Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş direktor: Gürcüstan-Azərbaycan tərəfdaşlığı Cənubi Qafqazın iqtisadi inkişafında lokomotiv rolunu oynayır – MÜSAHİBƏ

Baş direktor: Gürcüstan-Azərbaycan tərəfdaşlığı Cənubi Qafqazın iqtisadi inkişafında lokomotiv rolunu oynayır – MÜSAHİBƏ

Bakı, 21 aprel, Tamilla Məmmədova, AZƏRTAC

Ötən həftə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü baş tutub. Görüş zamanı tərəflər Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu bir daha təsdiqləyib, siyasi dialoqun dinamizmini və iki ölkə arasında strateji tərəfdaşlığı vurğulayıblar. Xüsusilə enerji və nəqliyyat sahələri də daxil olmaqla müxtəlif istiqamətlərdə həyata keçirilən birgə layihələrə diqqət yetirilib. Prezident İlham Əliyevin sözlərinə görə, bu layihələr təkcə Bakı və Tbilisi üçün deyil, həm də daha geniş regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev siyasi təmasların davamlı xarakter daşıdığını qeyd edərək bildirib ki, iki ölkə arasında dialoq müntəzəm şəkildə aparılır və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq mövcuddur.

AZƏRTAC iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq ilə bağlı Gürcüstanın Ticarət və Sənaye Palatasının baş direktoru, səfir David Aptsiauri ilə müsahibəni təqdim edir.

- Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Bakıya səfərinin iqtisadi əhəmiyyətini necə qiymətləndirirsiniz? Bu səfər ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın dərinləşməsinə dair real niyyəti nə dərəcədə əks etdirdi?

- İlk növbədə vurğulamaq lazımdır ki, iqtisadi amil Gürcüstan ilə Azərbaycan arasında strateji əməkdaşlığın əsas komponentlərindən biri olub və qalmaqda davam edir. Bu məsələ yüksək səviyyəli bütün görüşlərdə xüsusi yer tutur. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakıya son səfəri də istisna olmadı. Azərbaycan Prezidenti İlham Əliyev və digər yüksəkvəzifəli rəsmlərlə keçirilən görüşlərdə iqtisadi gündəlik əsas mövzulardan biri oldu. Bu isə tamamilə məntiqlidir. Çünki ikitərəfli əməkdaşlığımızın əhəmiyyəti artıq regional çərçivələri çoxdan aşıb və qlobal rezonans doğurur. Konkret danışsaq, iqtisadi əlaqələrimizin inkişafında müsbət dinamika açıq-aşkar hiss olunur. 2024-cü ildə qarşılıqlı ticarət dövriyyəsi əvvəlki illə müqayisədə təxminən 15 faiz artıb. Biz energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, ticarət və digər sahələrdə fəal əməkdaşlıq edirik. Azərbaycan, həm ticarət dövriyyəsinin həcminə, həm də investisiya fəallığına görə, Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri olmağa davam edir. Bu səfər təkcə əldə olunmuş nəticələri təsdiqləməklə kifayətlənmədi, həm də strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində mühüm istiqamətləri müəyyənləşdirdi.

- Orta Dəhlizin rolunu nəzərə alaraq Poti və Anakliya limanlarının real potensialı nədən ibarətdir? Mövcud geosiyasi çağırışlar fonunda Bakı–Tbilisi–Qars nəqliyyat xəttinin dayanıqlılığını necə qiymətləndirirsiniz?

- Poti və Anakliya limanlarının potensialı, həqiqətən də, çox böyükdür. Qlobal qeyri-sabitlik və sanksiya təzyiqləri şəraitində belə nəqliyyat marşrutları strateji əhəmiyyət kəsb edir. Bu limanlar bütün Cənubi Qafqaz üçün Avropaya açılan əsl qapılardır. Onların inkişafı, modernləşdirilməsi və Orta Dəhlizin nəqliyyat arxitekturasına inteqrasiyası əsas əhəmiyyət daşıyır. Xüsusilə də, Çinin Avropaya yüklərin quru yolu ilə, ənənəvi marşrutları keçməklə daşınmasına artan marağını nəzərə aldıqda, bu vacibdir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə gəldikdə isə, bu, olduqca uzaqgörən və vaxtında verilmiş bir qərar idi. Bu dəhliz təkcə logistik baxımdan səmərəli deyil, eyni zamanda mürəkkəb geosiyasi şəraitdə təhlükəsiz marşrut kimi də önə çıxır. Biz yük axınının ardıcıl olaraq artdığını müşahidə edirik və gələcəkdə bu marşrutun daha da böyük rol oynayacağı gözlənilir.

- Orta Dəhliz çərçivəsində yeni multimodal marşrutların hansı perspektivlərini görürsünüz? Gürcüstan və Azərbaycan bu marşrutların inkişafına necə töhfə verə bilər?

- Multimodal daşımalar sadəcə bir tendensiya deyil, bu artıq zərurətdir. Müasir şəraitdə dəmir yolu, dəniz və avtomobil nəqliyyatını birləşdirə bilən çevik sistem olmadan ciddi tranzit həcmlərindən danışmaq mümkün deyil. Orta Dəhlizin genişmiqyaslı modernizasiyaya ehtiyacı var – Xəzər dənizindəki liman infrastrukturundan tutmuş kadr hazırlığına qədər. Bizə müasir gəmilər, bərələr, logistika sistemləri və yeni idarəetmə standartları lazımdır. Xüsusi diqqət Xəzər dənizinə yetirilməlidir. Nəqliyyat vasitələrinin sayını artırmadan və idarəetməni təkmilləşdirmədən daşımaların həcmini ciddi şəkildə artırmaq çətin olacaq. Peşəkar kadr hazırlığına investisiya qoymaq da çox vacibdir. Çünki müasir və savadlı menecerlər olmadan ən mükəmməl texnika belə səmərəli işləyə bilməz.

- Ölkələrimiz arasında investisiya iqlimini necə xarakterizə edərdiniz?

- Gürcüstan və Azərbaycan arasında investisiya iqlimi kifayət qədər əlverişlidir. Hər iki ölkə biznes üçün yaxşı şərait yaradıb və bu, həm beynəlxalq reytinqlərdə, həm də real təcrübələrdə öz əksini tapır. Dövlətlər xarici investisiyaları dəstəkləyir, sabit iqtisadi baza mövcuddur. Bununla yanaşı, geosiyasi qeyri-sabitlik və qlobal bazarlardakı dalğalanmalarla bağlı xarici risklər mövcuddur. Lakin ümumilikdə, biz xarici tərəfdaşlarla müsbət işgüzar əməkdaşlıq təcrübəsinə malikik.

- Sizin fikrinizcə, ölkələrimiz arasında investisiya üçün ən perspektivli sahələr hansılardır?

- Artım üçün ehtiyatlar, doğrudan da, çox böyükdür. Məlumdur ki, hazırda ticarətin əhəmiyyətli hissəsi xammal məhsullarının payına düşür. Bu, müəyyən mənada normaldır, lakin artıq ixrac strukturunun şaxələndirilməsi və təkmilləşdirilməsi barədə düşünməyin vaxtıdır. Növbəti mərhələ – ən son texnologiyalar əsasında istehsal olunan məhsulların ticarətinin inkişafıdır. Biz Avropaya ixraca yönəlmiş birgə müəssisələr yarada bilərik. Bu, aqrobiznes, qida sənayesi, yüngül sənaye sahələri ola bilər. Bu kontekstdə Türkiyənin və digər ölkələrin təcrübəsi də çox maraqlı ola bilər. Nə üçün üçtərəfli əməkdaşlıq formatı qurulmasın?

Bundan əlavə, artıq növbəti mərhələyə keçmək lazımdır – texnoparklar, startap-inkubatorlar, rəqəmsal platformalar. Niyə də Çin, Hindistan və digər innovasiya liderlərinin təcrübəsindən yararlanaraq birgə texnopark yaratmağı düşünməyək?

- Siz birgə istehsal sahələrinin yaradılması ideyasına toxundunuz. Sizin fikrinizcə, hazırda hansı istiqamətlər daha aktualdır?

- Mən əminəm ki, əməkdaşlığın yeni mərhələsinə keçməyin vaxtıdır. Bu da sənaye sahəsində layihələrin reallaşdırılmasıdır. Çünki xidmət sektoru artıq kifayət qədər yüklənib. Layihələrə daha çox gənc nəsli – mühəndisləri, biznesmenləri, menecerləri – cəlb etmək lazımdır. Onlar artıq süni intellekt, blokçeyn, avtomatlaşdırma terminləri ilə düşünürlər. Yalnız bu yolla Gürcüstan və Azərbaycanın iqtisadiyyatını XXI əsrdə rəqabətədavamlı edə bilərik.

- Gürcüstan-Azərbaycan tərəfdaşlığı Cənubi Qafqazın iqtisadi inkişafında lokomotiv rolunu oynaya bilərmi?

- Təkcə oynaya bilər yox, artıq bu rolu oynayır. Ölkələrimiz arasında sabitlik və əməkdaşlıq olmadan bütün regionun inkişafından danışmaq mümkün deyil. Gürcüstan və Azərbaycan təkcə Şərqlə Qərb arasında coğrafi körpü deyil. Bu, həm də göstərir ki, milli maraqların və beynəlxalq tərəfdaşlığın balansına əsaslanan düşünülmüş siyasət konkret nəticələr verə bilər. Biz tranzit və sənaye potensialımızı reallaşdırıb, həm də Mərkəzi Asiya, Yaxın Şərq, Çin və Avropa üçün əsl iqtisadi cazibə mərkəzinə çevrilə bilərik. Əsas məsələ odur ki, biz yüksəksəviyyəli görüşləri davam etdirməklə yanaşı, eyni zamanda əməkdaşlığa daha fəal şəkildə ekspertləri, sahibkarları, müasir sahibkarlıq düşüncəsinə malik gənc mütəxəssisləri də cəlb edək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“ASAN xidmət” brendi Madriddə diqqət mərkəzində

DDLA dənizçilərin hazırlığının milli və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində islahatlar həyata keçirir

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

“Caspian Agro” sərgisinin xarici qonaqları Ulu Öndərin məzarını, Şəhidlər Xiyabanını və Zəfər parkını ziyarət ediblər

Dövlət qeydiyyatına alınan qiymətli kağızların dəyəri açıqlanıb

Neft-qaz sektorunda ÜDM istehsalı azalıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Əhalinin banklardakı əmanətlərinin 67 faizi milli valyutadadır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

“Real Madrid” İspaniya millisinin futbolçusu ilə anlaşıb

Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 14 milyard kubmetrədək təbii qaz ixrac edilib

ÜTT: ABŞ-ın tarif siyasəti dünya ticarət sistemini təhdid altında qoyur

Şotlandiyanın ən gənc üçqat şahmat çempionu: Harada yaşamağımdan asılı olmayaraq, uğurlarımda və düşüncə tərzimdə Azərbaycan həmişə mənimlədir - MÜSAHİBƏ

Bu il Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb

Hakan Fidan İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının uğurlu olacağına ümid edir

Qarabağ Universitetində ATİAHİ Respublika Komitəsinin üzv təşkilatı təsis edilib

Dörd yüz on ailəyə evdə sosial-məişət xidməti göstərilir

® Hər kəs üçün bərabər bankçılıq: “AccessBank”dan yeni inklüziv təşəbbüs

İtaliyada tarixdə ilk dəfə yelkənli qayıq üzrə “Amerika kuboku” keçiriləcək

Stolüstü tennis üzrə komanda yarışlarında qalib və mükafatçılar məlum olub

İran uranın zənginləşdirilməsini məhdudlaşdırmaq üçün şərtini açıqlayıb

Qlobal istiləşmə: Denge qızdırması və çikungunya Avropada endemik hal ala bilər

Mərkəzi Bank Qətərin Maliyyə Bazarları üzrə Nəzarət Qurumu ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək

AZIR-in hesablanması və açıqlanması üzrə yeni qaydalar təsdiq olunub

Mən turist olsaydım - Duzdağ Müalicə Mərkəzinə qısa səyahət VİDEO

Mən turist olsaydım - Duzdağ Müalicə Mərkəzinə qısa səyahət VİDEO

Azərbaycan İlahiyyat İnstitutunda “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda tədbir keçirilib

İlqar Abdullayev küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Şəxsin cərrahi əməliyyat zamanı ölməsi faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib

“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakıda liftdə qalan beş nəfər xilas edilib

Mən turist olsaydım – Şanlı tarixi yaşadan Zəfər parkı VİDEO

Mən turist olsaydım – Şanlı tarixi yaşadan Zəfər parkı VİDEO

Braziliya biomlarında meşələrin qırılması tempi son altı ildə ilk dəfə azalıb

Azərbaycan IOTA İcraiyyə Şurasının 153-cü iclasında təmsil olunub

Meksikada ağır yol qəzası nəticəsində 21 nəfər ölüb

Bu gün Türkiyə yenə dünya diplomatiyasının mərkəzindədir

Şərqşünas alimlər Kiyevdə keçirilən beynəlxalq konfransda məruzə ediblər

Tarix Muzeyində “Mirzə Qədim İrəvani: dövrü, mühiti və yaradıcılığı ” mövzusunda dəyirmi masa keçirilib

Antalyada NATO ölkələri XİN başçılarının qeyri-rəsmi görüşünün əsas hissəsi başlayıb

Natiq Məmmədli: Milli mətbuatımızın 150 illik tarixi həm də gələcəyi düşünmək üçün mühüm informasiya bazası yaradır

Mən turist olsaydım – suların sükutunda “mirvari” yolçuluq VİDEO

Mən turist olsaydım – suların sükutunda “mirvari” yolçuluq VİDEO

Dövlət Komitəsinin sədr müavini: Müharibədən zərər çəkmiş 300-dən çox ailə və 600-dan çox uşaq psixo-sosial qiymətləndirilmədən keçirilib

ATU-da Ümummilli Lider Heydər Əliyevə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib

Agentlik: Qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir

"Qarabağ" “Beşiktaş”ın sabiq futbolçusu ilə maraqlanır

Rusiyanı Kazan şəhərində İƏT-in Beynəlxalq Gənc Sahibkarlar Forumu keçirilir

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Deputat: Mətbuat reallıqlara əsaslanaraq, fəaliyyətini milli və dövlət maraqları çərçivəsində qurmalıdır

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 191-VIIQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə

Ədliyyə nazirinin müavini Milli Biznesin İnkişafı Forumunda çıxış edib

® “Coca-Cola Azərbaycan”ın “Coca-Cola Paylaş” kampaniyası geri qayıdır!

Bərdədə bazarda nöqsanlar aşkarlanıb

Çempion komandanın basketbolçusu: Ötən illərlə müqayisədə heyətimiz bu il daha güclü idi – MÜSAHİBƏ

Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materiallar hazırlanır

İqlim böhranı Türkiyənin ərzaq təhlükəsizliyini təhdid edir

“ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində növbəti görüş olub

AMEA “Springer Nature” nəşriyyatı ilə əməkdaşlıq əlaqələri qurur

Latviyanın kənd təsərrüfatı naziri: AQTİ-də çox yüksəksəviyyəli müasir laboratoriyalar gördüm

Prokurorluq orqanları tərəfindən vətəndaşların əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə davam edir

Mirşahin Ağayev: Media sadəcə informasiya vasitəsi deyil, eyni zamanda təfəkkür məsələsidir

Rəşad Məcid: “Əkinçi” qəzetinin fəaliyyətə başlaması həmin dövr üçün böyük fədakarlıq idi

Gəmiçilik sənayesi də iqlim hesabatlılığı prosesinə cəlb olunur

Bu il qatarla daşınan sərnişinlərin sayı 16 faiz artıb

Rövşən Məmmədov: Vətəndaşlarımızın aldığı informasiyanın keyfiyyəti, onun düzgünlüyü və etibarlılığı daha böyük əhəmiyyət kəsb edir

AMEA ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Maqsud Adıgözəlov: Çempionluğu əldə etmək heç də asan olmadı

DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

Tələbələrin nəzərinə: Bakıda “EducationUSA” məzun sərgisi keçiriləcək

Baş prokurorun müavini: 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir

Şəxsiyyətləri müəyyənləşdirilən daha beş itkin şəhid dəfn olunacaq

Almaniyada qaçqın sığınacaqlarına qarşı siyasi motivli cinayətlərin sayı artıb

Üsküdar Universitetinin rektoru: BDU ilə əməkdaşlıq çərçivəsində yeni layihələr hədəfləyirik VİDEO

Üsküdar Universitetinin rektoru: BDU ilə əməkdaşlıq çərçivəsində yeni layihələr hədəfləyirik VİDEO

Yeddi ölkə 2025 MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

UNICEF: Ən varlı ölkələrdə təqribən 8 milyon yeniyetmə funksional savadsızdır

Rektor: Vətən müharibəsi zamanı Azərbaycan mediası misilsiz qəhrəmanlıq nümayiş etdirdi VİDEO

Rektor: Vətən müharibəsi zamanı Azərbaycan mediası misilsiz qəhrəmanlıq nümayiş etdirdi VİDEO

Azərbaycanın turizm imkanları Qazaxıstanda təbliğ edilib

DİN: Bank kartının məlumatlarını heç kəslə paylaşmayın!

Azərbaycan ailəsi ona görə müqəddəsdir ki, millətimiz üçün qəhrəmanlar yetişdirib – Mehriban Vəliyeva

NBA: "Minnesota" yarımfinala yüksəlib, “Boston Seltiks” seriyanı uzadıb

Bakıda “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilir

Dünya birjalarında neft yenidən ucuzlaşıb

Dünya bazarında qızıl 56 dollar ucuzlaşıb

İsveçin Latviyadakı NATO kontingenti ekoloji və sanitar problemlərlə üzləşib

Prezident İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

Albaniya Respublikasının Baş naziri Zati-aliləri cənab Edi Ramaya

Aydın Qəhrəmanovun həmmüəllif olduğu “İdman zədələri: profilaktika, diaqnostika, müalicə və reabilitasiya” kitabı çap edilib

12 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Dövlət Komitəsinin sədr müavini: İnformasiya sivilizasiyası ilə sosial şəbəkələr fenomeninin cəmiyyətə təsiri nəticəsində ailələr çətinliklərlə üzləşiblər - MÜSAHİBƏ

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Şahdağa qar yağıb, Şahbuza dolu düşüb – FAKTİKİ HAVA

“Azeri Light” markalı neft bahalaşıb

Bu gün Xalq artisti Rauf Hacıyevin anadan olmasından 103 il ötür