Balakən məktəblisi: Gəzdiyim yerlərə yenidən gəlmək istərdim
Gəncə, 18 mart, Rauf Hacıyev, AZƏRTAC
Bu gün ekskursiyamızın sonuncu günü idi. Tur-aksiya elə maraqlı oldu ki, zamanın necə keçdiyini heç hiss etmədim. Amma bu müddətdə gördüklərimizə, öyrəndiklərimizə nəzər salanda aydın olur ki, qısa müddətdə çox dərin biliklərə yiyələnmişik. Gəncə şəhərində, Göygöl və Şəmkir rayonlarında olduq. Bu yerlərin hər birinin özünəməxsus özəlliyi var. Balakənə qayıdanda dostlarımla, sinif yoldaşlarımla bölüşə biləcəyim xeyli məlumat toplamışam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə ekskursiyanın iştirakçısı Elmira Göylərova söyləyib.
Balakən rayon Mahmalar kənd tam orta məktəbin 10-cu sinif şagirdi olan Elmira bildirib ki, səyahət zamanı tarixi və turizm məkanları ilə tanış olmaqla yanaşı, intellektual oyunlarda da iştirak edib. “Bu, həyatımın ən maraqlı səyahətlərdən biri idi. Ümid edirəm ki, bu yerlərə bir də gələcəyəm. Buralar çox xoşuma gəldi”, - deyə o bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:58]
Şəkidə taxıl biçininə start verilib
- 09.06.2026 [12:32]
Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [11:49]
Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:27]
“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb
- 09.06.2026 [10:38]