BELARUS VƏ AZƏRBAYCAN NEFT-KİMYA SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI İNKİŞAF ETDİRƏCƏKDİR
Belarusun və Azərbaycanın neft-kimya sektorunda əməkdaşlıq etmək niyyəti ciddidir. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bunu jurnalistlərə ölkəmizin Belarusdakı səfiri Əli Nağıyev 28 May - Respublika günü münasibətilə keçirdiyi mətbuat konfransında bildirmişdir.
Diplomat demişdir: “Belarus və Azərbaycan prezidentləri müvafiq sənədlər imzalamaqla öz iradələrini ifadə etmişlər”.
Səfir xatırlatmışdır ki, sazişlər energetika sektorundan tutmuş xidmət sahəsinədək qarşılıqlı münasibətlərin geniş spektrini əhatə edir. Ə.Nağıyev demişdir ki, Belarusun neft hasilatı layihələrində iştirakı və neftin Belarus ərazisindən nəqli ilə bağlı prezidentlər səviyyəsində sənəd imzalanmışdır. Eyni zamanda, Belarus tərəfi Azərbaycan sərmayədarlarının ölkədə özəlləşdirmə prosesinə qoşulmasına icazə vermişdir.
Belarus Statistika Komitəsinin məlumatına görə, Belarusun MDB ölkələri ilə ticarətinin həcminə görə Azərbaycan 6-cı yeri tutur. Ötən il iki ölkə arasında əmtəə dövriyyəsi əvvəlki illə müqayisədə 2,4 dəfə artaraq, 89,7 milyon dollar təşkil etmişdir. Belarusdan Azərbaycana əmtəə ixracı 2,5 dəfə artmışdır (86,4 milyon dollar). Bu ixracın əsasını maşınqayırma, ağac emalı sənayesi məhsulları, istehlak və ərzaq malları təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]