İQTİSADİYYAT
BBVB SƏRBƏST DÖNƏRLİ VALYUTA BİRJASI BAZARININ İYUL AYINDA BEŞ APARICI OPERATOR BANKINI MÜƏYYƏN ETMİŞDİR
BBVB-nın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, valyuta bölməsində hərracların ümumi dövriyyəsində bağlanan əqdlərin payına müvafiq surətdə birja valyuta bazarının ilk beş bankı sırasına Azərbaycan Beynəlxalq Bankı, “Respublika”, “Azalbank” səhmdar-kommersiya bankları, “Əmrahbank” və “Texnikabank” kommersiya bankları daxil olmuşdur.
Ümumiyyətlə, iyul ayında BBVB-də ABŞ dolları ilə hərraclarda 38 bank iştirak etmişdir. Bu müddətdə 23 ticarət sessiyası keçirilmiş və 267 əqd bağlanmışdır. Birjanın valyuta bölməsində ABŞ dolları ilə keçirilmiş hərracların ümumi həcmi iyulda 421 milyard 894 milyon manat və ya 85,770 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 dəfə, cari ilin iyun ayındakına nisbətən isə 11 dəfə çoxdur. Iyulda keçirilmiş hərracların ümumi həcminin 75,796 milyon dolları və ya 88 faizi elektron sistem üzrə bağlanan əqdlərin payına düşür. Iyunda manatın ABŞ dollarına nisbətdə məzənnəsi 1 dollar üçün 4919,89 manat olduğu halda, iyulda 4918,90 manat təşkil etmişdir.