İQTİSADİYYAT
BƏƏ Mərkəzi Bankı ilə risklərin idarə edilməsi sahələri üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) Strategiya və layihə idarəetməsi ilə Risklərin idarə edilməsi departamentlərinin nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankına işgüzar səfər edib.
AMB-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində strateji planlaşdırma, eləcə də layihələrin və risklərin idarə edilməsi sahələri üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb, qabaqcıl yanaşmalar və uğurlu təcrübələr nəzərdən keçirilib.