Barselonada keçirilən xüsusi əməliyyat zamanı 60-dan çox Gürcüstan vətəndaşı saxlanılıb
Tbilisi, 5 aprel, AZƏRTAC
Gürcüstanın və İspaniyanın hüquq mühafizə orqanlarının əməkdaşları aprelin 4-də Barselonada “Merlin-taka” şərti adı ilə genişmiqyaslı xüsusi əməliyyat keçiriblər. Əməliyyatda Gürcüstan DİN-in 250 əməkdaşı iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumatda bildirilir ki, əməliyyat nəticəsində müxtəlif ölkələrin 100-dən çox vətəndaşı saxlanılıb. Onlardan 66-sı Gürcüstan vətəndaşı olub.
Gürcülərin 41-i miqrasiya qaydalarını pozduğuna, 25-i isə oğurluq və müxtəlif cinayətkar qrupların tərkibində olduqları üçün saxlanılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]