Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Baş direktor: Azərbaycan yaşıl enerji zonalarının inkişafı imkanlarına görə liderdir – MÜSAHİBƏ

Baş direktor: Azərbaycan yaşıl enerji zonalarının inkişafı imkanlarına görə liderdir – MÜSAHİBƏ

Bakı, 11 noyabr, Tamilla Məmmədova, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkənin yaşıl enerjiyə keçidində, eləcə də bərpaolunan enerjinin inkişafı məqsədlərinə nail olunmasında mühüm rol oynayacaq. Şübhəsiz ki, bu beynəlxalq konfransda yaşıl enerjiyə qlobal keçidlə bağlı mühüm qərarlar qəbul ediləcək. Azərbaycan gələcəkdə ölkənin iqtisadi inkişafına dəstək olacaq yaşıl enerjinin Avropaya ixracı ilə bağlı layihənin həyata keçirilməsi üçün əhəmiyyətli tərəfdaşlar cəlb edə biləcək. Nəzərə alsaq ki, Azərbaycanın alternativ enerji mənbələri üçün çox böyük potensialı var, belə mühüm layihələrin həyata keçirilməsi istiqamətində beynəlxalq maliyyə kanallarının açılması yaşıl enerjinin yeni dövrünün başlanğıcı olacaq.

Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını Qlobal Bərpa Olunan Enerji Alyansının (GRA) baş direktoru Brüs Duqlas cavablandırır.

- COP29-un dünya üçün əhəmiyyətini necə qiymətləndirirsiniz? Bu tip konfranslar iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə necə töhfə verir?

- Mən Azərbaycan hökumətini COP29-da liderliyi, dəyərli gündəliyi və artıq mühüm yaşıl enerji layihələrini inkişaf etdirmələri münasibətilə təbrik edirəm. COP28 2030-cu ilə qədər bərpaolunan enerjini üç dəfə artırmaq, enerji səmərəliliyini iki dəfə artırmaq və qalıq yanacaqları aradan qaldırmaq üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) konsensusu ilə tarixə düşüb. Bir il sonra COP29, COP28-dən COP30-a əhəmiyyətli aralıq addım kimi enerji keçidində mühüm mərhələyə çevrilir. Bu cür konfranslar təkcə iqlim problemi ilə bağlı məlumatlılığı artırmaq üçün deyil, həm də müzakirələr, məlumat, təcrübə mübadiləsi və gələcək üçün konkret fəaliyyətlərin razılaşdırılması məqsədi ilə əsas maraqlı tərəfləri bir araya gətirmək üçün nəzərdə tutulub. COP29 bu trayektoriyaya “maliyyə COP” kimi uyğun gəlir. Maliyyə enerji keçidinin əsas “sürücüsüdür”. Avropa və Mərkəzi Asiya regionunun inkişaf etməkdə olan bazarları və iqtisadiyyatlarında (EMDE) bərpaolunan enerji təşəbbüsləri üçün maliyyə axınının təmin edilməsi Bakıda keçiriləcək bu konfransın əsas mövzusu olacaq. COP29 Sədrliyi iqlim maliyyəsi də daxil olmaqla diqqət mərkəzində olacaq əsas mövzuları əks etdirən gündəliyi təqdim edib.

- Sizcə, Azərbaycanda keçirilən BMT-nin COP29 iqlim konfransının əsas məqsədləri nədən ibarətdir və bu məqsədlərə nail olmaq üçün hansı prioritetlər önə çəkiləcək? Bu konfransdan gözləntiləriniz nədir?

- COP29-un əsas məqsədlərindən biri İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) təklifini müzakirə etmək olacaq. Bundan əlavə, COP29 Sədrliyinin fəaliyyət gündəliyinin irəliləyişində liderliyini, xüsusən də dünya üzrə şirkət və təşkilatların dəstəkləyə biləcəyi üç kritik enerji mövzusunu qeyd edərdim. Bu mövzulara enerjinin saxlanması və bərpaolunan enerji çevikliyini artırmaq üçün şəbəkələr, yaşıl məkanlar, dəhlizlər və yaşıl hidrogen üzrə qlobal hədəf daxildir. Qlobal liderlərin maliyyə, şəbəkələr və saxlama sahəsində bu qlobal məqsədləri dəstəkləməklə COP28-in uğurunu təkrarlamaq imkanı var. Bu, fəaliyyətə təkan verəcək və liderlik üçün qlobal yarış yaradacaq.

- Sizcə, qlobal səviyyədə yaşıl transformasiya mümkündürmü? Bu transformasiyanın perspektivlərini necə görürsünüz?

- Yaşıl keçid qlobal səviyyədə tamamilə mümkündür və biz bunu reallaşdırmaq üçün hər gün mübarizə aparırıq. Bununla belə, biz faktlarla üzləşməliyik: 2030-cu ilə qədər bərpaolunan enerjinin üç dəfə artırılması məqsədinə nail olmaq bizim üçün asan deyil. 2023-cü ildə gördüyümüz kimi, dünyanın hər yerindən maraqlı tərəflər bərpaolunan enerji potensialında rekord artımlar təmin etmək üçün yorulmadan çalışsalar da, ambisiyalarımız və hərəkətlərimiz arasında hələ də mühüm boşluq var.

- Bildiyiniz kimi, inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyi ilə mübarizə üçün inkişaf etmiş ölkələrin vəd etdiyi vəsaitin olmamasından narahatdır. Sizcə, COP29 bu yardımın yeni səviyyəsini müəyyən edə bilərmi?

- COP29 zamanı dünya liderlərinin 2030-cu ilə qədər bərpaolunan enerjini üç dəfə artırmaq üçün lazım olan 10 trilyon dollarlıq məcmu investisiyaya nail olmaq məqsədi ilə bərpaolunan enerjiyə investisiyaların maliyyələşdirilməsini müzakirə etmələri vacib olacaq. Bərpaolunan enerji mənbələrinin paylanmasına gəldikdə isə, EMDE ölkələrinə xüsusi diqqət yetirilməlidir.

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yaşıl enerji zonasına çevrilməsi imkanlarını necə qiymətləndirirsiniz?

- Azərbaycan və onun qonşu ölkələri yaşıl enerji zonalarının inkişafı istiqamətində unikal imkan qarşısındadır. Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarə edilməsində Yardım Proqramına” (ESMAP) əsasən, Azərbaycanda dəniz küləyinin texniki potensialı 157 GVt təşkil edir. Bunun 35 GVt-ı dənizdə sabit layihələr üçün, 122 GVt isə dəniz küləyi layihələri üçün uyğundur (dayazsulu hövzələrdə 35 GVt və dərinsulu hövzələrdə 122 GVt). Bu, böyük miqdarda quruda külək və günəş fotovoltaik potensialı ilə birləşərək, ölkəni yaşıl enerji zonasına çevirir və Yüksəkgərginlikli birbaşa cərəyan (HVDC) vasitəsilə digər bazarların enerji təchizatını təmin edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinə müraciət edib

İstanbulda Türkiyədə məskunlaşan həmvətənlərimizin qəbulu başlayıb

“Xaçmaz” ES-də 5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

“Xalq şairi Nəbi Xəzri -100” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

"Fənərbağça" Türkiyə Kubokunda iştirakdan imtina edib

Dünya birjalarında neft ucuzlaşıb

Misli Premyer Liqasında XVI tura iki oyunla start veriləcək

Fuat Oktay: Beynəlxalq parlament konfransında bütün siyasi partiyalarımızın təmsilçiləri iştirak edəcəklər

Beynəlxalq parlament konfransının iştirakçıları Şəhidlər xiyabanını və "Türk şəhidliyi”ni ziyarət ediblər

Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər

BMT: Köçkünlük milli-mədəni identikliyin pozulmasına səbəb olur

Üç ağac növündən biri nəsli kəsilmək təhlükəsi altındadır - TƏDQİQAT

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Londonda konsert keçirilib

Yuxuda ünsiyyət qurmaq mümkün olacaq - YENİ KƏŞF

Cənubi Koreya Prezidenti fövqəladə hərbi vəziyyətə görə xalqdan üzr istəyib

Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında azad ticarət sazişi imzalanıb

Sürixdə pilotsuz ictimai nəqliyyat sınaqdan keçiriləcək

İtaliya Yerin müşahidə peykini orbitə çıxarıb

İtaliyada 25 ildə 72 min yeraltı təkan qeydə alınıb

Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq seminarda təmsil olunub

Bundestaqda qadına şiddətə qarşı mübarizənin sərtləşdirilməsinə dair qanun layihəsi müzakirəyə çıxarılıb

İtaliya A Seriyası: "Atalanta" "Milan"a qalib gələrək liderliyə yüksəlib

Dövlət Məşğulluq Agentliyi 576 işsiz və işaxtaran şəxs üçün peşə kursları təşkil edib

Zaporojyeyə aviazərbə nəticəsində azı 9 nəfər həlak olub

Özbəkistanın Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasında görüş keçirilib

Superliqa: "Trabzonspor" xal itirib

Muzey Mərkəzində İsa Məmmədovun xatirəsinə həsr olunmuş sərgi açılıb

İtaliya A Seriyası: "İnter" doğma meydanda üç xala sevinib

Nazirlikdə peşə bayramı ilə əlaqədar tədbir keçirilib

4SİM-in nümayəndəsi: Regionlarda İT sahəsində fəaliyyət göstərən xanımlar mütləq müsabiqələrə müraciət etsinlər

Yalçın Rəfiyev Manama Dialoqu Forumunda iştirak edib

Ankarada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Laçın Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub

Mətbuat konfransında Putinə verilən sualları süni intellektlə emal olunacaq

Nigar Arpadarai: Qadınların ölkəmizdə hər bir sahədə irəli getməsi dövlət siyasətinin bir hissəsidir

Türkiyəli alim və jurnalist Aysel Sadak İltaşın Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kitabının təqdimatı olub

Naxçıvanda qarölçmə işlərinə başlanılıb

“Star” qəzeti: Afrika ölkələri Türkiyənin xeyrinə Fransa ilə əməkdaşlıqdan imtina edir

Qətərdə Astana formatı çərçivəsində xarici işlər nazirlərinin Suriya ilə bağlı görüşü keçiriləcək

Pedaqoji Universitetdə Erasmus+ layihəsi çərçivəsində yekun görüşlər keçirilib

AMEA-nın Kimya Elmləri Bölməsinin müəssisələri illik hesabatları təqdim ediblər

Naxçıvanda “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib

“Dualı Sultan köynəkləri” sərgisinin açılışı olub

Geoloq alimlər elmi işlərinin nəticələrini təqdim ediblər

Beynəlxalq parlament konfransının iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

Bu günümüzün əsas hədəflərindən biri Qərbi Azərbaycana qayıdışımızdır – ŞƏRH

Bakı-Sumqayıt ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq

Azərbaycanlıların qayıdış hüququna dair konfransın iştirakçıları Bakının görməli yerlərini ziyarət ediblər

TBMM-in nümayəndə heyəti Milli Məclisdə olub

Baş nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin komitə sədri ilə görüşüb

Təqdimat müsabiqəsinin final mərhələsi başa çatır

Avrozona iqtisadiyyatı üçüncü rübdə 0,4 faiz artıb

ADNSU-da Karyera Mərkəzi açılıb

“İqlim dəyişikliyi və gender əsaslı zorakılıq” mövzusunda məlumat sessiyası keçirilib

Budapeşt Avropa İttifaqının genişlənməsini dəstəkləyir

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 139-cu kitabı çapdan çıxıb

Ciorcia Meloni İtaliyanın Ukraynaya davamlı dəstəyini yeniləyib

Ankarada Türkiyə ilə Azərbaycan arasında idman sahəsində əlaqələrin dərinləşdirilməsi yolları müzakirə edilir

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 may tarixli 114 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® ABB səhmdarları ilk dəfə elektron qaydada səs verəcəklər

Parlamentdə ailə, qadın və uşaq hüquqları ilə bağlı müzakirələr aparılıb

® “PAŞA Holdinq”in dəstək göstərdiyi "Holberton School Azerbaijan” məktəbinin ikinci məzun günü keçirilib

“Real Madrid”in iki əsas futbolçusu zədəsini sağaldıb

® “Unibank” lotereya qaliblərinə hədiyyələri təqdim edib

Xalq yazıçısı Natiq Rəsulzadənin 75 illik yubileyi qeyd olunub VİDEO

ATƏT-in Katibliyinə və təsisatlarına yeni rəhbərlər təyin edilib

Daha beş məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

® “NEQSOL Holding”in COP29-da uğurlu iştirakı haqqında

Milli Məclisin komitə iclasında dörd məsələ müzakirə olunub

Moskvada Azərbaycan kəlağayısına həsr olunmuş tədbir keçirilib

“Neftçi” məşhur şirkətlə əməkdaşlığa başlayıb

Düşənbədə Şuşaya həsr olunmuş “Xarı Bülbül” sənədli filmi nümayiş etdirilib

Ölkəmizin müxtəlif regionlarından olan gənclərin Ordubada səfəri təşkil olunub

Bakıda beynəlxalq konfrans: Sen Martin adasının müstəqillik mübarizəsinə dəstək YENİLƏNİB

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni Prezidentini təbrik edib

“Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları”nın təsdiq edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlıların qayıdış hüququna həsr olunmuş konfransın iştirakçıları Zirə EKO Parkı ziyarət ediblər VİDEO

Azərbaycan MDB ölkələrinin Beynəlxalq Uşaq və Gənclər Kitab Forumunda təmsil olunur

İsrail Colan təpələrindəki hərbi bölmələrini gücləndirir

Avropa İttifaqı Şurasının Prezidenti Zati-aliləri cənab Antonio Koştaya

İcma sədri: Beynəlxalq konfransın iştirakçıları Qərbi Azərbaycan ərazisindəki mədəni irsimizlə də tanış olmalıdırlar

Azərbaycanda multikulturalizmin və dinlərarası harmoniyanın təşviqi dövlət siyasətinin prioritet istiqamətidir

Avropa Komissiyasının Prezidenti Zati-aliləri xanım Ursula fon der Lyayenə

Abbas Abbasov: Bütün real addımlar beynəlxalq hüquq çərçivəsində davam edəcək

Almandilli ölkələrin turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri təşkil edilib

Qlobal Fondun Azərbaycanda davamlı olaraq həyata keçirilən layihələri vərəmlə mübarizəyə böyük töhfədir

“Gənc bələdçi” layihəsi Şəki şəhərində davam edir

Paris Olimpiadasının finalçıları Milli Gimnastika Arenasında ustad dərsi keçiblər

Azərbaycan ultramarafonçusu dünya çempionatında iştirak edəcək

“Aqroservis”in rəhbəri Ağsuda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

YAP Gənclər Birliyinin iclası keçirilib

Fövqəladə hallar naziri Xaçmaz və Şabran sakinlərinin müraciətlərini dinləyib

III Avropa Konfransının iştirakçıları Qarabağdakı mina problemi barədə məlumatlandırılıb

Ekoloji hüquqpozmalarla bağlı təqdimat aidiyyəti vəzifəli şəxslərin iştirakı ilə müzakirə olunub

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Sen Martin hüquqşünası: Etiraz etmək bizim müstəmləkəçiliyə qarşı mübarizəmizin bir formasıdır

“MVM Group”un rəhbər heyəti Səngəçal terminalı ilə tanış olublar