Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

BDU-da tanınmış alim, şair, professor Mahirə Nağıqızı ilə görüş olub

Bakı, 30 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) tanınmış alim, şair, professor Mahirə Nağıqızının tələbələrlə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev Mahirə Nağıqızının gözəl pedaqoq, istedadlı şairə, vətənpərvər ziyalı, zəhmətkeş alim olduğunu qeyd edib. O bildirib ki, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü Mahirə Nağı qızı Hüseynova Azərbaycanın ziyalılar yurdu olan Naxçıvanda, Kəngərli rayonunun Sust kəndində dünyaya göz açıb. Gözəl bir pedaqoq kimi “İlin ən yaxşı müəllimi” adını alıb, Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Alim kimi ana dilimizin tədqiqi sahəsində çoxsaylı qiymətli əsərlər ərsəyə gətirib. O, elm sahəsindəki xidmətlərinə görə “İlin alimi” mükafatını alıb: “Çoxsaylı monoqrafiya, kitab və məqalələrin müəllifi olan Mahirə xanım öz sözləri ilə desək, “öyrədənlərin öyrədənidir”. Mahirə xanım Azərbaycan elminin inkişafına xidmət edən sanballı alimlərdən biridir. Onun dilçilik sahəsində apardığı tədqiqatlar, çap etdirdiyi əsərlər mühüm yenilikləri ilə səciyyəvidir. Alimin müxtəlif mövzuları əhatə edən 30-dək kitabı onun alim və şair kimi məhsuldar fəaliyyətini əks etdirir”.

Rektor qeyd edib ki, görkəmli alimin “Ulu Öndərimizin natiqlik məharəti”, “Ulu Öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir”, “Missiya”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” (Sayalı Sadiqova ilə birlikdə) kimi əsərlərində Azərbaycan xalqının Ümummilli Lideri, fenomenal şəxsiyyət Heydər Əliyevin nəsillərə örnək olan həyatı və misilsiz xidmətləri əhatəli şəkildə təqdim olunub.

Mahirə Nağıqızının istedadlı şairə kimi “Qızıl qələm” mükafatı aldığını deyən Elçin Babayev onun poeziyasında Vətən və Ana obrazının ülvi, qırılmaz sevgi, bədii dilin bütün gözəllikləri ilə, ustalıqla yaradıldığını bildirib: “Onun poeziyasının əsas obrazları Ana və Vətəndir. “Mənim anam”, “Yaşadacaq anam məni”, “Analı dünyam” kimi şeirlərində biz ana məhəbbətini, nəvazişini, istiliyini, fədakarlığını hiss edirik. Mahirə Nağıqızı şəhidləri “sağlığında döyüşən əsgər”, məzarlarını isə “Vətənin istehkamı” adlandırır. O, “Şəhid nəğməsi”, “Son döyüşə hazır ol”, “Al bayrağım” və sair şeirlərində Vətən məhəbbəti, qəhrəmanlıq, fədakarlıq və vətənpərvərlik hisslərini ülviləşdirərək ifadə edir”.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, yazıçı Əsəd Cahangir çıxışlarında şairənin zəngin söz dünyasından, yaradıcılığının özünəməxsus cəhətlərindən bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, Mahirə Nağıqızının əsərlərində milli ruhun təbliği, milli özünüdərkə xidmət özünəməxsus yer tutur. Vətən sevgisi, onun bütövlüyü, toxunulmazlığı, Qarabağ Zəfəri onun yaradıcılığından qırmızı xətlə keçir.

Daha sonra söz professor Mahirə Nağıqızıya verilib. Tələbələrlə görüşün çox xoş olduğunu qeyd edən tanınmış şair gənclərə inamının böyük olduğunu deyib: “Mütaliəsiz tələbəni silahsız əsgərə bənzədirəm. Gənclərimiz daha çox oxumalı, mütaliə etməli, elm, bilik qazanmalı, inkişaf etməlidirlər. Gənclərə çox inanıram. Qarabağımızı məhz bu gənclər azad etdilər. Dünya olimpiadalarında üzümüzü gənclərimiz ağ edirlər. Qərbi Azərbaycana da məhz o gənclər gedəcəklər”.

Ədəbiyyata marağının anasının səsləndirdiyi bayatıları dinləyərək, sevərək yarandığını deyən Mahirə Nağıqızı 1300-dək bayatının müəllifi olduğunu diqqətə çatdırıb: “Ana dilimizi qorumaq hər bir gəncin borcudur. Vətənimiz, anamız necə vazkeçilməzdirsə, ana dilimiz də elə olmalıdır. Hər kəs öz səngərində əsgər kimi milli dəyərlərimizi qorumalıdır”.

Daha sonra şairə müəllifi olduğu şeirlərdən səsləndirib və tələbələrin suallarını cavablandırıb.

Sonda tanınmış alim, şair, professor Mahirə Nağıqızıya BDU-nun rektoru Elçin Babayev tərəfindən təşəkkürnamə təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Neftçalada saxlanılan şəxsdən 12 kiloqram narkotik götürülüb

Lənkəranda yanğın zamanı yaşlı qadın həlak olub

Yevlaxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Culian Assanj Britaniyanı tərk edib 

Culfada bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Misirdə 33 antik qəbir aşkar edilib

Amerika Kuboku: Kolumbiya qalib gəlib, Braziliya xal itirib

Avropa Komissiyası “Apple” şirkətini cərimələməyə hazırlaşır

Culian Assanj ABŞ hökuməti ilə razılaşıb

İndoneziya məlumat mərkəzinə kiberhücum olub

Pentaqon rəhbəri israilli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Hanter Baydenin vəkilləri təkrar məhkəmə ilə bağlı vəsatət qaldırıblar

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olub

Metyu Miller: Azərbaycan və Ermənistan arasındakı əlaqələri dəstəkləməyə davam edirik

Avro-2024: İspaniya və İtaliya 1/8 finala yüksəlib

“Turkish Airlines” doqquzuncu dəfə Avropanın ən yaxşı aviaşirkəti elan olunub

Vyanada Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub

Türkoloqlar Bişkekdə Mahmud Kaşğari irsini müzakirə ediblər

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı: Belə nəticə əldə edəcəyimizə inanırdıq

Yığmanın baş məşqçisi: Bu nəticə idmançılar üçün böyük motivasiyadır

Firdovsi Umudov: Avropa birinciliyində nəticə qazanan idmançılar gələcəyin Olimpiya mükafatçılarıdır

2024-cü ildə ABŞ-da polis 545 nəfəri qətlə yetirib

Avropa birinciliyində yüksək nəticələr əldə edən Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar

DSMF beynəlxalq təşkilatın Mükəmməllik Sertifikatına layiq görüldü

Bakıda “Rus klassikası” adlı qala-konsert keçirilib

Bayram günlərində Türkiyənin muzey və mədəni obyektlərini milyondan çox adam ziyarət edib

Sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılıb

Xankəndi şəhərində elmi-praktik konfrans keçirilib

Qubada sel Qusarçayın sahilini yuyub, yol çöküb VİDEO

Türkər Əliyeva: Mediasiya tərəflərə mübahisələri daha qısa müddətdə həll etməyə imkan yaradır

QHT nümayəndələri Qubadlıda sərhədçilərlə görüşüblər VİDEO

Professor Mönsüm Alışovun 70 illik yubileyi qeyd olunub

Bakıda 150-dən çox şirkətin məhsul və xidmətlərini təqdim etdiyi “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçirilir YENİLƏNİB VİDEO

Salyan şosesinin bir hissəsində təmir işlərinə başlanılıb

Azərbaycan basketbol millisi Avropa çempionatına hazırlığın ikinci mərhələsinə start verib

Azərbaycanlı şahmatçı İngiltərə çempionu olub

Xətai rayonunda Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb

Samux rayonunda “Son zəng” tədbirləri barədə təlimatın pozulduğu məktəbin direktoru işdən azad edilib

“Aztelekom”un 3000-ə yaxın əməkdaşına əməyin mühafizəsi üzrə təlimlər keçilib

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu təqdimatlarla davam edib

Parisdə azərbaycanlı Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr edilmiş filmin nümayişi olub VİDEO

AZAL növbəti dəfə Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçilib

Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi Azərbaycanın “yaşıl enerji” siyasətinin mahiyyətini açdı ŞƏRH

“Sabah” klubu yamaykalı futbolçunu transfer edib

Ədəbiyyat İnstitutunda yarım ilin yekunları və qarşıya qoyulan vəzifələr müzakirə olunub

Azərbaycanlı bəstəkarın şəhidə həsr etdiyi əsər Polşada birinci yerə layiq görülüb

Xətai rayonunda fəaliyyət göstərən bazarda plandankənar yoxlama aparılıb

Bənövşəyi xətdə qatarların hərəkət qrafiki dəyişdirilir

Azərbaycanda Rusiya Mədəniyyəti Günləri başlayır

Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Almaniyada polis zorakılığı faktlarının araşdırılması üzrə vəziyyət pisləşir

DİM: Ötən il hər 100 məzuna düşən plan yerlərinin sayı 57.1 olub

Polis serjantı Mirəli Heydərov Kürdəmirdə torpağa tapşırılıb FOTO VİDEO

Beynəlxalq Qurama Festivalına Şuşada yekun vurulub

Son beş ayda ƏƏSMN-in e-xidmətlərinə 1 milyon 400 mindən çox müraciət qeydə alınıb

Çad Respublikasının gənclər və idman naziri Milli Gimnastika Arenasında olub

AZƏRTAC-ın növbəti təcrübə proqramının iştirakçılarına sertifikatlar verilib

Gəncədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb

Azərbaycan ilə Qırğızıstan arasında birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb

Beynəlxalq Muğam Mərkəzi Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu ilə əməkdaşlıq edəcək

Avstriyada polis zorakılığının araşdırılması üçün müstəqil qurum yaradılması tələb olunur

Naxçıvanda müəllimlərin növbəti sertifikatlaşdırılma prosesi yekunlaşıb

“Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” mövzusunda tədbir keçirilib

Eşqi Bağırov: Növbəti tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır

“Sənətkarın dostu” layihəsi davam edir

DİM: Ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb

“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb

Dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər

Rəsədxana: Geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır

“İTi Zəka-2” hakatonu üzrə seçimlər başa çatıb

NASA Yerin asteroidlə toqquşmasının qarşısını ala bilməyəcəyini etiraf edib

“Azərfon” abunəçilərinə “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq!” SMS-bildirişi göndərilib

Azərbaycanı Rusiyadakı turnirdə iki bədii gimnast təmsil edəcək

Berlində Azərbaycan dili məktəbinin açılışı olub

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq

Rektor: ECOLEAD platforması ətraf mühit problemlərinin həllinə töhfə verəcək

“Baku Open - 2024” turnirində iştirak edəcək şahmatçı sayı açıqlanıb

Braziliya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf potensialı müzakirə olunub

Şahzadə Anna xəstəxanaya yerləşdirilib

FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub

Lənkəranda itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb

Azərbaycanın 15 rayonunda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir

Rus bölməsi üzrə birinci sinfə qəbulu müsabiqə yolu ilə aparılan məktəblərə qeydiyyat tamamlanıb

Astanada keçiriləcək V Dünya Köçəri Oyunlarında 89 ölkə iştirakını təsdiqləyib

“Media ayı” çərçivəsində təlimlər davam edir

Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir - ŞƏRH

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Avropanın enerji ehtiyaclarının həlli yollarını göstərdi - Politoloq

Avro-2024: Çexiya–Türkiyə oyununun hakimləri açıqlanıb

“Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq

Hərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilib

Rezidenturaya ikinci cəhd qəbul imtahanının nəticələri açıqlanıb: 436 nəfər müsabiqə şərtini ödəyib

Zəngilan Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumuna ev sahibliyi edir - YENİLƏNİB FOTO VİDEO

Nüfuzlu “Əl Əhram” nəşrində Azərbaycan səfiri ilə müsahibə dərc edilib

Milli Məclisdə bələdiyyələrin statusu və onların fəaliyyətinə inzibati nəzarət haqqında qanunlarda dəyişikliklər müzakirə olunub

Rektor: Məzunlarımız ibadət ocaqlarında imam kimi fəaliyyət göstərirlər

DİM: Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2274 namizədlə 4254 müsahibənin keçirilməsi planlaşdırılır

Mərkəzi Bank Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsini müzakirə edib