İDMAN
Bakının “Rəvan” komandası iki futbolçunu heyətindən kənarlaşdırmışdır
Bakı, 21 avqust (AZƏRTAC). Topaz Premyer Liqasının üçüncü turu çərçivəsində “Bakı”ya böyük hesabla (0:5) məğlub olan paytaxtın “Rəvan” komandasının baş məşqçisi Vladislav Qədirov klub rəhbərliyi ilə görüşmüşdür.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, rəhbərlik 42 yaşlı mütəxəssisin oyun və nəticə barədə hesabatını dinləmiş və uğursuzluq zolağından çıxmağın yolları müzakirə olunmuşdur.
V.Qədirov məşqlərdə və konkret “Bakı” ilə matçda gördüklərinə əsasən komandanın oyun üslubuna uyğun gəlmədiyinə, sürətli futbolla ayaqlaşa bilmədiyinə görə iki futbolçunu əsas komandadan uzaqlaşdırmışdır. Nodar Məmmədov və Bəxtiyar Soltanov ilə söhbət aparılmış və qarşılıqlı razılıq əsasında yolların ayrılması lazım bilinmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2024 [17:08]
Azərbaycanın akrobatika gimnastları dünya çempionatında finala yüksəliblər
- 19.09.2024 [16:28]
“Neftçi” Qara Qarayevin komandadan ayrıldığını açıqlayıb
- 19.09.2024 [15:53]