BAYRAM BAYRAMA QARIŞMIŞDI
AZƏRTAC xəbər verir ki, mayın 25-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 90 və ümummilli lider Heydər Əliyevin 85 illik yubileyləri ilə bağlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və İ.Əbilov adına mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə gənclər arasında keçirilən “İstedad - 2008” baxış müsabiqəsinin qaliblərinin yekun konserti keçirilmişdir.
Konsertdən əvvəl şıxış edən natiqlər müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu ulu öndər Heydər Əliyevin gənclərə böyük önəm verdiyini, onları hər an fəal görməyi arzuladığını bildirmişlər. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan musiqisinə, xüsusilə muğama göstərdiyi diqqət qeyd edilmişdir. Bildirilmişdir ki, musiqimizə bu qayğı və diqqətin müqabilində gənclər mədəniyyətimizi layiqincə yaşatmalı və təbliğ etməlidirlər.
“İstedad - 2008” baxış müsabiqənin qalibləri olan “Vurğun” poeziya teatrının, “Şəlalə” xalq çalğı alətləri ansamblının, “Qaytağı” məktəblilər ansamblının və “On bir” vokal qrupunun üzvlərinə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və İ.Əbilov adına mədəniyyət mərkəzinin bərgə təsis etdiyi diplomlar təqdim olunmuşdur.
Sonda 100-ə yaxın gənc istedadın iştirakı ilə şeir, mahnı və rəqslərdən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, bayram bayrama qarışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]