ELM VƏ TƏHSİL
Bərk cisimlərin fizikası və kimyasına dair tədqiqat aparılıb
Bakı, 25 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının xarici və yerli həmkarları ilə birlikdə “Journal of Physics and Chemistry of Solids” (Bərk cisimlərin fizikası və kimyası) adlı yüksək təsir əmsallı jurnalda məqalə dərc etdiriblər.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, məqalədə dəmir, kobalt və manqan tərkibli çoxdivarlı karbon nanoboruların (MWCNT) iştirakı ilə dizel yanacağından ayrılmış parafin-naften fraksiyasının aerob oksidləşməsinin formal kinetikasının araşdırıldığı göstərilir. Bu nəticələrin çoxkomponentli hidrokarbon xammalının oksidləşdirici çevrilməsi üçün effektiv nano-katalitik sistemlərin qiymətləndirilməsində çox faydalı olacağı ehtimal edilir.