“BakuBus” avtobuslarında tapılan əşyalar sahiblərinə təhvil verilib




Bakı, 10 dekabr, AZƏRTAC
“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 7 çanta, 5 pulqabı, 2 mobil telefon, 1 şəxsiyyət vəsiqəsi, pasport, açar və pencək noyabrda sahiblərinə təhvil verilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, noyabrda avtobuslarda tapılan 2 şəxsiyyət vəsiqəsi və tələbə bileti, 1 hərbi bilet sahiblərinə çatdırılması üçün “Poçtap” xidmətinə təqdim olunub.
Həmçinin 9 açar və çətir, 3 pulqabı, 4 müxtəlif kart, 3 çanta, 2 mobil telefon, 1 məxsus şəxsiyyət vəsiqəsi, 1 qovluq, diplom, qol saatı, 1 elektron siqaret, açarqabı, telefonqabı və eynək Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.
Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər.
Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları(itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olması barədə “www.alo141.az” saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir.
“BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.