CƏMİYYƏT
Bələdiyyə seçkiləri ilə bağlı 3662 nəfərin namizədliyi irəli sürülüb VİDEO
Bakı, 13 dekabr, AZƏRTAC
2025-ci ilin yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı 3662 nəfərin namizədliyi irəli sürülüb.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın dekabrın 13-də keçirilən iclasında deyib.
MSK sədri qeyd edib ki, onlardan 1397 nəfər imza vərəqəsi alıb.