SİYASƏT
Belçikanın Brüqqe şəhərindəki “Avropa Kolleci”ndə “Azərbaycan günü” adlı tədbir keçirilmişdir
Brüqqe, 21 yanvar (AZƏRTAC). Yanvarın 21-də Belçikanın Brüqqe şəhərində yerləşən “Avropa Kolleci”ndə Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin dəstəyi ilə bu ali təhsil ocağında “Azərbaycan günü” adlı tədbir keçirilmişdir.
Tədbirdə universitetin professor-müəllim heyəti və çoxmillətli tələbə kollektivi iştirak etmişdir. Məlumat üçün bildiririk ki, bu mötəbər ali təhsil ocağında hazırda Azərbaycandan 4 tələbə magistr pilləsi üzrə təhsil alır.
Tədbirdə Azərbaycan musiqisi səsləndirilmiş və tələbələrimiz tərəfindən milli rəqslərimiz nümayiş etdirilmişdir.
İştirakçılar Azərbaycan şirniyyatları dadmışlar. Ölkəmizə aid çoxsaylı təbliğat materialları, jurnal və broşürlər nümayiş etdirilmişdir.
Pərvanə Qaraeva
Brüqqe