BALAKƏNDƏ XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİYİ İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Əlamətdar tarixi gün münasibətilə rayonun idarə və müəssisələrində, təhsil və mədəniyyət ocaqlarında Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əks etdirən sərgilər, guşələr yaradılmış, konfranslar, dəyirmi masalar keçirilmiş, idman yarışları təşkil edilmişdir.
Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə keçirilən toplantı iştirakçıları əvvəlcə ümummilli liderimizin adını daşıyan parka gələrək, ulu öndərin abidəsini ziyarət etmişlər.
Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən toplantıda icra hakimiyyətinin başçısı Asif Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi və fəaliyyəti ilə bağlı məruzə etmişdir.
Digər çıxış edənlər də Şərqdə ilk demokratik dövlət olan AXC-nin yaranması və fəaliyyətinin ən önəmli məqamlarına toxunmuşlar.
Sonda rayon ictimaiyyəti adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]