İDMAN
“Baku Fires” – “Leipzig Leopards” komandalarının heyətləri məlum olmuşdur
Bakı, 8 dekabr (AZƏRTAC). Dekabrın 10-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turunun matçında Azərbaycanın “Baku Fires” və Almaniyanın “Leipzig Leopards” komandaları qarşılaşacaq. Klublar hərəyə 9 xal toplayıb və “B” qrupunda ilk iki pilləni tuturlar.
Komandaların heyətləri artıq məlumdur: “Baku Fires” – “Leipzig Leopards”: 54 kq - Məhəmməd Əbdülhəmidov – Edqar Valt, 61 kq - Semyon Qrivaçyov – Eugen Burxard, 73 kq - Nikolay Veselov – Denis Radovan, 85 kq - Ramazan Məhəmmədov – Kennet İqan, 91 kq-dan yuxarı - Əbdülqədir Abdullayev – Kornelius Şıxan.
Qeyd edək ki, bu matçda Nikolay Veselov Baku Fires-ın heyətində birinci döyüşünü keçirəcək. Avro-2010-un bürünc mükafatçısının rəqibi gənclər arasında dünya çempionatının medalçısı Denis Radovan olacaq. Digər 4 boksçumuz artıq hərəyə bir döyüş keçirmiş və qələbə qazanmışlar.
“Leipzig Leopards”ın heyətində ən tanınmış boksçu Kennet İqandır. İrlandiyalı idmançı Pekin Olimpiadasında gümüş medal qazanmışdır.