BDU-DA “AMERİKADA İSLAM” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı Dövlət Universitetində “Amerikada İslam” mövzusunda tədbir keçirilmişdir.
Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Spiker Proqramı çərçivəsində təşkil olunmuş bu tədbiri giriş sözü ilə BDU-nun prorektoru, professor İzzət Rüstəmov açmışdır.
Corc Vaşinqton Universitetinin professoru, doktor Hibba Abiqideri mövzu ilə bağlı geniş məlumat vermişdir.
ABŞ-da yaşayan müsəlmanların adət-ənənələrindən, məişətindən bəhs edən natiq bu ölkədə İslam dininin inkişaf etdiyini və bu dinə normal münasibət göstərildiyini konkret faktlarla diqqətə çatdırmışdır.
Sonra doktor Hibba Abiqideri tələbələri maraqlandıran çoxsaylı suallara cavab vermişdir.