İQTİSADİYYAT
Belarus Baş nazirinin müavini: Prezident Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı razılaşdırılmış layihələr üzərində fəal iş aparılır VİDEO
Moskva, 29 noyabr, AZƏRTAC
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı razılaşdırılmış layihələr üzərində fəal iş aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Moskvada keçirilən MDB İqtisadi Şurasının iclası çərçivəsində Belarus Baş nazirinin müavini İqor Petrişenko bildirib. O deyib: “Biz MDB məkanında həmişə qarşılıqlı fəaliyyətin bütün sahələrində - sənaye kooperasiyasında, nəqliyyat dəhlizlərində, sənaye orqanlarının fəaliyyətində razılaşdırılmış mövqe tuturuq. Bu, bütün formatlarda, istənilən platformalarda ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın müsbət nümunəsidir”.
Baş nazirin müavini vurğulayıb ki, ölkələrimizin liderləri arasında qarşılıqlı münasibətlər Belarus-Azərbaycan tərəfdaşlığının inkişafına təkan verir. O əlavə edib: “Prezident Aleksandr Lukaşenkonun may ayında Azərbaycana səfəri, hazırda üzərində fəal iş apardığımız razılaşdırılmış layihələr, dövlət başçısının COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü göstərir ki, biz praktiki nöqteyi-nəzərindən tərəflərin Azərbaycan və Belarus xalqlarının rifahı naminə razılıq əldə etdiyimiz bütün layihələrin həyata keçirilməsini daha çox uyğunlaşdırmalıyıq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva