BDU-nun Filologiya fakültəsində 25 il sonra keçirilən görüş
Bakı, 17 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin 1996-2000-ci illərdə təhsil almış məzunları 25 ildən sonra doğma təhsil ocağında olublar.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, məzunlar 25 il sonra universitetin doğma dəhlizlərini gəzərək, mühazirə dərslərinin keçirildiyi auditoriyaları ziyarət edib, tələbəlik illərinə dair xatirələrini yada salıblar.
Daha sonra məzunlar BDU-nun ərazisini gəzib, universitetdə həyata keçirilən yeniliklərlə tanış olublar.