BALAKƏNDƏ DAHA BİR MƏKTƏB BİNASI TİKİLİR
Balakən rayonunda təhsil sisteminin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC- ın müxbirinə bildirmişlər ki, Mahamalar kəndində 480 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılmışdır. Müasir standartlara uyğun inşa edilən ikimərtəbəli yeni məktəb binasında 23 sinif otağı, habelə fənn kabinetləri, laboratoriya və kompyuter otaqları, iclas və idman zalları, yardımçı otaqlar yerləşəcəkdir. Bundan əlavə, məktəb binasında müasir tələblərə cavab verən istilik sistemi quraşdırılacaq, həyətində idman meydançası salınacaqdır.
Məktəbin tikintisini Ağcabədi rayonunda fəaliyyət göstərən “Birlik” firmasının inşaatçıları həyata keçirirlər. Məktəb binasının yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]