Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

BAŞ PROKURORUN YANINDA KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İDARƏSİNİN 5 YAŞI TAMAM OLMUŞDUR
BU MÜNASİBƏTLƏ HAZIRLANMIŞ NƏŞRLƏRİN TƏQDİMATI KEÇİRİLMİŞDİR

Bakı, 16 aprel (AZƏRTAC). Baş prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin 5 illiyinə həsr olunmuş nəşrin və “Korrupsiya: anlayışı, əsas xüsusiyyətləri və istintaqı” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə Milli Məclisin deputatları - Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə komissiyasının üzvləri Bəxtiyar Əliyev, Əli Hüseynov, komissiyanın katibi İnam Kərimov, Mərkəzi Bankın yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru Adışırin Qasımov, Hesablama Palatasının, Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Milli Təhlükəsizlik nazirliklərinin və digər hüquq mühafizə orqanlarının aidiyyəti vəzifəli şəxsləri, korrupsiyaya qarşı mübarizə sahəsində qeyri-hökumət təşkilatlarının nümayəndələri, o, cümlədən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva, Korrupsiyaya Qarşı Mübarizə Fondunun prezidenti Namiq Axundov və qeyriləri, Litva Xüsusi İstintaq Xidmətinin əməkdaşları, Baş prokurorluğun idarə və şöbə rəisləri iştirak etmişlər.

Baş prokurorun müavini Namiq Əsgərov tədbiri açaraq mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı barışmaz mübarizənin hələ keçmiş Sovet İttifaqı məkanında ilk olaraq məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda başladığını diqqətə çatdırmış və ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bu istiqamətdə daha qətiyyətli tədbirlərin görüldüyü, o cümlədən “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli Fərmanla bu sahədə qarşıya konkret vəzifələrin qoyulduğu və kəsərli qabaqlayıcı tədbirlərin həyata keçirildiyi barədə ətraflı məlumat vermişdir.

Ölkəmizdə azad sahibkarlığın inkişafı yolunda maneələrin aradan qaldırılması, onların fəaliyyətinə hər hansı bir formada müdaxilənin qarşısının alınması məqsədi ilə ümummilli lider Heydər Əliyev tərəfindən müxtəlif vaxtlarda verilmiş fərman və sərəncamların icrası istiqamətində görülən tədbirlərin korrupsiyaya qarşı mübarizə işində çox mühüm rol oynadığını vurğulayan baş prokurorun müavini qeyd etmişdir ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” 2000-ci il 8 iyun tarixli Fərmanı ilə Avropa məkanına sürətlə inteqrasiya olunan ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başlamışdır.

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu ardıcıllıqla davam etdirən Prezident İlham Əliyevin siyasi kursunun əsas istiqamətini təşkil edən korrupsiya ilə mübarizə sahəsində görülən kompleks tədbirlər, xüsusilə də Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramının qəbulu və müvəffəqiyyətlə icrası, prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimadın təzahürü kimi baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təşkili və fəaliyyətə başlaması, ölkəmizin Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” və BMT-nin “Korrupsiya əleyhinə” Konvensiyalarına qoşulması və milli qanunvericiliyə implementasiyası həyata keçirilmişdir.

Dövlətimizin başçısının 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun icrası ilə baglı Milli Fəaliyyət Planı korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədi ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün əlverişli hüquqi zəmin yaratmışdır.

N.Əsgərov bildirmişdir ki, korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası tərəfindən bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyəti uğurla əlaqələndirilərək məhsuldar əməkdaşlığa nail olunmuşdur. Keçirilmiş monitorinqlər, müvafiq tövsiyələr beynəlxalq və yerli qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə birlikdə aparılmış sorğular, təhlillər, maarifləndirmə mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürünə qarşı mübarizə işinə dövlət qurumları və ictimaiyyəti düzgün istiqamətləndirməklə uğurlu nəticələrə gətirib çıxarmışdır.

Bildirilmişdir ki, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin 5 illiyinə həsr olunmuş nəşr idarənin yarandığı vaxtdan əldə etdiyi nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimaiyyətin məlumatlandırılması məqsədini daşıyır. Ənənələrinə sadiq qalaraq idarənin bu il nəşr etdirdiyi “Korrupsiya: anlayışı, əsas xüsusiyyətləri və istintaqı” kitabı isə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü olan korrupsiyaya qarşı mübarizə işində hüquq mühafizə orqanlarının gənc əməkdaşları üçün faydalı bələdçi rolunu oynayacaqdır.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev qeyd etmişdir ki, ölkəmizdə demokratik və hüquqi dövlətin təşəkkül tapması şəraitində korrupsiyaya qarşı səmərəli və uzlaşdırılmış əks-təsir siyasəti hazırlanmış və ardıcıl şəkildə yerinə yetirilməyə başlanılmışdır.

Diqqətə çatdırılmışdır ki, fəaliyyət göstərdiyi 5 il ərzində Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 480 nəfər barəsində 265 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Təkcə 2009-cu il və cari ilin ötən dövrü ərzində idarə tərəfindən 235 nəfər barəsində 133 cinayət işinin məhkəməyə göndərilməsi və 2008-ci illə müqayisədə 2009-cu ildə vətəndaşlar tərəfindən idarəyə ünvanlanmış müraciətlərin sayının əhəmiyyətli şəkildə artaraq 324-ə çatması dövlət orqanlarına əhalinin etimadının güclənməsi və möhkəmləndirilməsinin bariz nümunəsidir. Məhkəməyə göndərilmiş cinayət işləri rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, səhlənkarlıq, özgə əmlakını talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və hədə-qorxu ilə tələb etmə faktları ilə əlaqədar olmuşdur.

İdarədə araşdırılmış cinayət xarakterli materialların və cinayət işlərinin mahiyyətində də mürəkkəbliyə doğru keyfiyyət dəyişiklikləri baş vermişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 193-1-ci maddəsində nəzərdə tutulan cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırması ilə əlaqədar idarədə istintaq olunan və baxılması üçün məhkəməyə göndərilmiş cinayət işi üzrə ölkəmizdə ilk məhkəmə hökmü çıxarılmışdır.

Baş prokurluq üzrə imzalanmış 2009-cu il 5 mart tarixli “Korrupsiyaya qarşı mübarizə sahəsində əməliyyat-axtarış tədbirlərinə prokuror nəzarətinin həyata keçirilməsi haqqında” əmrlə korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədi ilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumlarda qanunların icrasına prokuror nəzarəti baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə həvalə edilmişdir. Antikorrupsiya siyasətinin icra olunmasında aparıcı rol oynayan idarə istər ölkədaxili qurumların əlaqələndirilməsi, istərsə də xarici tərəfdarlar və beynəlxalq təşkilatlarla əməkdaşlığa öz töhfəsini verir.

Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları bir sıra ölkələrin beynəlxalq konvensiyalarla nəzərdə tutulmuş qaydada korrupsiya əməllərinin kriminallaşdırılması, dövlət qulluğunda şəffaflığın artırılması, bu sahədə tədbirlərin sistemləşdirilmiş strategiya çərçivəsində həyata keçirilməsinin monitorinqinin aparılması və dəyərləndirilməsində beynəlxalq ekspertlər qrupu tərkibində iştirak edirlər.

Avropa Şurasının qurumu olan Korrupsiya əleyhinə Dövlətlər Qrupunun (GRECO) 2006-cı ildə verdiyi tövsiyələr sırasında nəzərdə tutulan hüquq mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin korrupsiyaya qarşı mübarizədə treninq və hazırlıq potensialının gücləndirilməsi məqsədi ilə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin aparıcı iştirakı ilə Baş Prokurorluq, Daxili İşlər, Vergilər və Milli Təhlükəsizlik nazirliklərinin tədris qurumlarının nümayəndələrindən ibarət işçi qrupu təsis edilmişdir.

Azərbaycan Respublikasının üzv olduğu “Korrupsiya cinayətləri ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın 21-ci maddəsinə müvafiq olaraq milli orqanlarla və onların arasında əməkdaşlığın gücləndirilməsi məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi ilə əlaqədar olaraq Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təşəbbüsü ilə Baş Prokurorluqla Daxili İşlər və Vergilər nazirlikləri arasında “Korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında” birgə əmrlər imzalanmışdır.

Bundan əlavə, Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Hesablama Palatası və Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti arasında qarşılıqlı əməkdaşlıq barədə razılaşma memorandumları imzalanmışdır.

İdarənin fəaliyyətində müasir informasiya texnologiyalarının son nailiyyətlərindən istifadə edilmişdir. Belə ki, 2009-cu ilin yanvar ayında idarədə korrupsiya ilə əlaqədar cinayətlər barədə vahid informasiya bazası yaradılmış, proqram tərtibatı hazırlanmış, müasir avadanlıqlar quraşdırılmış, rabitə texnologiyaları vasitəsilə Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun müvafiq idarələri mərkəzi serverə qoşulmuşdur. 2009-cu ilin əvvəlindən fəaliyyət göstərən vahid informasiya bazası 100-dən artıq meyarlar üzrə təhlillərin aparılmasına imkan yaradır.

İdarənin beynəlxalq əlaqələrindən və bu istiqamətdə həyata keçirilən layihələrdən danışan K.Əliyev qeyd etmişdir ki, “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanı ilə korrupsiyaya qarşı mübarizə sahəsində keyfiyyətcə yeni mərhələnin əsası qoyulmuşdur.

K.Əliyev qeyd etmişdir ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin 5 illiyinə həsr olunmuş və Azərbaycan, ingilis və rus dillərində buraxılmış nəşrdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumatlar yerləşdirilmişdir. İdarə tərəfindən nəşr edilmiş və xidməti istifadə üçün nəzərdə tutulan “Korrupsiya: anlayışı, əsas xüsusiyyətləri və istintaqı” kitabı isə hüquqi maarifləndirmə baxımından atılmış növbəti uğurlu addımdır.

Milli Məclisin deputatları - Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə komissiyasının üzvləri Bəxtiyar Əliyev və Əli Hüseynov çıxış edərək prokurorluq orqanlarında 2000-ci ildən başlayaraq həyata keçirilən islahatların uğurla nəticələndiyini, qurumda şəffaf və obyektiv meyarlar əsasında kadr potensialının formalaşdırıldığını, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin nailiyyətlərinin ən yüksək nəticəsinin əhalinin dövlət orqanlarına etimadının möhkəmlənməsində təzahür etdiyini qeyd etmişlər.

Auditorlar Palatasının sədri Vahid Novruzov rəhbərlik etdiyi təşkilatın baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə səmərəli və sıx əməkdaşlıq əlaqələri barədə öz fikirlərini bildirmişdir.

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri və QHT-lərin Antikorrupsiya şəbəkəsinin üzvü Sahib Məmmədov, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev çıxışlarında baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin inzibati və əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirərək, təqdim olunan nəşr və kitabı təqdirəlayiq addım kimi dəyərləndirmişlər.

Sonda tədbir iştirakçılarına Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin 5 illiyinə həsr olunmuş nəşr və “Korrupsiya: anlayışı, əsas xüsusiyyətləri və istintaqı” kitabı paylanmışdır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstanda avtomobilin gölə düşməsi nəticəsində 6 uşaq ölüb

Qubada 2 tondan çox çətənə kolu aşkarlanaraq yandırılıb

Kanada Çin elektrik avtomobillərinə tariflər tətbiq etməyə hazırlaşır

Şimali Koreya əsgərləri yenidən demarkasiya xəttini keçməyə cəhd ediblər

Rumıniya Cənubi Koreyadan 920 milyon dollar dəyərində özüyeriyən haubitsa alacaq

Bu gün riyaziyyat və xarici dil müəllimləri sertifikatlaşdırma imtahanı verəcəklər

Yaponiyada son üç ayda əcnəbi turistlərin sayı ardıcıl olaraq 3 milyon nəfəri ötüb

Autizmin arxasında neandertal genləri ola bilər

İsveçdə “Midsommar” bayramı qeyd olunur

BMT-nin eksperti: Müstəmləkə ərazilərinin nümayəndələrini bir araya toplamaq çox yaxşı təşəbbüsdür

Görmə qabiliyyəti demensiyanı 12 il əvvəldən xəbər verə bilər

Bakı Təşəbbüs Qrupu BMT-də müstəmləkəçiliyə dair beynəlxalq konfrans keçirib YENİLƏNİB

Rusiya və Azərbaycan qanunvericilik orqanları arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iş planı imzalanıb

Avro-2024: İtaliya millisini məğlub edən İspaniya 1/8 finala yüksəlib

“OneSXM” Assosiasiyasının rəhbəri: Biz artıq Sent-Martinin müstəmləkə olmasını istəmirik

Azərbaycana yay fəsli daxil oldu

Cənubi Koreya Ukraynaya silah tədarükü məsələsini yenidən nəzərdən keçirəcək

Cəbrayılda mina hadisəsi baş verib, xəsarət alan var

Britaniyanın maliyyə naziri partiyasının seçkilərdə qələbə qazanacağına inanmır

Sərgüzəştlər, istirahət və unudulmaz təəssüratlar: Şahdağda yay mövsümü açılıb REPORTAJ

İcraçı direktor: Bakı Təşəbbüs Qrupu müstəmləkə regionlarının azadlıq mübarizəsini dəstəkləməyə davam edəcək

Avro-2024: İngiltərə millisi Danimarka komandası ilə bacarmayıb

Güclü külək Tərtər rayonuna da ziyan vurub

BMT-də Yeni Kaledoniyada öldürülən mülki şəxslərin xatirəsi anılıb

Külək Yevlaxda fəsadlar törədib

Belarus Xalq yazıçısı Vasil Bıkovun anadan olmasının 100 ili tamam olur

Milli İncəsənət Muzeyində “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb

Yazıçı Adil Quliyevin “Xüsusi təyinatlı” romanının təqdimatı keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanı qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırıb

Mədəniyyət Nazirliyi Çində keçirilən Asiya Mədəni İrs Alyansının 2-ci Baş Assambleyasında uğurla təmsil olunub

Azərbaycandan 129 nəfər Macarıstanın nüfuzlu universitetlərində təqaüdlə təhsil alacaq

Latviyada Azərbaycana həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Erməni səfir ABŞ-ı təhdid edir

Hazırda ölkənin qərb rayonlarında güclü külək əsir - Faktiki hava

Beyləqanda yol qəzası: iki nəfər ölüb, iki nəfər yaralanıb

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində təşəbbüslərinin həyata keçirilməsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Qurama Festivalının açılış mərasimi olub

“Humanitar elmimiz müasir texniki tərəqqi müstəvisində” mövzusunda konfrans keçiriləcək

Gürcüstanda keçiriləcək parlament seçkilərində bir sıra yeniliklər tətbiq olunacaq

Budapeştdə bəstəkar Eldar Mansurovun yaradıcılıq gecəsi keçirilib VİDEO

Aprel-may aylarında müxtəlif avadanlıqlara xüsusi icazə verilməsi üçün 10 mindən çox müraciət edilib

İnformatika və coğrafiya fənləri üzrə iyunun 9-da keçirilmiş əlavə imtahanın nəticələri açıqlanıb

Bu il Türkiyədə elektromobil satışı 2,5 dəfədən çox artıb

Aqrar Xidmətlər Agentliyinin sədri Yardımlıda vətəndaşların müraciətlərini dinləyib

Boris Conson yeni kitabının işıq üzü görəcəyi tarixi açıqlayıb

Malayziyada təqaüdlə təhsil almaq imkanı

Misirli ekspert: Azərbaycan Yaxın Şərq regionunda çox mühüm iqtisadi oyunçuya çevriləcək - MÜSAHİBƏ

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Serbiya şirkətinin məhsulları ilə tanış olub

Milli Məclisdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda ictimai dinləmə keçirilib

Qazaxıstan və Çin Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafını genişləndirir

Fransa Bakı Təşəbbüs Qrupunun BMT-də keçiriləcək tədbirində iştirak edəcək bəzi şəxsləri hava limanından buraxmayıb VİDEO

Xaçmazın Palçıqoba kəndində yeni məktəb binası inşa olunub

Azərbaycanın yunan-Roma güləşçiləri BRICS Oyunlarını 6 medalla başa vurublar

Sabah Abşeron çimərliklərində dəniz suyunun temperaturu nə qədər olacaq?

Avro-2024: Sloveniya millisi son dəqiqədə qələbəni əldən verib

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının ikinci günü yekunlaşıb

Aİ 14-cü sanksiyalar paketi çərçivəsində 69 nəfəri qara siyahıya salacaq

Şotlandiyanın Cənubi Ayrşir inzibati ərazi vahidindən heyvandarlıq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Odessa merinin müavini: Müharibə başlayan kimi Azərbaycan dərhal öz yardımını etdi VİDEO

Baş konsul Birey Yılmazsoy: Odessada Azərbaycan icması ilə sıx əməkdaşlığımız var VİDEO

“SABAH” qrupları layihəsinin magistratura səviyyəsində müəllimlərin işə qəbulu aparılır

Hande Harmancı: Bütün inkişaf səylərində sağlamlıq bir nömrəli prioritet olmalıdır

Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu COP29 zamanı birgə tədbirlərin keçirilməsini təklif edib

Xidmət rəisi: Qeyri-sabit hava şəraitinin davam edəcəyi ehtimalı var

Abşeron gənclərinə narkomaniyanın zərərləri haqqında məlumat verilib

İqtisad Universitetinin ilk rektoru olmuş Mehdi bəy İsmayılovun xatirəsi anılıb

Kirayə mexanizmi ilə 400-ə yaxın yeni mənzil satışa çıxarılıb

Lüksemburqun Böyük Hersoqu Anridən

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1103-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Şirkətlərdə ESG prinsiplərinin tətbiqi yaşıl iqtisadiyyata transformasiya üçün töhfə verir

Azərbaycan və Belarusun fövqəladə hallar nazirləri əməkdaşlıq Sazişi imzalayıblar VİDEO

“Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bayram günlərində 47 mindən çox sərnişin daşınıb

NATO-nun bütün ölkələri Mark Ruttenin baş katib vəzifəsinə namizədliyi ilə razılaşıb

® “Unibank KB” “iPhone” alınması ilə bağlı kotirovka elan edir

MEK Özbəkistanın Ürgənc Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

UNEC 94 yaşını qeyd edib

ADA Məktəbində “Məzun günü”

“Araz-Naxçıvan” klubu növbəti transferini reallaşdırıb

ADA Universiteti Milan Politexnik Universiteti ilə birgə Şəkidə təlim proqramı həyata keçirib

Küləkli hava şəraiti ilə bağlı “sarı”, “narıncı” və “qırmızı” xəbərdarlıq

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Coğrafiya İnstitutunun alimləri Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı tədqiqat aparıblar

Arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Hindistanda istilər fonunda elektrik enerjisi təchizatında uzunmüddətli fasilələr yarana bilər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb

ABC nəşri: Makron ölkənin başlıca problemidir

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 723 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri”ndə və 2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

YAP nümayəndələri Rusiyanın Vladivostok şəhərində keçirilən beynəlxalq forumda iştirak ediblər

Bakıda “İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi” mövzusunda müzakirələr aparılıb

Azərbaycan pauerliftinqçisi yeddiqat Avropa çempionu olub

Bayram günlərində milli parkları 12 min 348 turist ziyarət edib

YAP-ın İdarə Heyətinin növbəti iclası keçirilib

Dövlət Xidməti: 190 min manatlıq vəsait istehlakçılara qaytarılıb

“Yaşıl dünya, təmiz səma” - dəyirmi masa

Rumıniya prezidenti NATO-nun baş katibi postuna namizədliyini geri götürüb

Azərbaycanın daha 2 güləşçisi BRICS Oyunlarında medal qazanıb

Vladimir Norov: Yoxsulluğun aradan qaldırılması üçün İslam sosial maliyyəsinin potensialı çox böyükdür

Koreyada BMU-İNHA ikili diplom proqramı tələbələrinin “Məzun günü” qeyd olunub