indiki qaliblər, keçmişdə müxtəlif yarışlarda mübarizə aparan, artıq vəfat etmiş çempionlar da yad edilib.

Bakıdakı FIA Prize-Giving 2023 möhtəşəmliyi ilə yadda qaldı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Liverpul” “Çelsi”ni məğlub edərək Liqa Kubokunun qalibi olub

Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb

Türkiyəli alpinistlər Xocalı faciəsi qurbanlarının xatirəsini anıblar

“Qəbələ” komandasının yeni baş məşqçisi məlum olub

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Premyer Liqa: “Qarabağ” “Sumqayıt”ı məğlub edərək liderliyini möhkəmləndirib

Zelenski: Ukrayna Rusiyaya qarşı müharibədə 31 min hərbçi itirib

Federasiya prezidenti: Azərbaycanda basketbol inkişaf edir

Azərbaycan basketbol yığmasının kapitanı: Hər bir komandaya qalib gəlmək gücündəyik

Texas Nümayəndələr Palatası Xocalı soyqırımına dair bəyannamə imzalayıb

Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun ailəsi ziyarət olunub

Azərbaycan Premyer Liqası: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

Deputat: Terror və digər xalqlara nifrət Ermənistanın dövlət siyasətidir

Gümüş medal qazanan gimnast: İnanılmaz qürur hissi keçirirəm

2017-ci il fevral şəhidlərinin xatirəsi anılıb

Marneulidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şahmat çempionatı keçirilib

Tahir Baxşıyev: Basketbolçularımla qürur duyuram

İtaliya nəşrində ermənilərin Xocalıda törətdikləri soyqırımı cinayətlərindən bəhs edilib

Xocalı soyqırımının qurbanları İstanbulda yad edilib

"HONOR"dan “MWC 2024”də yenilik

“Yıldız Çocuklar” layihəsinin final mərhələsində 40-a yaxın uşaq bacarıqlarını nümayiş etdirib VİDEO

“Qarabağ” UEFA reytinqində irəliləyib

Dünya Kubokunun qalibi: Portuqaliyalı rəqibim yarışdan əvvəl mənə dedi ki, qızıl medalı alıb gedəcəksən

Azərbaycan basketbol millisi seçmə mərhələnin ikinci oyununda Kosovo yığmasını məğlub edib

Denis Şmıqal: Ukrayna ərazilərinin bərpasında Türkiyə şirkətləri ilə işləyəcək

Krakovda Azərbaycan Evində Xocalı soyqırımının qurbanları yad edilib

Cənubi Afrikada avtobusun aşması nəticəsində 8 nəfər ölüb

Manisada Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib

Ukrayna ABŞ Konqresi ilə əməkdaşlığını yeni mərhələyə qaldırmaq istəyir

İtaliya saytı Xocalı soyqırımından yazıb

Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

“Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri yekunlaşıb

Lerikdə "Toyota" markalı avtomobil çaya aşıb, ölən və yaralananlar var - YENİLƏNİB

Rustem Umerov: Silahların yarısı Ukraynaya vaxtında çatmadığından cəbhədə problem yaranır

Şotlandiya universitetində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunda qızıl və gümüş medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Tanzaniyada baş verən yol qəzasında 15 nəfər ölüb

Ukraynanın müdafiə sənayesinin imkanları 2023-cü ildə bir il öncəyə nisbətən altı dəfə çox olub

Həvəskar xizək yarışının qalibləri bəlli olub

Fatma Yıldırım: Xocalı faciəsinin qurbanlarının, şəhidlərinin ruhu indi şaddır

Lukaşenko: Belarusda hökuməti devirmək üçün heç bir variant işləməyəcək

Yaponiya hökuməti Noto bölgəsinin bərpası üçün əlavə 665 milyon dollar xərcləyəcək

Hava proqnozu: sulu qar və qar yağacaq, yollar buz bağlayacaq

Lukaşenko: Minsk Ermənistanın KTMT-dən çıxması ilə bağlı heç bir müraciət almayıb

Xocalı sakini: Faciə qəlbimizdə sağalmaz yaralar, düşüncəmizdə silinməz izlər qoyub

Belarus tarixində ilk dəfə vahid səsvermə keçirilir

Adil Əliyev: Xocalı soyqırımı tarixin ən dəhşətli cinayətlərindən biridir

Ağsuda polisə 10 ədəd odlu silah könüllü təhvil verilib

Cavanşir Feyziyev: Bu soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa yönəlmiş ən ağır cinayətdir

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

Soyqırımının şahidləri o dəhşətli günlərdən danışırlar – AZƏRTAC Xocalıdan xəbər verir VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Polşada NATO-nun genişmiqyaslı təlimləri başlayır

Atasının ölümündə şübhəli bilinən şəxs tutulub

Azərbaycan basketbol millisi seçmə mərhələdə ikinci oyununu keçirəcək

Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Prezident İlham Əliyev Türkiyə Prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Çində 5,7 bal gücündə zəlzələ qeydə alınıb

CNN: Tramp Cənubi Karolina ştatında keçirilən praymerizin qalibi olub

London və Edinburq şəhərlərində Xocalı faciəsinə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib

Bosniyalılar Türkiyəni ölkənin ən yaxın dostu kimi görürlər

Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyədə silsilə tədbirlərlə anılır

İtaliya Ukrayna ilə təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalayıb

NYT: Ukrayna 2024-cü ildə ən yaxşı halda özünü müdafiə edə bilər

Mario Draqi Avropa ölkələrini böyük sərmayə yatırmağa çağırıb

İsti su içmək orqanizm üçün faydalıdır - Araşdırma

ECOWAS Nigerə qarşı sanksiyaları ləğv edib

Abbas Abbasov: Təzyiqlər Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə zərrə qədər mənfi təsir göstərməyəcək

İtaliyada Olimpiya Oyunlarının keçirilməsi üçün 500 qədim ağac kəsiləcək

Yəməndəki husi hədəflərinə yenidən zərbələr endirilib

Tramp: Seçkidə qalib gələrəmsə, miqrantların ABŞ tarixində ən böyük deportasiyası olacaq

Misir Qəzzanın cənubunda və mərkəzində iki qaçqın düşərgəsi yaradır

Filarmoniyanın səhnəsində musiqili tədbir: “Şam İşığında Üzüklərin Əfəndisi”

Alan Antuan Simoni: Oğlum Fransa polisi tərəfindən terrorçu münasibətə məruz qalıb

BMT: Hər beşinci ukraynalı ailənin ərzaq yardımına ehtiyacı var

Abşeronda yaşayış binasında baş verən yanğın söndürülüb, 25 nəfər təxliyə edilib YENİLƏNİB

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Xocalı qurbanlarının xatirəsi anılıb

Laçın yenidən ağ örpəyə bürünür VİDEO

Azərbaycan-Çin münasibətləri illərin sınağından keçib və möhkəm təməl üzərində qurulub

Bakıda voleybol üzrə “Gənc atletlərin inkişafı” layihəsi çərçivəsində ilk seminar keçirilib

Muxtar respublikanın yubileyinə həsr olunmuş şahmat üzrə yoldaşlıq görüşü təşkil ediləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub

Türkiyə Superliqası: “Fənərbağça” “Kasımpaşa”ya qalib gələrək liderliyə yüksəlib

Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurasının Brüsseldə təsis konfransı keçirilib

Azərbaycan gimnastı Rumıniyada bürünc medal əldə edib

İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda konfransın iştirakçıları Fransa Prezidentinə məktub ünvanlayıblar

Azərbaycan gimnastı dünya kubokunda qızıl medal qazanıb

Nazir: Dəmir yolları Türkiyə hökumətinin nəqliyyat sahəsində prioritetidir

Almaniya və Ukraynanın xarici işlər nazirləri Odessaya gəliblər

Göyçayda tədbir: “Duolingo” ilə ingilis dili hamı üçün əlçatandır!”

Yubiley turnirinin qalibləri məlum olub

Müdafiə Nazirliyi: Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə ört-basdır etməyə çalışır

Azərbaycan Premyer Liqası: “Səbail” “Sabah”a qalib gəlib

Azərbaycan İƏT-in İstanbulda keçirilən nazirlər konfransının sessiyasında təmsil olunub

İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans başa çatıb YENİLƏNİB VİDEO

Dörd il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub