BDU-da “Yaşıl və rəqəmsal İpək Yolu” beynəlxalq startap akselerasiya proqramı üzrə infosessiya keçirilib

Bakı, 28 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Yaşıl və rəqəmsal İpək Yolu” beynəlxalq startap akselerasiya proqramı üzrə infosessiya keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, infosessiyada çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Interprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov iştirakçılara proqramın məqsədləri və əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, proqram çərçivəsində yaşıl və rəqəmsal texnologiyalar sahəsində ideyaları olan startaplar dəstəklənəcək, regional əməkdaşlıq gücləndiriləcək və bu layihələrə investisiya cəlb ediləcək. Həmçinin proqramda qeydiyyatdan keçmə və iştirak etmə qaydaları, beynəlxalq mentorlarla işləmək imkanları barədə məlumat verilib.
İnfosessiya tələbələrin proqrama dair suallarının cavablandırılması ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2025 [13:04]
BDU-da çöl-tədris təcrübələri başlanıb
- 14.05.2025 [12:49]
BMU tələbələri beynəlxalq sərgilərdə startapları ilə təmsil olunurlar
- 14.05.2025 [12:41]
“Maarifçi” proqramına qəbul olmaq üçün 2037 nəfər imtahan verəcək
- 14.05.2025 [11:53]
Azərbaycanda ensiklopediyaların nəşr tarixi araşdırılıb
- 14.05.2025 [11:34]