Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

BDU-da “Fizikada müasir trendlər" mövzusunda 8-ci beynəlxalq elmi konfrans keçirilib

Bakı, 30 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) ev sahibliyi və təşkilatçılığı, İtaliyanın Milli Nüvə İnstitutu, ABŞ-ın Delaver Universiteti, Pakistanın Lahor Universiteti və COMSATS İslamabad Universiteti, Türkiyənin Ankara Universiteti, Orta Doğu Texniki Universiteti, Qazi Universiteti və Sivas Cümhuriyyət Universitetinin həmtəşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Fizikada müasir trendlər” mövzusunda 8-ci beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb. Sonra Azərbaycan haqqında videoçarx nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev beynəlxalq elmi konfransın Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, ölkəmizdə elmin böyük hamisi Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu “Heydər Əliyev İli”nə təsadüf etdiyini bildirib. Vurğulayıb ki, konfransın suverenliyimizin tam bərpa olunduğu ildə keçirilməsi onu daha da yaddaqalan edir. Rektor qeyd edib ki, 2009-cu ildən başlayaraq iki ildən bir keçirilən konfransın materiallar toplusu 2017-ci ildən “Web of Science” bazasında indekslənir. Builki konfransda Azərbaycan, Türkiyə, İsrail, Pakistan, İtaliya, Almaniya, Çin, Makedoniya, Misir, Səudiyyə Ərəbistanı, Mərakeş, Argentina, Rumıniya, Kanada, Macarıstan, Albaniya, Portuqaliya, Sudan, İspaniya, ABŞ, Rusiya, Belçika, Özbəkistan, Ukrayna və Gürcüstan da daxil olmaqla 25 ölkə təmsil olunur. Təşkilat komitəsinin hesabatına əsasən, konfransın proqramına 149 məruzə daxil edilib: “Konfransın əvvəlki illərdə olduğu kimi, gənc tədqiqatçı və alimlər üçün yeni platformalar formalaşdıracağına, mühüm elmi prioritetlər müəyyən edəcəyinə inanırıq. Bugünkü konfransda fizikanın ən aktual problemlərinə toxunulacaq, innovativ yönümlü, istehsalatla bağlı yeni mövzular müzakirə ediləcək, konvergens düşüncəli gənclər - tələbə, magistrant və doktorantların məruzələri dinləniləcək. Azərbaycanda elmin prioritet inkişaf istiqamətləri müəyyənləşdirilərkən maddi-mənəvi dəyərlərin qorunması ilə yanaşı, beynəlxalq arenaya sürətli inteqrasiya da xüsusi diqqətdə saxlanılır. Digər tərəfdən, həmişə olduğu kimi, aparılan tədqiqatların səmərəliliyinin artırılmasına, onların nəticələrinin sosial-iqtisadi və sənaye-istehsalat sahələrində tətbiqinin təmin edilməsinə, tədris prosesinə bağlılığına xüsusi önəm verilir.

Bu istiqamətdə ali təhsil müəssisələrinin üzərinə də mühüm vəzifələr düşür. Bakı Dövlət Universiteti də digər ali təhsil müəssisələri kimi, Azərbaycanda elmi-texniki potensialın formalaşması, qorunması, bu potensialdan səmərəli istifadə edilməsində yaxından və uğurla iştirak edir, bu istiqamətdə aparıcı qüvvələrdən birinə çevrilib.

Təbii ki, universitetdə təşkil edilən elmi fəaliyyətin digər elmi müəssisələrdə və ali məktəblərdə aparılan elmi-tədqiqat fəaliyyəti ilə əlaqələndirilməsinə də xüsusi diqqət edilir.

Böyük qürur hissi ilə bildiririk ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində yaradılan və elm-təhsil mərkəzlərindən birinə çevriləcək Qarabağ Universiteti bu baxımdan xüsusi yerə malik olacaq.

BDU-da kompleks məqsədli proqramların işlənilməsi, universitetin beynəlxalq elmi layihə və proqramları həyata keçirən güclü mərkəzə çevrilməsi məqsədilə bir sıra mühüm addımlar atılır. Elmi mübadilə çərçivəsində dünyanın nüfuzlu ali məktəblərindən, elm mərkəzlərindən olan alimlərin birgə tədqiqatlara cəlb olunması təcrübəsinin genişləndirilməsinə də önəm verilir.

Son illər müasir dövrün tələblərinə cavab verən yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində, xarici ölkələrdə təhsil almaq və təcrübə keçmək yolu ilə peşəkar tədqiqatçılardan ibarət gənc nəslin formalaşması işində müsbət dinamika müşahidə olunur”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru Arif Həşimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Sakin Cabbarov, Bilkent Universitetinin professoru Əmirulla Məmmədov, İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Frascati Milli Laboratoriyasının müdiri Stefano Bellucci, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Nüvə problemləri laboratoriyasının müdiri Yevgeni Yakuşev, Ankara Universitetinin professoru İman Əsgərzadə, Orta Doğu Texniki Universitetinin professoru Təhmasib Əliyev, Makedoniyanın Kiril Metodius İnstitutunun professoru Jadranka Blajevskaya, İnstinye Universitetinin Əczaçılıq fakültəsinin dekanı Atilla Akdeniz çıxışlarında fizikanın müxtəlif sahələrinin inkişafında müasir tendensiyaları qeyd edib, konfransın işinə uğurlar arzulayıblar.

Daha sonra Pakistanın Lahor Universitetinin rektoru Muhammad Aşraf, Türkiyənin Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldız, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, COMSATS Universitetinin rektoru Sacid Qamar, ABŞ-ın Delaver Universitetinin professoru İsmət Şah, Qazi Universitetinin professoru Süleyman Özçelik, Ankara Universitetinin prorektoru Mustafa Fener konfrans iştirakçılarına onlayn və videotəbriklər ünvanlayıblar. Videotəbriklərdə konfransın beynəlxalq və ölkə səviyyəsində fizikanın inkişafına töhfə verəcəyinə, yeni fizika məktəblərinin yaranacağına əminlik vurğulanıb.

Beş bölmə ilə işini davam etdirən konfrans sabah yekunlaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Neftçi”nin baş məşqçisi: Düşünürəm ki, 4:1 hesablı məğlubiyyət ədalətli nəticə deyildi

İngiltərə Premyer Liqası: "Mançester Siti" doğma meydanda "qırmızı şeytanlar"ı məğlub edib

Türkiyə Superliqası: “Qalatasaray” derbidə “Beşiktaş”a qalib gəlib

Qurban Qurbanov: İstəkli komandaya qarşı oynadıq

Azərbaycan komandası tarixində ilk dəfə elektron idman növü üzrə yarışın qalibi olub

Azərbaycan gimnastları Almaniyada iki medal qazanıblar

Azərbaycan Premyer Liqası: “Qarabağ” derbidə “Neftçi”ni məğlub edib

Antalya Diplomatiya Forumu başa çatıb

Ombudsman: Minaların dəqiq xəritələrini təqdim etməsi üçün Ermənistana təzyiq göstərilməlidir

Azərbaycan Avropa İttifaqı üçün mühüm enerji müttəfiqidir ŞƏRH

Bakıda Nuru Paşa ilə bağlı anım tədbiri təşkil olunub YENİLƏNİB VİDEO

Professor: Forumda Azərbaycanla Türkiyənin Avropanın enerji təhlükəsizliyində mühüm rolu vurğulanıb

Azərbaycan boksçusu İtaliyada lisenziya turnirinə qələbə ilə start verib

Premyer Liqa: “Səbail” səfərdə “Qəbələ”yə qalib gəlib

Sumqayıt həkimləri konfrans zamanı cərrahiyyə əməliyyatını birbaşa izləyiblər

Şəki-Zaqatala bölgəsinin məktəbliləri fənn müsabiqələrinin rayon (şəhər) mərhələsində biliklərini sınayıblar

Xaçmazda minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb VİDEO

Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumuna verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

İmişlidə dəm qazından boğulan yeniyetmə xəstəxanaya yerləşdirilib

DİM: Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Cənub Qaz Dəhlizinin əhəmiyyətini bir daha diqqətə çatdırdı - RƏY

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Naxçıvanda olimpiada və fənn müsabiqələrinin rayon mərhələsi keçirilib

Belqrad Şəhər Assambleyasına yeni seçkilər keçiriləcək

Azərbaycanın bəzi rayonlarında yollar buz bağlayacaq

Hakan Fidan Sergey Lavrovla Qafqazda sülh prosesini müzakirə edib VİDEO

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçirilib

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi üçün mühüm vasitə ola bilər

Şəki, Qəbələ və Oğuzda buraxılış imtahanlarında heç bir qanun pozuntusuna yol verilməyib

Bərdədə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 8 binada təşkil olunub

Petru Antone Tomasi: Fransadan Korsika xalqının hüquqlarının tanınmasını tələb edirik VİDEO

Bu gün Ümumdünya Vəhşi Təbiət Günüdür

Mina partlayışı nəticəsində yaralanan Ağdam sakini əməliyyata götürülüb

Aktotı Raimkulova: Antalya Forumu dünyadakı mənfi proseslərin diplomatik yolla həllinə töhfəsini verəcək

Sabah paytaxtda hava əsasən yağmursuz, bəzi bölgələrdə isə yağıntılı olacaq

Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Almaniyada yaşayan azərbaycanlı kibercinayətkarlıq sahəsində hüquq doktoru olub

Azərbaycanla Əlcəzairin enerji sahəsində əməkdaşlığı müzakirə olunub

Odessada yaşayış binasına dron hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Ağdamda baş vermiş mina partlayışı ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılır VİDEO

Azərbaycan boksçularının Dünya Olimpiya Təsnifat Turnirindəki rəqibləri bəlli olub

Ağdam sakini minaya düşüb

NİİM: Hazırda imtahan keçirilən təhsil müəssisələrinin ətrafındakı yollarda sıxlıq müşahidə edilmir

Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 14-ə çatıb

Cənubi Koreyanın hərbi kəşfiyyat peyki Pxenyanın şəkillərini çəkib

Antalya Diplomatiya Forumu bu gün başa çatır

Prezidentin “Euronews”a müsahibəsi beynəlxalq aləmdə böyük maraq doğurub - RƏY

Aşpazlıq mənim üçün iş, yaxud hobbi deyil, birbaşa həyatdır – gənc peşəkarın uğur hekayəsi

Xaçmazda qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb

Korsikalı etirazçı: Fransa dövləti məsuliyyətini dərk etməli, Korsikadakı hazırkı siyasi vəziyyəti nəzərə almalıdır VİDEO

Haitidə həbsxanaya hücum olub, yüzlərlə məhbus azad edilib

Paskal Alberini: Fransa mediası xalqın səsini eşitmir, dezinformasiya xarakterli məlumatlar yayır VİDEO

3 Mart Uşaqların Beynəlxalq Televiziya və Radio Verilişləri Günüdür

Slovakiya XİN rəhbəri: Sanksiyalar Rusiya-Ukrayna böhranının həllinə kömək etməyəcək

Qırmızı dənizdə batan yük gəmisində 21 min ton gübrə olub

İnanıram o parlaq günə

FIFA göy vərəqənin tətbiqinin əleyhinədir

İtaliyada kiçik təyyarə qəzaya uğrayıb, pilot və sərnişin həlak olub

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçiriləcək

Bu gün 52 mindən çox XI sinif şagirdi buraxılış imtahanı verəcək

Göygöldə ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Qırmızı dənizdə quru yük daşıyan gəmi batıb

Alimlər hansı hava şəraitinin insult riskini artırdığını müəyyən ediblər

İtaliya gəmisi Qırmızı dənizdə husilərin PUA-sını vurub

Hakim İspaniya çempionatının matçında "Real Madrid"i qələbədən məhrum edib

Çexiya hakimiyyəti etiraz aksiyaları keçirmək istəyən fermerlərin tələblərini təmin etməyə çalışır

Yanvarda AKİA tərəfindən 58 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib

Xankəndi–Bakı ultra marafonu: Ucardan start götürən üçüncü mərhələ Hacıqabulda başa çatıb FOTO

Almaniya Kansleri Qərb ölkələrinin hərbçilərinin Ukraynaya göndərilməsinə qarşı çıxıb

Maldiv adalarında dənizdə batan qayıqdan 13 nəfər xilas edilib

HƏMAS İsraillə danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb

Kənd təsərrüfatı məhsullarının ixracı dəyər ifadəsində 12,1 faiz artıb

Azərbaycan və Gürcüstanın qadın şahmatçıları arasında növbəti yoldaşlıq görüşü keçirilib

Şair Sahib Məmmədov: Nə qədər varıq, kitablar da bizimlə birgə var olacaq

Türkiyə Superliqası: "Fənərbağça" səfərdə vacib üç xal qazanıb

Samuxda 2000 ağac əkilib

Azərbaycan QHT-ləri Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayıb

Azərbaycan Kuboku: "Sabah" və "NTD-İndiqo" qalib gəlib

Azərbaycanın xarici işlər naziri qazaxıstanlı həmkarı ilə görüşüb

Ceyhun Bayramov: COP Üçlüyü çərçivəsində Braziliya ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var

Beynəlxalq Muğam Mərkəzində Rusiya Elmlər Akademiyasının 300 illiyi qeyd olunub

Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Bastiada korsikalılar Fransa repressiyasına qarşı etiraz nümayişi keçiriblər YENİLƏNİB VİDEO

Kamera və Orqan Musiqisi Zalında Eynaudinin əsərləri səsləndirilib

COP29 çərçivəsində TDT ilə mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib

Premyer Liqa: "Sabah" evdə “Araz-Naxçıvan”ı məğlub edib

DİN narkotik vasitələr və onun fəsadları barədə maarifləndirici qısametrajlı film hazırlayıb VİDEO

Artan yük tələbatını qarşılamaq üçün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi işləri yekunlaşır

Antalya Diplomatiya Forumunda Avrasiya ölkələri arasında inkişaf prespektivləri müzakirə olunub

Əlcəzairdə Qaz İxrac Edən Ölkələr Forumunun 7-ci Sammiti işə başlayıb

Ceyhun Bayramov: Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan münasibətlər mövcuddur

Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir ŞƏRH

Azərbaycanın xarici işlər naziri Antalyada mediaya açıqlama verib

Lavrov: Rusiya-Ermənistan münasibətlərində çox şeyi dəyişmək lazımdır

Milli Məclis sədrinin müavini: Azərbaycan enerji təhlükəsizliyinin qarantıdır

Vəkillər Kollegiyasında Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüş keçirilib

Müharibə Xarkov şəhərinə təxminən 10 milyard ABŞ dolları dəyərində ziyan vurub – AZƏRTAC-ın XÜSUSİ REPORTAJI VİDEO