Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bakıdan Belemə: İqlim Dəyişmələrinə Uyğunlaşma Əzmini Danışıqlardan Fəaliyyətə Daşımaq” mövzusunda tədbir keçirilib VİDEO

Bonn, 21 iyun, AZƏRTAC

Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı çərçivəsində “Bakıdan Belemə: İqlim Dəyişmələrinə Uyğunlaşma Əzmini Danışıqlardan Fəaliyyətə Daşımaq” adlı yüksəksəviyyəli tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, COP29 və gələcək COP30 Sədrliyi tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionları və UNFCCC ilə tərəfdaşlıq çərçivəsində təşkil edilən tədbirdə uyğunlaşma məsələlərinin diqqət mərkəzində saxlanılması və bu sahədə fəaliyyətlərin sürətləndirilməsi müzakirə olunub.

Tədbirdə çıxış edən COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişikliyinin təsirləri artıq dünyada ciddi hiss olunur və bu təsirlər inkişaf səviyyəsindən asılı olaraq ölkələrə qeyri-bərabər formada təsir edir. 2025-ci ilin artıq bir sıra hadisələrlə yadda qaldığı, o cümlədən Yaponiyada və Kaliforniyada misli görünməmiş meşə yanğınlarının baş verdiyi, Mərkəzi Afrikada isə quraqlıqların kənd təsərrüfatı və insan həyatı üçün ciddi təhlükə yaratdığı qeyd olunub.

Yalçın Rəfiyev qeyd edib ki, COP29 çərçivəsində uyğunlaşma sahəsində mühüm addımlar atılıb. Belə ki, Qlobal Uyğunlaşma Məqsədinə nail olmaq istiqamətində Bakı Uyğunlaşma Yol Xəritəsi qəbul edilib, hər il keçiriləcək Bakı Yüksək Səviyyəli Uyğunlaşma Dialoqu təsis olunub, uyğunlaşma daimi gündəlik məsələsi kimi təsdiqlənib, eləcə də BƏƏ–Belem İş Proqramı çərçivəsində göstəricilər üzrə irəliləyiş əldə olunub. Bundan əlavə, uyğunlaşma və iqlim maliyyəsi sahəsində 300 milyard dollarlıq yeni maliyyə hədəfi razılaşdırılıb.

COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai çıxışında bildirib ki, Paris Sazişindən ötən 10 ildə mühüm irəliləyişlər əldə olunsa da, daha çox iş görülməlidir və artıq vədlərdən əməli fəaliyyətə keçid zamanı çatıb. O vurğulayıb ki, COP29-un Fəaliyyət Gündəliyi məhz bu keçidi sürətləndirməyi hədəfləyib.

Nigar Arpadarai diqqətə çatdırıb ki, COP29 zamanı iqlim, sülh, enerji, su, təhsil, səhiyyə, rəqəmsallaşma, insan inkişafı və maliyyə sahələrini əhatə edən 14 qlobal təşəbbüs həyata keçirilib. “Race to Zero” və “Race to Resilience” kimi beynəlxalq kampaniyaların nəticəvermə mərhələsinə keçdiyi, təchizat zəncirindəki emissiyaların azaldılması nəticəsində 2023-cü ildə 13,6 milyard dollar qənaət edildiyi, eləcə də, 500 milyon həssas insanın dayanıqlığının artırıldığı qeyd olunub.

Nigar Arpadarai xüsusilə kiçik və orta biznes sahibkarlığın (KOB) yaşıl keçiddəki rolunu vurğulayıb. O bildirib ki, KOB-lar dünya üzrə məşğulluğun 90 faizini, ÜDM-in isə 40 faizini təşkil edir və ədalətli keçid üçün mühüm rol oynayır. “İqlimə Davamlı KOB-lar” təşəbbüsü hazırda 100 ölkədə 90 milyon KOB-a dəstək göstərir və COP29-da əldə olunan maliyyə vəsaitlərinin bu sektora çatmasını təmin etməyə yönəlib.

Tədbirdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyində Uyğunlaşma Proqramının Meneceri Olga Pilifosova, Braziliyanın iqlim dəyişikliyi üzrə katibi, COP30-un icraçı direktoru Ana Toni, COP30-un İqlim üzrə yüksəksəviyyəli çempionu Den Yoşpe,COP30-un gənc iqlim çempionu Marsele Oliveyra və digərləri çıxış ediblər.

Tədbir iştirakçıları COP30-a qədər bu sahədə birgə əməkdaşlığın və konkret nəticələrə yönəlmiş yanaşmanın vacibliyini vurğulayıblar. COP30 Sədrliyinin uyğunlaşmanı gündəmin mərkəzinə çəkmək istiqamətində səyləri alqışlanıb və iqlim dəyişikliyinə qarşı qlobal fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Vurğulanıb ki, Azərbaycanın sədrliyi ilə keçirilən COP29 BMT İqlim Dəyişikliyi Konfransı çərçivəsində iqlimə uyğunlaşma (adaptasiya) və emissiyaların azaldılması (mitiqasiya) istiqamətində mühüm qərarlar qəbul olunub. Tərəflər iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlılığı artırmaq və qlobal istiləşmənin qarşısını almaq məqsədilə bir sıra yeni təşəbbüslərə və maliyyə mexanizmlərinə razılıq veriblər. Tədbirdə qəbul olunan “Bakı Uyğunlaşma Yol Xəritəsi” uyğunlaşma sahəsində fəaliyyətlərin koordinasiyası, planlaşdırılması və monitorinqi üçün strateji çərçivə təqdim edir. Yol xəritəsi Qlobal Uyğunlaşma Məqsədinə (GGA) çatmaq üçün konkret addımları əhatə edir və bu sənədin COP30 çərçivəsində icra mərhələsinə keçidi planlaşdırılır. Eyni zamanda, “Bakı Yüksək Səviyyəli Uyğunlaşma Dialoqu” təsis edilib. Bu təşəbbüs hər il CMA sessiyaları çərçivəsində keçiriləcək və uyğunlaşma mövzusunun BMT İqlim Dəyişikliyi gündəliyində daimi yer tutmasını təmin edəcək. COP29-da uyğunlaşma məsələsinin rəsmi olaraq daimi gündəlik mövzu kimi tanınması da bu sahəyə göstərilən yüksək siyasi diqqətin təzahürüdür. Uyğunlaşma üzrə göstəricilərin müəyyənləşdirilməsi istiqamətində BƏƏ–Beləm İş Proqramı çərçivəsində ekspertlər arasında razılaşmalar əldə olunub. Bu göstəricilər uyğunlaşma tədbirlərinin effektivliyini ölçmək üçün əsas vasitə olacaq. COP29-un əsas maliyyə nailiyyətlərindən biri, uyğunlaşma və mitiqasiya məqsədləri üçün 300 milyard Amerika Birləşmiş Ştatları dolları həcmində yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması olub. Bu vəsait inkişaf etməkdə olan ölkələrdə həm emissiyaların azaldılmasına, həm də iqlimə uyğunlaşmaya dəstək üçün nəzərdə tutulur. Bakı konfransında mitiqasiya sahəsində də əhəmiyyətli addımlar atılıb. Sədrliyin təşəbbüsü ilə elan olunan 1,3 trilyon dollarlıq könüllü maliyyə hədəfi, özəl sektorun və investorların iqlim məqsədlərinə yönəlik daha fəal iştirakı üçün güclü siqnal hesab olunur. COP29-un nəticələri, Paris Sazişindən irəli gələn məqsədlərə çatmaq üçün tərəflərin siyasi öhdəliyini və birgə fəaliyyət ruhunu nümayiş etdirir.

Tərəflər COP30-da bu nəticələr əsasında konkret icra mexanizmlərinə keçidə hazır olduqlarını bildiriblər.

“Bakıdan Belemə: İqlim Dəyişmələrinə Uyğunlaşma Əzmini Danışıqlardan Fəaliyyətə Daşımaq” mövzusunda tədbir keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Piylənmə ilə bağlı xərçəng ölümləri kəskin artıb - ARAŞDIRMA

Yayda Yer sürətini artırdı və sutkadan millisaniyələr “oğurlandı”

Fransada kilsəyə qarşı vandalizm aktı törədilib

Prezident Ərdoğan: 15 iyul hadisələri Türkiyə tarixində mühüm mərhələ oldu

Zərgərpalan hamamında arxeoloji irsin aşkarlanması ictimaiyyətə təqdim edilib

Türkiyə Gülən terrorçuları ilə əlaqəli 41 xarici universitetin diplomlarını tanımır

Avropa İttifaqı Gürcüstan ilə bağlı qərar qəbul edə bilməyib

Kaya Kallas Rusiyaya qarşı 18-ci sanksiyalar paketi barədə razılığın əldə olunmamasına görə Slovakiyanı tənqid edib

NATO-nun Baş katibi Çin, Hindistan və Braziliyanı Rusiyaya təzyiq göstərməyə çağırıb

Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb

NATO nümayəndə heyəti ilə görüş keçirilib

“YARAT” Müasir İncəsənət Məkanında “Caspian Corporealities” adlı performans həftəsi-2025-in açılışı olub

“Neftçi” ekvadorlu futbolçunu transfer edib

Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasına yeni kitablar təqdim olunub

Vaqif Poeziya Günləri Gəncədə

Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib

Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilib   YENİLƏNİB VİDEO

Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilib  YENİLƏNİB VİDEO

Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir

Polis Sumqayıtda ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini maarifləndirib VİDEO

Polis Sumqayıtda ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini maarifləndirib VİDEO

Cəlilabadda meşə ərazisinə keçən yanğın məhdudlaşdırılıb YENİLƏNİB-2 FOTO VİDEO

"Dəniz təbabəti ensiklopediyası" çapdan çıxıb

Belqrad yaxınlığında yanğın baş verib

Qazaxda “Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimat mərasimi olub

Bosniya və Herseqovinada meşə yanğınları davam edir

Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Mingəçevir Dövlət Universiteti "Azərbaycan İES" MMC ilə yeni universitet-sənaye əməkdaşlığı modeli qurur

İcraçı direktor: Bolqarıstan Azərbaycan üçün Avropaya qaz tədarükündə “açar” ölkədir

Bakıda XIX əsrə aid tarixi abidənin konservasiyadan sonra açılışı olub

Hindistanın “ONGC Videsh Limited” şirkətinin nümayəndə heyəti Səngəçal terminalında olub

Günvurmadan necə qorunmaq olar? VİDEO

Günvurmadan necə qorunmaq olar? VİDEO

Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub

Almaniya iqtisadiyyatı dəstəkləmək üçün süni intellektdən istifadəni genişləndirmək niyyətindədir

Rumıniyalı siyasi şərhçi: Azərbaycan Cənubi Qafqazda, sadəcə, iştirakçı deyil, həm də oyunun qaydalarını dəyişən ölkədir

Muxtar respublikada altı ayda cinayətlərin açılması 97 faiz təşkil edib - əməliyyat müşavirəsi

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Azərbaycanda işgüzar səfərdə olan türk iş adamları ilə görüş keçirilib

Fransanın Baş naziri dövlət büdcəsinə 40 milyard avro qənaət etməyi planlaşdırır

® “Ziraat Bank Azərbaycan”ın aktivlərinin cəmi 1 milyard manatı keçib

Bəzi dağlıq ərazilərdə yağış yağır, Naxçıvanda və aran rayonlarında 40 dərəcə isti var - FAKTİKİ HAVA

Niderland səfirinin Azərbaycandakı fəaliyyəti başa çatır

Pirallahıda sahibkarlarla biznes mühitinin inkişafı müzakirə edilib

Mobil oyunlardan startaplara: Niderlandda süni intellekt üzrə təhsil alan azərbaycanlı ilə MÜSAHİBƏ

Ölkəmiz Avstraliyada keçirilən Multikultural Festivalda təmsil olunub

Avropa İttifaqı İtaliyaya xəbərdarlıq edib

İşğaldan azad olunmuş Ağdamda Baş Prokurorluq tərəfindən regional konfrans keçirilib - YENİLƏNİB VİDEO

İşğaldan azad olunmuş Ağdamda Baş Prokurorluq tərəfindən regional konfrans keçirilib - YENİLƏNİB VİDEO

Kirayə mexanizmi çərçivəsində daha 206 mənzil satmaq öhdəliyi ilə təqdim edilir

Danimarka İranın casusu olmaqda təqsirləndirilən şəxsi Almaniyaya ekstradisiya edib

Ukraynanın Baş naziri istefa verib

Sumqayıt Kimya Sənaye Parkının rezidenti Yunanıstana məhsul ixrac etməyə başlayıb

Bolqarıstan mediası: SOCAR İsrailin enerji bazarına strateji çıxış əldə edir

Böyük Britaniyada meşə yanğınları baş verib

Məhkəmə: ABŞ-ın Yaxın Şərqdəki dron hücumları zamanı Ramştayn bazasından istifadə etməsi Almaniya üçün məsuliyyət yaratmır

Metrologiya İnstitutu ilə ADNSU-nun Elmi-Tədqiqat İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

Çində təbii fəlakətlərin vurduğu iqtisadi zərər 7 milyard dollardan çoxdur

“Zirə” legioner futbolçusu ilə vidalaşıb

Milli parklara səfər edən turistlərin sayı artıb

Bitkiçilik məhsullarının ixracı və diqqət edilməli məqamlar - Videotəlimat

Azərbaycanın Baş prokuroru və İraqın Ali Məhkəməsinin sədri əməkdaşlıq məsələlərini müzakirə ediblər

“Neftçi” Venesuela millisinin futbolçusunu transfer edib

Ənənənin ruhu ilə gələcəyin formasını birləşdirən gənc: Məqsədim Azərbaycan motivlərini zamanın dili ilə yenidən danışdırmaqdır – MÜSAHİBƏ

Ümumi təhsil müəssisələri üzrə ötən il keçirilmiş buraxılış imtahanlarının nəticələri müzakirə edilib

Türkiyənin vitse-prezidenti 15 İyul qəhrəmanlarının abidəsi önünə əklil qoyub

Financial Times: Tramp Ukraynaya Moskvaya hücum təklifi verib

Bakıda yeniyetmə cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Azərbaycanın qaldırdığı məsələlər qlobal gündəmin formalaşmasına təsir edir - ŞƏRH

“Meta” iri AI məlumat mərkəzlərinin tikintisinə yüz milyardlara dollar ayıracaq

UEFA Azərbaycanın 9 klubuna ödəniş edib

Bakı Mühəndislik Universitetinin 2025-ci il üzrə birincisi

Çempionlar Liqası: ”Azərreyl”in rəqibi bəlli olub

Mərakeş qabaqcıl zirehli texnika istehsal etməyə hazırlaşır

“Araz-Naxçıvan”ın braziliyalı hücumçusu: “Aris”lə oyunlar final xarakteri daşıyır - MÜSAHİBƏ

Suriya ilə Azərbaycan arasında əlaqələr tarixi və strateji xarakter daşıyır - ŞƏRH

AMEA-nın 80 illik yubileyinə hazırlıq məsələləri müzakirə edilib

Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağış yağacaq, dolu düşəcək

Praqa ilə London arasında nüvə energetikası üzrə memorandum imzalanıb

Həndbol üzrə Avropa Kubokunda iştirak edəcək Azərbaycan klublarının rəqibləri müəyyənləşib

Suriya Liderinin Azərbaycana səfəri: Yeni regional reallıqlar fonunda strateji tərəfdaşlıq - ŞƏRH

Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Uesli Sneyderin oğlu Niderland klubu ilə peşəkar müqavilə imzalayıb

Ersin Tatar Kipr üzrə danışıqlarda Lefkoşanın şərtlərini açıqlayıb

BDU ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan və İraq arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub

İdarə rəisi: Məqsədimiz işğaldan azad olunmuş ərazilərdə hüquqi və institusional islahatları gücləndirməkdir VİDEO

İdarə rəisi: Məqsədimiz işğaldan azad olunmuş ərazilərdə hüquqi və institusional islahatları gücləndirməkdir VİDEO

Son üç ayda ombudsmanın Çağrı Mərkəzinə ümumilikdə 3377 zəng daxil olub

Macarıstanın turizm sektorunda canlanma yaşanır

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

Çinli jurnalist: Azərbaycanın çinli turistlərə təklif edəcəyi çox şey var VİDEO

Çinli jurnalist: Azərbaycanın çinli turistlərə təklif edəcəyi çox şey var VİDEO

Türkiyənin hava məkanında gündəlik rekord tranzit uçuş qeydə alınıb

BMU-nun müəllim-tələbə heyəti üçün Çində təşkil olunan mübadilə proqramı başa çatıb

Arxeoloqlar Yaxın Şərqdə xristianlığın tarixinə dair yeni faktlar aşkar ediblər

Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin aparılması QAYDASI

Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin ƏSASNAMƏSİ

“Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin Əsasnaməsi”nin və “Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Emin Hüseynov: 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə azı 20 min nəfərin köçürülməsi planlaşdırılır VİDEO

Emin Hüseynov: 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə azı 20 min nəfərin köçürülməsi planlaşdırılır VİDEO

Renat Dadaşovun yeni komandası bəlli olub

Bakıda 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib VİDEO

Bakıda 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib VİDEO

Yaponiyada xarici vətəndaşlarla problemlərin həlli üzrə hökumət strukturu yaradılıb

Toral Bayramov: Çempionlar Liqasında əsas hədəf Liqa mərhələsinə yüksəlməkdir