Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

BDU-da “Azərbaycan” qəzetinin materiallarının latın qrafikası ilə nəşrinin müzakirəsi keçirilib

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Bakı Dövlət Universitetində (BDU) 1918-1919-cu illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin materiallarının latın qrafikası ilə nəşrinin müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə yaşanmış əlamətdar hadisələri canlandıran “Azərbaycan” qəzetinin 20 cildlik tam külliyyatının ilk iki cildinin ölkəmizin ən nüfuzlu təhsil ocaqlarından biri - ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə işıq üzü gördüyünü qeyd edib. Bildirib ki, Azərbaycan tarixinin çox önəmli dövrünü əks etdirən və milli jurnalistikamızın formalaşmasında müstəsna xidmətləri olan “Azərbaycan” qəzetinin yenidən işıq üzü görməsi, oxuculara qayıdışı ölkəmizin ictimai və mədəni həyatında əlamətdar hadisədir: “Milli dəyərlərin təbliğində mühüm rol oynamış qəzetin ərəb əlifbasından latın qrafikalı müasir Azərbaycan əlifbasına çevrilməklə toplu şəklində geniş ictimaiyyətə təqdim edilməsi yeni reallıqda dövlətçilik tariximizin öyrənilməsində, uzun illər xalqımızdan və eləcə də elmi ictimaiyyətdən gizlədilmiş, təhrif edilmiş bir çox faktların üzə çıxarılmasında olduqca mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə tədqiqatçıların heç də hamısının yüz il bundan öncə nəşr olunmuş dövri mətbuat nümunələrini ərəb qrafikasından oxumaq imkanlarına malik olmadığını nəzərə aldıqda ADA Universitetinin həyata keçirdiyi bu layihənin mahiyyəti və tarixi əhəmiyyəti bir daha üzə çıxır”.

Rektor vurğulayıb ki, ADA Universitetinin rektoru səfir Hafiz Paşayevin bilavasitə təşəbbüsü, gərgin əməyi, zəhməti sayəsində ərsəyə gələn bu kitablar Cümhuriyyət dövrü tariximizin yazılı abidəsi, salnaməsi kimi olduqca qiymətlidir. Bu dəyərli nəşrlər tarixçi alimlərimizə elmi araşdırmalarında əvəzolunmaz yardımçı olacaq, tədqiqatçıların stolüstü kitablarına çevriləcək. Bu mənbədən tarixçilərdən, politoloqlardan tutmuş iqtisadçılara, sosioloqlara qədər bütün tədqiqatçılar uğurla istifadə edə, onlarla dissertasiyalar, tədqiqat əsərləri yazıla bilər. Xalqımızın tarixinə xüsusi diqqət və qayğı ilə yanaşan layihə müəllifi və yaradıcı kollektiv ənənəni davam etdirmək məqsədilə I hissəsi 1882-ci ildə, II hissəsi 1888-ci ildə işıq üzü görmüş “Vətən dili” dərsliyinin də bütövlüklə, yəni hər iki hissəsi bir kitaba daxil edilməklə müasir oxucu üçün anlaşılan dildə təqdim olunmasını zəruri hesab edib və onu nəfis tərtibatda nəşr etdirib.

Elçin Babayev bu dəyərli nəşrləri ərsəyə gətirən görkəmli ictimai xadim və milli ruhlu ziyalımız Hafiz Paşayevə və yaradıcı kollektivə minnətdarlığını bildirib: “Yəqin ki bu nəşrlər yaxın gələcəkdə müxtəlif dillərə tərcümə olunaraq Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinə, çoxsaylı diaspor təşkilatlarına təqdim ediləcək, tariximizin və mədəniyyətimizin təbliğində mühüm vasitəyə çevriləcək”.

Daha sonra çıxış edən BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, Milli Məclisin deputatı akademik Nizami Cəfərov, BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının professoru Qulu Məhərrəmli, Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Sevinc Qasımova, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxışlarında “Azərbaycan” qəzetinin latın qrafikası ilə nəşrinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, tarixi, milli, ictimai-siyasi əhəmiyyəti yönündə yüksək dəyərini vurğulayıb, mətbuat tarixinin öyrənilməsi baxımından əvəzsiz mənbə olduğunu qeyd ediblər. Çıxış edənlər ADA Universiteti ilə BDU-nun əməkdaşlığını yüksək qiymətləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qarabağ”ın hücumçusu U-21 millisinə dəvət alıb

Dünya birjalarında neft ucuzlaşıb

Britaniya Baş nazirinin aparat rəhbəri istefa verib

Bir gündə Britaniyaya 973 miqrant qayıqla keçib

DİN: Son iki gündə 57 cinayətin üstü açılıb

Çinin Honkonq Kore Akademiyasının nümayəndələri Ulu Öndərin məzarını ziyarət ediblər

Kuba BRICS ilə tərəfdaş statusu almaq üçün müraciət edib

Bu gündən “Nobel həftəsi” başlayır

Husilər ötən ilin noyabrından bəri 190-dan çox gəmiyə hücum ediblər

Diplomatımız Azərbaycana qarşı qərəzli iddialara cavab verib

Media: Britaniya qeyri-qanuni miqrantların sayına görə Avropada birinci yerdədir

BMT Cənubi Avropada səhra təhlükəsi barədə xəbərdarlıq edib

ÜST: Afrikada meymunçiçəyi virusuna 35 mindən çox şəxs yoluxub

“Forbes”: Sinqapurun Baş naziri dünyada ən çox maaş alan ölkə lideridir

Alimlər Atlantik okeanının dibində nəhəng asteroid krateri aşkarlayıblar

Pakistan hava limanı yaxınlığında partlayış baş verib

La Liqa: “Atletiko Madrid” səfərdə xal itirib

Niderland Ukraynaya F-16 qırıcılarının ilk partiyasını verdiyini açıqlayıb

Qazaxıstanda AES referendumu: Exit-pollar əhalinin dəstəyini göstərir

İlon Mask: Kamala Harris qalib gələrsə, ABŞ-ın sonu olacaq

Erhan Ufak: Qarabağ savaşından bəhs edən filmin çəkilməsi nəzərdə tutulub

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

Rövşən Abdullaoğlu: Biz istər müsbət, istərsə də mənfi tərəflərimizi bir kitaba borcluyuq

Superliqa: “Qalatasaray” qalib gəlib, “Beşiktaş” xal itirib

Premyer Liqa: “Çelsi” heç-heçə edib, “Tottenhem” məğlub olub

Misli Premyer Liqası: “Qarabağ” turun son oyununda “Sumqayıt”ı məğlub edib

MN: Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Qazaxıstanda AES ilə bağlı referendumda ilkin iştirak göstəriciləri açıqlanıb

“Kür” və “Azəryol” komandaları avrokuboklarla vidalaşıb

Ceyhun Bayramov Rusiyaya işgüzar səfər edib

İtaliyada “Boeing” üçün hissələr istehsal edən iki şirkətdə araşdırmalar aparılıb

Əməkdar rəssam Rza Avşarın yaradıcılıq sərgisi açılıb

Misli Premyer Liqası: “Turan Tovuz” “Zirə”ni məğlub edib

Taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanı keçirilib

Belqradda keçiriləcək “Expo 2027” sərgisinin loqosu olan təyyarə təqdim edilib

Tarik Slaiki: Azərbaycanda olmaq bizim üçün böyük və xüsusi məna daşıyır

Kür çayında batan Kəlbəcər sakininin meyiti tapılıb

Atlantik okeanında tüğyan edən Kirk qasırğası həftə ərzində Almaniyanın qərb əyalətlərinə çatacaq

X Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Rövşən Abdullaoğlunun oxucularla görüşü keçirilib

Daşkəsəndə yeniyetmə qız dəm qazından zəhərlənib

Bakıda Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası baş tutub

Avropa Kuboku: “Qarabağ” növbəti mərhələyə yüksəlib

Məsqət Beynəlxalq Kitab Sərgisinin rəhbəri AZƏRTAC-ın stendini ziyarət edib

Göyçayda şəhidlərə həsr edilmiş kitabın təqdimatı keçirilib

Aktotı Raimkulova: Türk müəlliflərinin əsərlərinin başqa dillərə tərcüməsi mühüm təbliğat vasitələrindən biridir

Ceyhun Məmmədov: Bu cür sərgilərin keçirilməsi mütaliəyə olan marağın artırılmasına böyük töhfədir

İşğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biridir VİDEO

Bosniya və Herseqovinada yerli seçkilər keçirilir

Naxçıvanda ümumtəhsil müəssisələrinə direktor vəzifəsi üçün test imtahanı keçirilib

Naxçıvanda növbəti “tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib

Qazaxıstanda AES tikintisinə dair referendum baş tutmuş hesab olunub

Romada Fələstinə dəstək yürüşü iğtişaşlarla nəticələnib

Yazıçı Elxan Elatlının “Ölümsüz qətl” romanının təqdimatı olub

DİM: Peşə tanınması üzrə imtahanda 149 nəfər uğur qazanıb

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı təşkil edilib

X Bakı Beynəlxalq Kitab Sərgisində “Üşüyən küçələr” kitabının təqdimatı keçirilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edir

Qətər Dövlətinin Mədəniyyət Nazirliyinin nümayəndəsi AZƏRTAC-ın stendini ziyarət edib

Kiyevə kütləvi hava hücumu olub və 12 saat davam edib

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq

Vətən müharibəsinin xronikası: 6 oktyabr VİDEO

Gəncə teatrı beynəlxalq festivalda təmsil olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

AMEA prezidenti: Honkonq Kore Akademiyası ilə əməkdaşlıq üçün geniş imkanlar var

Naxçıvanda “İqlim dəyişikliklərinin sağlamlığa təsiri” mövzusunda konfrans keçirilib

FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir VİDEO

Tokayev: Beynəlxalq konsorsium Qazaxıstanda AES-in tikintisi ilə məşğul ola bilər

Qazaxıstanda referendum keçirilir

Buzovnada ata və oğul üç nəfəri bıçaqlayıb

Qladiatorların qida rasionunda ağac külü də yer alıb

Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb

La-Manş boğazını keçməyə çalışan dörd miqrant həyatını itirib

İki isveçli Danimarkada terror cinayətlərində şübhəli bilinir

Lənkəranda qəza baş verib, ölən və xəsarət alanlar var

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verirlər

Taksi sürücüləri üçün növbəti imtahan keçirilir

Bu gün 2200-dən çox namizəd dövlət qulluğuna qəbul imtahanı verəcək

İsveç həbsxanalarında ən çox maraq doğuran kitablar məlum olub

Sankt-Peterburqda Azərbaycanın Əməkdar artistinin konserti keçirilib

Seneqal məktəblərində fransız dili yerli dillərlə əvəzlənir

250-dən çox britaniyalı Livandan təxliyə olunub

Givi Mikanadze: Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması məsələsini bütün görüşlərdə qabardırıq

Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verilməlidir

Bilyana Pantik Pilya: AŞPA monoloq əvəzinə konstruktiv dialoqa üstünlük verməlidir

Qobustan Milli Tarix-Bədii Qoruğu Qazaxıstanın Tanbalı Muzey-Qoruğu ilə birgə seminar keçirib

İnterpolun rəisi: Ölkələr mafiyaya qarşı mübarizədə məğlub olur

Cənubi Koreya ABŞ qoşunlarının saxlanmasına çəkdiyi xərcləri 8,3 faiz artıracaq

Avropa Kuboku: "Kür" komandası Yunanıstan təmsilçisinə məğlub olub

Naxçıvanda payızlıq taxıl əkinlərinə başlanılıb

Azərbaycan XİN: Ermənistan və Fransanın Beynəlxalq Frankofoniya Təşkilatındakı təxribatçı addımları iflasa uğrayıb

Londonda keçirilən etiraz aksiyalarında 15 nəfər saxlanılıb

Misli Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib

XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub

Dünyaşöhrətli alman yazıçısı: Şadam ki, yeni kitabım indi Azərbaycanda təqdim olunur

Azərbaycan xarici işlər nazirinin müavini Ankarada siyasi məsləhətləşmələrdə iştirak edib

Cəbrayılda təməli qoyulan fabrikdə ildə 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək VİDEO

Avropa Kuboku: "Azəryol" Ukrayna klubuna məğlub olub

Bakıda "Beynəlxalq onlayn platforması üzərindən robototexnikanın öyrənilməsi" layihəsinə start verilib