“BAKIELEKTRİKŞƏBƏKƏ” ASC-NİN ADİ ADLI SƏNƏDSİZ SƏHMLƏRİNİN EMİSSİYA PROSPEKTİ QEYDƏ ALINMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətinin ümumi məbləği 12 milyon manat, hər birinin nominal dəyəri 2 manat olan adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə almışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir. "AzərİnterTreyd” MMC səhmlərin yerləşdirilməsində təminatçı qismində çıxış edir.
Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü və broker lisenziyasına malik təşkilata müraciət edə bilərlər.
“Bakıelektrikşəbəkə” ASC-nin səhmlərinin emissiya prospekti BFB-nın internet saytında yerləşdiriləcəkdir.