ELM VƏ TƏHSİL
BDU-nun Biologiya fakültəsinin tələbələri beynəlxalq olimpiadada I və II yerlə layiq görülüblər
Bakı, 5 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri Tacikistan Milli Universitetinin təşkilatçılığı ilə keçirilən Biologiya üzrə Beynəlxalq Olimpiadada uğur qazanıblar.
BDU-dan AZƏRTAC-a verilən məlumata görə, Biologiya fakültəsinin tələbələri Şahnaz Vəliyeva olimpiadada I, Firuzə Məhərrəmova və Günay Fətəliyeva II yerə layiq görülüblər.
Olimpiada dünyanın müxtəlif ölkələrindən gənc bioloqların bilik və təcrübə mübadiləsi üçün mükəmməl platforma yaradıb. Olimpiadanın əsas məqsədi gənclərin biologiya üzrə biliklərini, qarşıya qoyulan problemləri həlletmə bacarıqlarını artırmaq, yaradıcılıq potensialını üzə çıxarmaq, müasir təhsil texnologiyaları ilə işləmək təcrübəsi qazandırmaqdır.