Bərdədə keçirilən imtahanlarda doqquz rayondan abituriyentlər iştirak ediblər
Bərdə, 28 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 28-də əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib.
DİM-in Bərdə regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Bərdə şəhərində keçirilən imtahanda bu rayondan, həmçinin Ağdam, Ağcabədi, Beyləqan, Füzuli Tərtər, Xocavənd, Laçın və Yevlaxdan olan 1339 abituriyentin iştirak etməsi nəzərdə tutulub. Bərdə şəhər 5, 6 nömrəli və Ağdam 12 nömrəli (Bərdədə) tam orta məktəblərdə təşkil olunan imtahanlar 3 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri və 105 nəzarətçi-müəllim tərəfindən idarə olunub. Saat 11:00-da başlayan imtahanlar təlimata uyğun aparılıb və hər hansı qayda pozuntusuna yol verilmədən vaxtında başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:58]
Şəkidə taxıl biçininə start verilib
- 09.06.2026 [12:32]
Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [11:49]
Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:27]
“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb
- 09.06.2026 [10:38]