BƏRDƏ RAYONUNUN 5 KƏNDİNDƏ SUBARTEZİAN QUYULARI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Bərdə rayonunun 5 kəndində suvarma məqsədilə subartezian quyuları qazılaraq istifadəyə verilmişdir.
Qaradəmirçi, II Hacallı, İmanqulubəyli, Həsənqaya, Şərəfli kəndlərində qazılmış bu quyuların açılış mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin başçısı, müavinləri, idarə, təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Rayonda ilin sonunadək daha 20 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.