BERLİNDƏ “AZƏRBAYCAN VƏ AVROPA İTTİFAQI” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 26-da Berlin Avropa Akademiyasında “Avropa İttifaqı və Azərbaycan: Avropa fəaliyyətlərinin təşkili, həyata keçirilməsi və qiymətləndirilməsi” mövzusunda məruzə axşamı keçiriləcəkdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və ölkəmizin Almaniyadakı səfirliyi ilə birgə təşkil ediləcək tədbirdə səfir Pərviz Şahbazovun Azərbaycan-Avropa əməkdaşlığı və onun perspektivləri mövzusunda çıxışı nəzərdə tutulmuşdur.
Sonra Azərbaycan Diplomatik Akademiyasının departament rəhbəri Fariz İsmayılzadə Avropa və Azərbaycan münasibətlərinə dair məruzə edəcək və müzakirələr aparılacaqdır.
Tədbirin sonunda “Almaniyada Azərbaycan ili - 2008” mədəniyyət tədbirləri silsiləsindən bu ölkədə yaşayan Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovun əsərlərindən ibarət sərginin açılışı olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]