Belarusda ağır yol qəzası baş verib, azı 5 nəfər ölüb
Minsk, 8 iyul, AZƏRTAC
Belarusda ağır yol qəzası zamanı azı 5 nəfər ölüb, 5-i isə yaralanıb.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, Brest vilayəti ərazisində içərisində 10 nəfər olan “Mercedes GL” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil gölə düşüb. Üç uşaq, bir kişi və bir qadın hadisə yerində həlak olub.
Hadisəni törədən 30 yaşlı sürücü saxlanılıb. İlkin araşdırma zamanı onun spirtli içki qəbul etdiyi müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]