REGİONLAR
Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləş-mobu keçirilib VİDEO
Bakı, 13 dekabr, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş növbəti fləş-mob təşkil edib.
Komitədən AZƏRTAC-a bildirilib ki, budəfəki fləş-mob doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkünlərin bir qrupu ilə “Birlikdə qayıdırıq” şüarı altında Bərdə şəhərində keçirilib.
Müxtəlif peşə sahiblərinin iştirakı ilə həyata keçirilən fləş-mobda keçmiş məcburi köçkünlər birlikdə “Yurdumuza peşəmizlə dönürük!” deyiblər.