COP29
BƏƏ-nin nümayəndəsi: Azərbaycan ev sahibi vəzifəsini çox yaxşı yerinə yetirir VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
Mən ümid edirəm ki, COP29-da layihələr üçün lazımi maddi dəstəyi ala biləcəyik. Bizim hal-hazırda 4 və ya 5 milyon dollarlıq maliyyə dəstəyinə ehtiyacımız var.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı BƏƏ-nin nümayəndəsi Keeble Claude Mercier bildirib.
O qeyd edib ki, öncəki COP-larda bir çox maraqlı fikirlər səsləndirilib: “Bu dəfə isə biz bütün layihələri yerinə yetirmək üçün təşkilatçılıqla məşğul olacağıq. Düşünürəm ki, Azərbaycan bu tədbirin təşkilatçılığının öhdəsindən çox gözəl gəlib. Azərbaycan ev sahibi vəzifəsini çox yaxşı yerinə yetirir”.