BƏƏ hökuməti ölkədə həyat səviyyəsinin yüksəldilməsi strategiyasını təsdiq edib
Dubay, 10 iyun, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və Baş Naziri, Dubay hökmdarı Məhəmməd bin Rəşid Al-Maktumun başçılıq etdiyi Nazirlər Kabineti 2031-ci ilə qədər olan dövrdə ölkədə həyatın keyfiyyətini yaxşılaşdırmalı olan kompleks milli strategiyanı təsdiq edib.
AZƏRTAC xəbər verir ki, milli strategiyada nəzərdə tutulan bir sıra tədbirlər və təşəbbüslər sayəsində BƏƏ həyat səviyyəsinə və yaşayışın keyfiyyətinə görə dünya liderinə çevriləcək. Strategiyaya daxil edilən 14 element və 9 hədəfə nail olmaq üçün sağlam və fəal həyat tərzi inkişaf etdirilməli, əhalinin psixi sağlamlığı möhkəmləndirilməli və pozitiv düşüncə yayılmalıdır. Strategiyada 40-dan çox prioritet sahəni əhatə edən 90 təşəbbüs nəzərdə tutulub. Ən mühüm təşəbbüslərdən biri ölkədə həyat keyfiyyəti göstəricilərini müşahidə edəcək və BƏƏ Nazirlər Kabinetinə müntəzəm surətdə hesabatlar təqdim edəcək ilk müşahidə orqanının yaradılması ilə bağlıdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]