Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş direktorun müavini: Azərbaycanda bu il 7, gələn il 15 etalon laboratoriyanın qurulması planlaşdırılır - MÜSAHİBƏ

Baş direktorun müavini: Azərbaycanda bu il 7, gələn il 15 etalon laboratoriyanın qurulması planlaşdırılır - MÜSAHİBƏ

Bakı, 7 fevral, AZƏRTAC

Metrologiya keyfiyyətin və təhlükəsizliyin əsas amillərindəndir. Müasir dövrdə metrologiyanın insan fəaliyyətinin bütün sahələrində, eləcə də dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdır. Metrologiya ölkədə ölçmə, standartlaşdırma, nəzarət və keyfiyyət sisteminin infrastrukturunu yaradaraq keyfiyyətin təmin edilməsi üçün məhsulun xüsusiyyətlərinin müəyyənləşdirilməsini və keyfiyyətə nəzarət üçün hərtərəfli sistemin formalaşmasını təmin edir.

Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktorunun müavini Azər Qurbanov institutun fəaliyyət istiqamətləri, xidmət sahələri, kadr potensialı, ölçmə və kalibrlənmə imkanları, o cümlədən yeni yaradılan etalon laboratoriyaları barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

- Azərbaycan Metrologiya İnstitutunun tərkibində fəaliyyət göstərən laboratoriyalar və onların ölçmə imkanları barədə məlumat verərdiniz...

- Azərbaycan Metrologiya İnstitutunda ölçmə vasitələrinin kalibrlənməsi, yoxlanılması və sınaq işlərinin aparılması üçün müasir avadanlıqlarla təchiz olunmuş 17 laboratoriya və 5 regional ərazi idarəsi mövcuddur. İnstitut dövlət kəmiyyət vahidləri etalonları vasitəsilə kəmiyyət vahidlərinin əldə olunmasını, saxlanılmasını, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edir. Həmçinin AzMİ-də ölçmələrin vəhdətinin təmin edilməsi həyata keçirilir. Hazırda institutda kütlə, təzyiq, sıxlıq və özlülük, temperatur, elektrik, vaxt və tezlik, ionlaşdırıcı şüalanma, həmçinin 2024-cü ildə yeni yaradılmış həcm, müqavimət, paylanma parametrləri və radiotezlik gücü, eyni zamanda tibb sahəsini əhatə edən ölçmələr üzrə etalon laboratoriyaları fəaliyyət göstərir.

Bundan əlavə, AzMİ-nin ölkə üzrə iqtisadi subyektlərə kütlə, mexaniki və həndəsi, elektrik və radiotexniki, fiziki-kimyəvi və optiki fizika, temperatur, təzyiq, sərf və həcm, radioaktivlik ölçmələri üzrə metroloji xidmət göstərən laboratoriyaları mövcuddur. Məlumat üçün bildirim ki, 2024-cü ildən başlayaraq məişət və sənaye tipli qaz və elektrik sayğaclarının ilkin və dövri yoxlanılması, o cümlədən sayğaclara edilən kənar müdaxilə hallarının müəyyən edilməsi və təmiri ilə bağlı işlər AzMİ-nin tabeliyində olan “Kommunal Laboratoriyalar” MMC tərəfindən həyata keçirilir.

Azərbaycan Metrologiya İnstitutunun etalon laboratoriyalarında saxlanılan və tətbiq edilən kəmiyyət vahidləri dövlət etalonlarının geniş müstəvidə tanınması üçün mütəmadi olaraq beynəlxalq tutuşdurmalarda iştirak edilir. Əldə edilən müsbət nəticələrə əsasən, institutun etalon laboratoriyalarının kalibrlənmə və ölçmə imkanları (Calibration and Measurement Capabilities – CMC) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) Əsas tutuşdurmaların məlumat bazasında (KCDB) dərc edilib. Hazırda Azərbaycan Metrologiya İnstitutuna aid CMC-lərin ümumi sayı 35-dir. Buraya 24 temperatur, 1 mayelərin kinematik özlülüyü, 1 mayelərin sıxlığı, 6 kütlə və 3 ionlaşdırıcı şüalanma üzrə CMC daxildir.

Qeyd edim ki, CMC-lərin dərc edilməsi institutumuzun beynəlxalq miqyasda texniki qabiliyyətlərini nümayiş etdirir və digər ölkələrin milli metrologiya qurumları ilə etibarlı əməkdaşlığa imkan yaradır. Həmçinin ölçmə xidmətlərinin etibarlı və yüksək dəqiqlikdə olduğuna dəlalət edərək sahibkarlar və tərəfdaşlar arasında inamı artırır. Bundan əlavə, CMC-lər beynəlxalq standartlara və normativ tələblərə uyğun fəaliyyətin göstəricisidir. Bu da akkreditasiya və sertifikatlaşdırma kimi proseslərdə mühüm əhəmiyyətə malikdir. Onu da qeyd edim ki, hazırda CMC-lərin artırılması istiqamətində işlər davam etdirilir.

Azərbaycan Metrologiya İnstitutu ölkəmizi metrologiya sahəsi üzrə beynəlxalq və regional təşkilatlarda da təmsil edir. Belə ki, AzMİ “Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Sazişin (Mutual Recognition Arrangement of the International Committee of Weights and Measures - CIPM MRA) iştirakçısıdır.

Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) “Keyfiyyət Forumu”nun Texniki Komitəsi tərəfindən 2023-cü ildə Azərbaycan Metrologiya İnstitutunun tabeliyində olan etalon laboratoriyaların ISO/IEC 17025 beynəlxalq standartının tələblərinə uyğunluğu qiymətləndirilib. Bu qiymətləndirməyə əsasən, AzMİ-yə 5 il müddətinə tanınma haqqında şəhadətnamə təqdim edilib. Bu təsdiqedici sənəd institutumuz tərəfindən verilən kalibrlənmə sertifikatlarının beynəlxalq miqyasda tanınmasına, müəssisələrdə aparılan ölçmələrin nəticələrinin dəqiqlik və etibarlılığına, regional və beynəlxalq səviyyədə müsbət rəyin formalaşmasına, o cümlədən ticarət zamanı texniki maneələrin aradan qaldırılmasına şərait yaradır.

Məlumat üçün bildirim ki, AzMİ-nin tabeliyindəki laboratoriyalar AZS ISO/IEC 17020, AZS ISO/IEC 17025 standartları üzrə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilib. Eyni zamanda, AZS ISO 9001, AZS ISO 14001, AZS ISO 45001 standartları üzrə sertifikatlaşdırmadan keçib. 2025-ci ildə fəaliyyət istiqamətlərinin genişləndirilməsi və təkmilləşdirilməsi məqsədilə AzMİ-də ISO 17034 və ISO/IEC 17043 standartlarının tətbiqi nəzərdə tutulur.

- Milli etalon bazasının genişləndirilməsi, yeni etalon laboratoriyalarının yaradılması və mövcud laboratoriyaların təkmilləşdirilməsi üzrə işlər hansı mərhələdədir?

- Son illərdə dövlət tərəfindən metrologiya sahəsinin inkişafına xüsusi diqqət yetirilir və bu sahədə ardıcıl islahatlar həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına uyğun olaraq “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsində yeni ölçmə imkanlarının artırılması məqsədilə zəruri hesab edilən sahələr üzrə təhlillər aparılıb. Bunun nəticəsində səhiyyə, inşaat, nəqliyyat, istehsal və digər sahələrdə ölçmələrin dəqiqliyinin təmin edilməsi üçün AzMİ-nin tabeliyində 20 yeni laboratoriyanın yaradılması və mövcud 7 laboratoriyanın təkmilləşdirilməsinə başlanılıb. AzMİ ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) arasında imzalanmış müqaviləyə əsasən, ilkin olaraq 12 etalon laboratoriyasının qurulması həyata keçirilməkdədir. Belə ki, 2024-cü il 15 noyabr tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, TÜBİTAK UME, həmçinin BIPM və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın (OIML) rəhbər heyətinin iştirakı ilə ölkəmizdə ölçmə və kalibrlənmə imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində həcm, müqavimət, vaxt və tezlik, paylanma parametrləri, radiotezlik gücü və tibb sahəsini əhatə edən ölçmələr üzrə 5 yeni etalon laboratoriyasının açılışı olub.

- Bu laboratoriyaların önəmi nədən ibarətdir? Laboratoriyalarda hansı sahələr üzrə yoxlanılma və kalibrlənmə həyata keçirilir?

- Yeni laboratoriyalardan həcm ölçmələri laboratoriyasında mayelərlə işləyərkən potensial xətanı azaltmaq, tibb ölçmələri laboratoriyasında sahə üzrə dəqiq ölçmələri həyata keçirmək, vaxt və tezlik ölçmələri laboratoriyasında milli vaxt kəmiyyət vahidi etalonu sayəsində zamanı sinxronlaşdırmaq mümkün olacaq. Həmçinin paylanma parametrləri və radiotezlik gücünün ölçmələri laboratoriyasında aviasiya və rabitə sistemlərinin, müqavimət ölçmələri laboratoriyasında isə energetika sahəsində istifadə olunan yüksək dəqiqlikli müqavimət ölçü cihazlarının yoxlanılması və kalibrlənməsi həyata keçirilməkdədir.

Bundan əlavə, 2025-ci ilin birinci yarımilliyi ərzində 7 laboratoriyanın qurulması, növbəti ildə digər 15 laboratoriyanın, həmçinin üzvi və qeyri-üzvi kimya, yüksək gərginlik, güc və enerji, akustik, kontakt termometriya, fırlanma momenti, kalorimetriya, qaz qarışıqları ölçmələri üzrə yeni laboratoriyaların yaradılması, kütlə, təzyiq, gərginlik və cərəyan, temperatur laboratoriyalarının isə təkmilləşdirilməsi planlaşdırılır. Sözügedən laboratoriyaların yaradılması ilə əlaqədar olaraq ötən il AzMİ əməkdaşlarının TÜBİTAK UME-də uzun və qısamüddətli nəzəri və praktiki təlimlərdə iştirakı təmin edilib.

Qeyd etmək istəyirəm ki, ölkədə ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi prosesi müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Xüsusilə bu proseslər “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları çərçivəsində həyata keçirilir. Bu Qanun insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, eləcə də dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan ölçmələrin obyektiv, etibarlı və müqayisəli nəticələrinin əldə olunmasını təmin etmək məqsədini daşıyır. Bununla yanaşı qanun ölçmələrin qeyri-dəqiq nəticələrinin yaratdığı mənfi təsirlərin qarşısının alınması, cəmiyyətin və dövlətin bu sahədəki tələblərinin yerinə yetirilməsi üçün də mühüm əhəmiyyət kəsb edir.

Ölçmələrin vəhdətinin təmin edilməsi məqsədilə dövlətin tənzimləyici tədbirləri, qanunun 2.2-ci bəndində göstərilən sahələrdə həyata keçirilən ölçmələrə tətbiq edilir. Bu tənzimləmə ölkə daxilində ölçmə vasitələrinin etibarlılığını və dəqiqliyini təmin etmək üçün vacibdir. Ölkəmizdə əvvəllər yüksək dəqiqliyə malik ölçmələrin həyata keçirilməsi üçün kifayət qədər etalon laboratoriyalar olmadığından, ölçmə cihazlarının yoxlanılması və kalibrlənməsi üçün xarici ölkələrdəki müvafiq laboratoriyalara müraciət edilirdi. Bu da öz növbəsində, metroloji xidmətlər üzrə vaxt itkisinə və əlavə xərclərə səbəb olurdu. Ancaq hazırda AzMİ-də yeni yaradılan laboratoriyalar qeyd olunan çətinlikləri aradan qaldırır. Bu proses, həmçinin ölçmə vasitələrinin müvafiq dövlət tələblərinə uyğunluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İnstitutun tabeliyindəki laboratoriyalar həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yüksək keyfiyyətli metroloji xidmətlərin göstərilməsi üçün peşəkar kadrlara və müasir avadanlıqlara malikdir.

Ölkə iqtisadiyyatının müxtəlif sahələrində modern və dəqiqlik sinfi yüksək olan ölçmə vasitələrinin və avadanlıqların istismarı, o cümlədən müasir cihazların ölkəyə gətirilməsi istiqamətində işlər davam etdirilir. Bu gün səhiyyə, ticarət, ekologiya, qida məhsullarının emalı, enerji ehtiyatlarının qorunması, neft və qaz, nanotexnologiya, biotexnologiya və digər müvafiq sahələrdə dəqiqliyin və ölçmə diapazonunun artırılması istiqamətində yeni tələblər irəli sürülür.

AzMİ-də yeni etalon laboratoriyalarının yaradılması xüsusi əhəmiyyət kəsb edir. İnstitut metroloji xidmət göstərərkən, ölçmə vasitəsinin yoxlanılması və kalibrlənməsini həyata keçirərkən Beynəlxalq Vahidlər Sisteminə (SI) uyğun metroloji izlənilməni təmin edir.

- Laboratoriyaların əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində hansı işlər görülür?

- AzMİ metrologiya sahəsi üzrə təlim-tədris işlərinin təşkili üçün AZS ISO/IEC 17024 “Uyğunluğun qiymətləndirilməsi. Pesonalın sertifikatlaşdırmasını həyata keçirən orqanlar üçün ümumi tələblər” standartının tələblərinə dair akkreditasiyadan keçib. İnstitut əməkdaşlarının fəaliyyət göstərdikləri sahələr üzrə bilik və bacarıqlarının artırılması istiqamətində mütəmadi təlimlər keçirilir. Sözügedən təlimlərdən ölkəmizdə metrologiya üzrə çalışan digər şəxslər də faydalana bilərlər.

Həmçinin əməkdaşlarımızın iş təcrübəsinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə metrologiya sahəsi üzrə BIPM, COOMET, TÜBİTAK UME kimi beynəlxalq və regional təşkilatlar tərəfindən təşkil olunan təlim, seminar və iclaslarda mütəmadi iştirakı təmin edilir. Bundan əlavə, “AzMİ Akademiya” layihəsi çərçivəsində 2024-cü ildə 43 təlim təşkil olunub. Əminliklə deyə bilərəm ki, hazırda institut metroloji xidmət sahəsində yüksəksəviyyəli kadr potensialına malikdir.

- “AzMİ Akademiya” layihəsinin əhəmiyyəti nədən ibarətdir? Bu layihə çərçivəsində hansı işlər görülüb və gələcəkdə hansı işlərin görülməsi planlaşdırılır?

- İlk öncə qeyd edim ki, “AzMİ Akademiya” Azərbaycan Metrologiya İnstitutu ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında imzalanan razılaşmaya əsasən yaradılıb. Layihə çərçivəsində metrologiya sahəsində fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılmasına yönələn təlimlər, o cümlədən ADNSU-da bakalavr, magistratura və doktorantura/dissertantura pilləsində təhsilalanlar üçün nəzəri və praktiki tədbirlər təşkil edilir. Belə ki, ötən il ərzində AzMİ-nin etalon laboratoriyalarına təşkil edilən infoturlar zamanı ADNSU tələbələri mövcud laboratoriyalar və burada görülən işlərlə əyani tanış olublar. Gələcəkdə bu layihəyə metrologiya sahəsi ilə əlaqəli digər təhsil müəssisələrinin cəlb edilməsi nəzərdə tutulub. “AzMİ Akademiya” layihəsi çərçivəsində dövlət və özəl sektora məxsus laboratoriyalarda çalışan şəxslərin metrologiya sahəsində bilik və bacarıqlarının artırılmasına yönələn tədbirlərin keçirilməsi, ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində metrologiya ixtisası üzrə təhsil alan və işləyən kadrlarla birlikdə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Ümumiyyətlə, “AzMİ Akademiya”nın yaradılması ölkəmizdə müvafiq sahə üzrə yeni əlaqələrin qurulmasına, mövcud əlaqələrin yeni müstəvidə inkişafına, metroloji infrastrukturun təkmilləşdirilməsinə müsbət təsir göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır

Almaniya İnkişaf Bankı Misirin təmiz enerji layihələrinə növbəti maliyyə yardımı ayırır

Rustem Umerov: Ər-Riyada Ukrayna və Amerika nümayəndə heyəti arasında görüş konstruktiv keçib

Yuxunun müddəti, yoxsa keyfiyyəti daha vacibdir?

Gələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb

Londondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Qazaxıstana məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

ABŞ Yəmənin paytaxtında husilərin silah anbarlarına zərbələr endirib

İsveçrənin paytaxtında Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Netanyahu və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Zelenski: Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü texniki xarakter daşıyır

Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib

Millətlər Liqası: Türkiyə yığması Macarıstana üç cavabsız qolla qalib gəlib

Azərbaycanın veteran futbolçusu vəfat edib

“Sağlamlığa doğru qaç!” adlı layihəyə Hacıqabulda start verilib

Sabunçuda narkotiklərlə bağlı əməliyyat: 528 qram heroin və digər maddələr ələ keçirilib

Kanadanın yeni Baş naziri növbədənkənar parlament seçkiləri keçirmək barədə qərar qəbul edib

Ersin Tatar: Azərbaycanın və Türkiyənin dəstəyi Şimali Kiprin sabitliyi və inkişafı üçün vacibdir

Parisdə “Natəvan” məktəbinin şagirdləri Novruz bayramını qeyd ediblər VİDEO

“Tercüman” qəzeti: İğdır-Naxçıvan qaz kəməri regional proseslərə uzunmüddətli təsir amilidir

Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub

Şərurda fermada, Kəngərlidə yaşayış evində yanğın olub

Şəki teatrı bayram günlərində uşaqları əyləncəli proqramla sevindirir

Mingəçevirdə evdə qaz sızması ölümlə nəticələnib

Elnarə Rəsulova: Novruz milli dəyərlərimizin ruhudur və hər bir naxışda, hər bir rəngdə yaşayır

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək

Faktiki hava: Əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir

XXI Moskva konfransında Şəmkirin numizmatik tapıntıları barədə məruzə edilib

Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Misir qəzetində Azərbaycan xalqının ikili standartlara məruz qalmasından yazılıb

Norveçdə İkinci Dünya müharibəsi dövrünə aid hava bombası zərərsizləşdirilir

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaqların nəticələri açıqlanıb

İstanbulda Azərbaycanın milli-mədəni dəyərləri nümayiş etdirilib

Aktauda Novruz bayramında Azərbaycan mədəniyyəti təqdim olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Kişineuda Novruz şənliyi təşkil olunub

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində havanın yağıntılı olacağı gözlənilir

Tələbələr rozmarin bitkisinin yaşıl qələmlərinin kütləvi çoxaldılması işinə başlayıblar VİDEO

Rəvan Həsənov: Novruz bayramı xalqımızın mədəni irsinin ayrılmaz hissəsidir

“Korean Air” şirkəti 32,7 milyard dollarlıq “Boeing” təyyarəsi alacaq

Rusiya Federasiya Şurasının telekanalı Matviyenkonun Bakıya səfəri ilə bağlı süjet hazırlayıb

Narkotik vasitənin təsiri altındakı sürücünün “ağ ölümü” avtomobilində daşıdığı məlum olub

Berlində çoxmərtəbəli binada yanğın baş verib, xəsarət alanlar var

Bu gün Ümumdünya Meteorologiya Günüdür

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrinin həbsinə qərar verilib

Azərbaycan Prezidenti: Pakistanla strateji tərəfdaşlığın hazırkı səviyyəsi böyük məmnunluq doğurur

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

Zalsburq Azərbaycan Evində Novruz şənliyi təşkil olunub

Kiyevə hava hücumu edilib, azı 3 nəfər həlak olub

Zaqatala sakini evində yanıb VİDEO

XİN: Ermənistan xarici işlər nazirinin iddiaları tamamilə əsassızdır

BMT: 2024-cü ildə miqrantlar arasında ölüm halları rekord həddə çatıb

Kimlər gəldi, kimlər getdi...

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

Böyük Britaniya sığınacaq axtaranları Balkanlara göndərməyi planlaşdırır

Qazaxıstanda milli geyimlə dünya rekordu qeydə alınıb

Türkiyədə orta təhsil formulu yenidən nəzərdən keçirilə bilər

Macarıstan Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir

Roma Papasının xəstəxanadan evə buraxılacağı bildirilib

Qazaxıstanda fləşmob: 500 qadın qədim ipəyirmə sənətini nümayiş etdirdi

Alimlər mikrobların əsaslı hüceyrələrlə əlaqəsini aşkarlayıblar

Türkiyə XİN rəhbərinin müavini: Novruz türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisidir

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum olub - TƏDQİQAT

Ersin Tatar: ŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər

Gürcüstan “Yer saatı” qlobal kampaniyaya qoşulub

Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı saxlanılıb

Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik

Mahir Emreli: Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik

Almaniya Cənubi Sudandakı səfirliyini bağlayır

Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan millisi Haitiyə məğlub olub

Qazaxıstanda sərnişin qatarında yanğın baş verib

Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

Keniyaya məxsus təyyarə Somali yaxınlığında qəzaya uğrayıb

“Brexit” Britaniya biznesinə illik 37 milyard funt sterlinqə başa gəlir

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq

Filippində itkin düşən alman turistlər tapılıb

Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb

Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub

Berlində neonasistlərin aksiyasında 20-dək iştirakçı saxlanılıb

Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub

ABŞ “Qızıl Qübbə” müdafiə sistemi hazırlayır

Putin Vuçiçlə mayın 9-da Moskvada danışıqlar aparacaq

Nigerdə məscidə hücum nəticəsində 44 nəfər öldürülüb

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq

İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb VİDEO

Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib

İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO

Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib

“Novruz 2025” düşərgəsindən 700-ə yaxın təhsil işçisi və tələbə faydalanacaq

Tbilisinin mərkəzində Novruz şənliyi təşkil olunub

Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?

Bu kənddə at yarışları el bayramına çevrilir

"Roma" almaniyalı müdafiəçi ilə müqaviləni uzatmayacaq

İngiltərə millisinin futbolçusu tarixə düşüb